Polşa parlamentinin aşağı palatasının sədri Marek Kuhçinski vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, buna səbəb onun hökumətə məxsus təyyarə və helikopterlərdən ailəvi səyahətləri üçün istifadə etməsi olub.

Bu qalmaqal üzə çıxdıqdan sonra o, istefa verib.

Yeni palata sədrinin bu gün seçiləcəyi gözlənilir. Yeni sədr seçilənədək spiker vəzifələrini ən yaşlı sədr müavini icra edəcək.