Braziliya millisinin Amerika kubokundakı rəqibi Perunun məşqi zamanı  hava çəkilişləri üçün istifadə edilən drondan (pilotsuz uçan aparat) istifadə etdiyi iddia olunub.

Qol.az-ın məlumatına görə, Perunun “Libero” nəşri yazıb ki, ölkələrinin futbol komandasının məşqini izləmək üçün Braziliya bu addımı atıb.

Ancaq Braziliya millisinin baş məşqçisi Tite bu iddiaları təkzib edib: : “Belə bir şey o olmayıb. Qələbə qazanmaq üçün bu metodda istifadə etməkdənsə, papağımı götürüb, evə gedərəm”.

Qeyd edək ki, Braziliya və Peru hazırda A qrupunda 4 xalla 1-2-ci pillələri bölüşdürür. Bu komandalar arasında matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.