Bu gün Azərbaycanın Milli Qərəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür. O, 2010-cu ilin bu günü gözlərini əbədi olaraq yumub.

Mübariz İbrahimov 18 iyun gecə saat 23:30 radələrində təkbaşına 1 kilometrlik minalanmış sahəni keçir. Erməni ordusunun çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin silahlarını onlara qarşı istifadə edərək 5 saat erməni silahlıları ilə təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyr-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.