Bir qrup britaniyalı zəvvar Londondan Mədinəyə qədər olan bütün 6500 kilometrlik məsafəni velosipedlə gəlib və Həcc ərəfəsində Səudiyyə şəhərinin sakinləri tərəfindən təntənə ilə qarşılanıb.

Moderator.az xəbər verir ki, “Əl-Ərəbiyə” nəşrinin yaydığı məlumata görə, 8 zəvvar-velosipedçi qrupuna əvvəllər də dəfələrlə belə uzun velosiped gəzintilərini həyata keçirmiş britaniyalı müsəlman Tahir Həsən Axtar rəhbərlik edir.

“Səfər əla idi, 18 ölkəni keçdik. Bu, gözəl bir mənəvi səyahətdir “-deyib Tahir Axtar.

Mədinə sakinləri velo-zəvvarları qızılgül və nağara ilə qarşılayıb, yolçuları ərəb qəhvəsi, xurma və Zəm-zəm suyuna qonaq ediblər.

Xatırladaq ki, iyul ayında Türkiyədən keçən velosipedçi- zəvvarları Prezident R.T.Ərdoğan şəxsən qarşılayıb.

Posted in: Din