İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində son günlər qum qasırğası nəticəsində 465 nəfər xəstəxanaya müraciət edib.

Trend-in məlumatına görə, bunu vilayətin Fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, pasiyentlər nəfəs, göz və ürək çatışmazlığına görə müraciət ediblər.

Müraciət edənlərdən 127-i stasionar müalicəyə götürülüb.

Ötən gün qum qasırğasının sürəti saatda 112 kilometrə çatıb.