
Göygöldə qonşular arasında düşən dava zamanı 50 yaşlı kişi xəsarət alıb.
Hadisə Göygöl rayonunun Yalıqışlaq kəndində baş verib.
İki qonşu arasında düşən mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticdə 1967-ci il təvəllüdlü Elsəvər Bayramov döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Mübahisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.