Bakıda – “Gənclik Mall” ticarət mərkəzi ilə üzbəüz olan avtobus dayanacağının yanında minik avtomobili yoldan səkiyə çıxıb.

Trend-in məlumatına görə, avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. Onların nişanlı olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma çağırış saat 18.37-də daxil olub. Qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub: