Bu gün səhər saatlarından iyunun 22-nə kimi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-132-ci km-lik hissəsində təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milletinsesi.az-a verilən məlumata görə, işlər avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri ilə əlaqədardır.

AAYDA-dan bildirilib ki, bu səbəbdən sürücülərdən sözügedən yol ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.