Zakir Həsənov Belarusa gedir

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin Mətuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

 

Posted On :

Bu ölkəyə səfər etməyin – 228 nəfər qripdən ölüb

Avstraliyada il başlayandan bəri qripdən ölənlərin sayı 200 nəfəri keçib.

Trend-in məlumatına görə, ölkənin 6 ştatında bu virusdan ölənlərin sayı 228 nəfər olub. Bundan başqa, 100-dən çox adamın virusa yoluxduğu bildirilir. Ötən il isə 59 min qripə yoluxma faktı qeydə alınıb.

Avstraliya Tibb Assosiasiyasının rəhbəri Riçar Kidd iyul-sentyabr aylarında qripə yoluxma hallarının pik həddə çatacağını proqnozlaşdırıb.

Qeyd olunur ki, 11 milyondan çox adamın peyvənd edilməsinə baxmayaraq, qrip geniş şəkildə yayılıb.

Posted On :
Category:

Prezident Vladimir Putin təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.

Prezident Vladimir Putin təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.
Putin G20 zirvəsinin keçirildiyi Osaka şəhərindən gecə yarısı ayrılıb və İrkutska gələrək müşavirə keçirib. Müşavirədə Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçev, İrkutskun qubernatoru Sergey Levçenko, baş nazirin müavini Anton Siluanov və digər rəsmi şəxslər iştirak edib.
Putin rəsmi şəxsləri vilayətin hava limanının binasında toplayıb. Putin operativ olaraq daşqından zərər görən insanlara yardım edilməsi və onlar barədə məlumat verilməsi barədə tapşırıq verib. Onların içməli su, qida, dərman və ilkin yardımla təmin edilməsi məsələsini müşavirədə qaldırıb. Bundan əlavə, Putin bildirib ki, daşqın nəticəsində yaxınlarını itirmiş insanlara yardım edilməli və təxliyə edilənlərin siyahıs

Posted On :
Category:

Güclü külək səbəbindən paytaxtda 15 ağac aşdı

İyunun 29-da axşam saatlarından başlayan güclü külək səbəbindən paytaxtda 15 ağac aşıb.

Bu barədə Trend-ə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Şöbə rəisinin sözlərinə görə, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub:

“Müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər var. Həmin müraciətlər qeydə alınıb, aşmış və sınmış budaqlar ərazidən götürülüb. Əyilərən ağaclar isə qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib”.

O. Məmmədov əlavə edib ki, güclü külək Binəqədi rayonunda irigövdəli ağacı “KİA” markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, xoşbəxtlikdən həmin vaxt əraz

Posted On :