Bu günlərdə 163 saylı tam orta məktəbin 80 yaşı qeyd olunacaq

Haqqında söz açacağımız ümumtəhsil müəssisələrindən biri də Bakının Səbail rayonundaki  Bakı şəhəri üzrə Təhsil Idarəsinin 163 saylı tam orta məktəbidir. Həmin məktəb şəhərimizin ən qocaman məktəblərindən biridir. Belə ki, 163 saylı tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəbdə fizika, kimya, biologiya labaratoriyaları, hərbi və iki informatika kabineti fəaliyyət göstərir. Eyni zamanda məktəb tibb ocağı ilə də təchiz olunmuşdur. Məktəbdə Azərbaycan bölməsi fəaliyyət göstərir və bir növbəlidir. Məktəbdə 33 sinif üzrə 787 şagirdin təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur. O cümlədən məktəbdə 2 məkəbəqədər hazırlıq qrupu və bir günü uzadılmış qrup fəaliyyət göstərir. Şagirdlər hər il keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublikanın və dünyanın tanınmış ali məktəblərinə qəbul ounurlar. Məktəbdə xarici dil olaraq ingilis dili və rus dili tədris olunur.

Hal-hazırda məktəbə Sevil Eyvaz qızı Cavadova rəhbərlik edir. O, 2016-cı ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmri ilə Səbail rayonundakı 163 saylı tam orta məktəbinə direktor təyin olunmuşdur. Təyin olunduğu ilk gündən məktəbə, kollektivə doğma ocağı kimi baxan Sevil Cavadovanın bilik və bacarığı bizə deməyə əsas verir ki, o əsl elm fədaisidir. Onun Azərbaycan elm-təhsil sahəsindəki xidmətləri bir jurnalist kimi hər zaman mənim diqqətimdə olmuşdur. İllər öncə yeni tədris texnologiyaları, təhsil islahatları sahəsindəki müəllimlərin təkmilləşdirilməsinə nəzarət, rəhbərlik edən Sevil xanımın gənc olmasına baxmayaraq, o əsl mütəxəssis, təcrübəli rəhbərdir. O işinə, təhsilə, sevib-seçdiyi peşəyə o qədər bağlıdır ki, bu bağlılıq hətta onu dünyaya gətirdiyi körpə fidanlardan belə ayrı sala bilib. Gününün, saatlarının  çox hissəsini təhsilə, məktəbə həsr edən Sevil xanımın nə yaxşı ki, Rəhilə xanım kimi anası, övladlarının nənəsi var.

Sevil Eyvaz qızı Cavadova – 2002; 2006-cı illərdə ADPU-nin Filologiya fakültəsinin bakalavr, 2006-2009 cu illərdə BDU-nun Filologiya fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əyani doktoranturasına qəbul olmuşdur. S.E.Cavadova “Ədəbiyyat dərslərində inteqrasiyadan istifadənin imkan və yolları” adlı dissertasiya işləmişdir. 2009-2016-cı illərdə həmin institutda böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. Fəaliyyəti zamanı yüksək nailiyyətlər əldə edən Sevil xanım 163 saylı məktəbə direktor təyin olunduqdan sonra bu təhsil məbədinin daha da uğurlu inkişafina, şagird və müəllimlərin, hətta valideynlətrin məhəbbətinə layiq olmuşdur. Bunu valideynlərin, müəllim və şagirdlərin dilindən də eşitmək olur. Çünki Sevil müəllimə vətənə, dövlətə, təhsilə bağlı insandır. Odur ki, onun xidmətləri göz önündədir. Onun rəhbərliyi ilə məktəbdə ibtidai təhsildə “Sağlam Təhsil” layihəsi həyata keçirilir. Məktəb Təhsil Nazirliyinin I Grand müsabiqəsinin qalibidir.

Gənc pedaqoq S.E.Cavadovanın Azərbaycan elminə verdiyi töhfələr genişdir. Belə ki, “Gender Azərbaycan ədəbiyyatında” adlı monoqrafiya, 21 elmi məqalə, 16 proqram, Azərbaycan dili 9-cu siniflər üçün, hər iki bölmədə metodik vəsaitlərin, rus bölməsində Azərbaycan dili 9-cu sinif dərsliyinin müəllifidir. Dərsliklər üzrə ekspert, fəal təlim və kurikulumların tətbiqi üzrə təlimçilik fəaliyyəti mövcuddur. O, həm də Beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak etmişdir. Hal-hazırda S.E.Cavadova 80 illik tarixi olan m’kt’b’ h’sr olunan kitab üzərində işləyir. Ailəlidir, iki övladı var.

Səmimi dost, ailəcanlı Azərbaycan qadını, vətənpərvər əsl Azərbaycan ziyalısı olan Sevil xanım Cavadovanın bütün nailiyyətlərinə ürəkdən sevinir, onu təbrik edir, daha böyük nailiyyətlərini gözləyirik deyirik. Arzu edirik ki, fəaliyyətinizin 80 illik tarixini keçirmək zirvəsi nəsibiniz olsun!AMİN…

Elmira Nüsrətqızı Ağayeva

“Qızıl Qələm” mükafatı laureatı