İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.

Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir.

Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.