Bütün dinlərdə peyğəmbərlərin göstərdiyi möcüzələr bu gün də insanları maraqlandıran əsas mövzulardan biridir. İslam peyğəmbəri Məhəmmədin möcüzələri də bu qəbildəndir.

İslam alimlərinin bəziləri Hz. Məhəmmədin peyğəmbərliyinə dəlalət edən möcüzələrin sayının çox olduğunu dedikləri halda, bəziləri bu möcüzələrin minə qədər olduğunu iddia edir.

Müstəqil.az Teleqraf.com-a istinadən Məhəmməd peyğəmbərin 10 möcüzəsini təqdim edir.

Qurani-Kərim

Quran bütün zamanlara xitab edən yeganə müqəddəs kitab hesab edilir.

Peyğəmbərin bir hədisində deyilir: “Elə bir peyğəmbər yoxdur ki, onlara yaşadıqları zamandakı insanların inandığı bir möcüzə verilməmiş olsun. Hamısına möcüzələr verilib. Mənə möcüzə olaraq verilən isə Allahın mənə vəhy etdiyi Qurani-Kərimdir”.

Ayın ikiyə bölünməsi möcüzəsi

Quran Ayın ikiyə bölünməsi möcüzəsini Qiyamət gününün yaxınlaşması əlamətlərindən sayır.

İsra və Merac möcüzəsi

İsra – gecə səyahəti, Merac isə “yüksəyə çıxmaq” deməkdir.

“İsra” surəsində bu haqda deyilir: “Qulunu gecə vaxtı Məscidi-Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız Məscidi-Əqsaya aparan Allahın şanı hər şeydən pakdır. Eşidən və görən Odur”.

Peyğəmbərin əllərindən suyun axması möcüzəsi

Yeməyin bərəkətlənməsi – çoxalması möcüzəsi

Ənəs ibn Malikinin danışdığı hədisə görə, peyğəmbərin Allaha duası ilə yoxsul bir süfrədə 80 nəfərin doya biləcəyi qədər yemək oldu.

Yağışın yağması möcüzəsi

Rəsulallahın zamanında Mədinədə qıtlıq oldu. Günlər quraq keçirdi. Bir nəfər onun yanına gəldi və ondan Allaha dua etməsini istədi. Peyğəmbər əllərini açıb dua etdi. Göy üzündə bir bulud yox idi, amma duadan sonra külək əsdi, buludlar toplandı, yağış yağmağa başladı.

Xurma kötüyünün ağlaması möcüzəsi

Cabirdən rəvayət edilən bir hədis belədir: “Cümə günü peyğəmbər minbərə çıxanda xurma kötüyü uşaq kimi ağlamağa başladı. Rəsulallah minbərdən enib onu qucaqlayanda susdu”.

Zəhərlənmiş keçi ətinin zəhərli olduğunu xəbər verməsi möcüzəsi

Savaşda gözü çıxan səhabənin gözünü yerinə qoyaraq, şəfa tapması möcüzəsi

Əmrə itaət edən ağac möcüzəsi.