Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanında iştirak edən Günel Həmidova 52 bal toplayaraq namizədlər arasında ən yüksək nəticə göstərib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Günel Həmidova Qubadlı rayonu Mahruzlu kənd tam orta məktəbinin tarix müəllimidir.

Xatırladaq ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.