“Azərbaycana qarşı təhdidlərdə bəzi müsəlman ölkələri iştirakçıdır, hətta bizə təzyiq göstərənlərə dəstək verənlər də var”

Moderator.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmi bildirib ki, bu gün müsəlman dünyası üçün ən böyük töhfəni Azərbaycan verir, ikinci belə bir dövlət yoxdur: “Əksər müsəlman ölkələri Azərbaycana dəstək verir, lakin bir neçə müsəlman ölkəsi Azərbaycana qarşı laqeyddir və bizə düşmən olanlara dəstək verir. Özünü müsəlman dünyasının beşiyi adlandırırsan, amma müsəlman dünyasını parçalayırsan, məzhəbçilik yayırsan və müsəlman dünyasına divan tutmuş ölkəyə dəstək verirsən. Necə ola bilər ki, Xocalı kimi faciəni törətmiş Ermənistanla müsəlman ölkəsi dostluq edir. Bu, islama ziddir”.

S.Heydərov qeyd edib ki, bu gün Qərb dövlətləri məqsədli şəkildə islamafobiya siyasəti yürüdür: “Onlar Azərbaycanı zəif görmək istəyirlər. Çalışırlar ki, Azərbaycanda məskunlaşıb, Rusiyaya qarşı işləsinlər. Təbii ki, biz buna imkan verə bilmərik. Bizim milli maraqlar onları qane etmir və nəticədə təzyiq göstərirlər. Maraqlar toqquşduğu üçün əvvəllər Azərbaycana siyasi müstəvidə təzyiqlər edirdilərsə, indi dini müstəvidə təzyiqlər var. Buna dəstək edənlər arasında bəzi müsəlman ölkələri də var”.

Posted in: Din

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir