Kamçatka sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ust-Kamçatsk qəsəbəsindən 50 kilometr cənub-qərbdə, ocağı isə 43 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.