II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi. Tədbir, təxminən, 3 saat sürdü. Ancaq elə bir hiss var ki, sanki bir nəfəsə oldu.

Report-un məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, II Avropa Oyunlarının açılış mərasimi Belarus tərəfindən çox gözəl və sevgi ilə təşkil olunub:

“Proqramda Belarusun tarixi əks olunmuşdu. Fikrimcə, açılışa baxanlar bu ölkəyə daha da vuruldular”.