Əmlak Məsələləri Dövlət Komitəsi 16 iyul tarixində avtomobil hərracı keçirəcək.

Milletinsesi.az xəbər verir ki, hərraca çıxarılan 14 avtomobildən 8-i DİN Daxili Qoşunların Baş İdarəsinə məxsusdur.

Hərraca çıxarılanlar “Ural”, “Zil”, “Kamaz”, UAZ və MAZ markalı avtomobillərdir. Satışa çıxarılanlar arasında hətta 1986-cı il istehsalı olan maşınlar da var.

Auksionun ən ucuz qiymətə təqdim edilən avtomobili UAZ-31512-dir. Onun qiyməti 1800 manatdan başlayır. 1986-cı il istehsalı olan URAL-4320 markalı avtomobil isə 4500 manata satışa çıxarılıb.

Bundan başqa Baş Prokurorluq, Təhsil Nazirliyi, Statistika İdarəsinin də avtomobilləri hərraca çıxarılıb.