Category:

Velosipedçilərimiz Belçikada birinci oldu – Video

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U-17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər. Təlim-məşq prosesi çərçivəsində velosipedçilərimiz bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından  verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 kilometr məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Nikita Sıtovun finiş xəttini birinci keçməsinə şərait yaradıblar və təmsil

Posted On :

Dubay aeroportları plastik qablardan imtina edirlər

Dubayın “DubaiAirports” şirkəti tərəfindən idarə edilən iki aparıcı beynəlxalq aeroportu 2020-ci il yanvarın 1-dən öz terminallarının ərazisində birdəfəlik plastik qablardan istifadəni tamamilə qadağan edəcəklər.

AZƏRTAC Dubay KİV-lərinə istinadla xəbər verir ki, Dubay beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri bu təşəbbüsü dəstəkləyərək, ətraf mühitin qorunması naminə plastik qablardan imtinaya razılaşıblar.

Qeyd edək ki, birdəfəlik plastik qablara ərzaq və istehlak məhsulları üçün polietilen paketlər, qida üçün nəzərdə tutulan qablaşdırmalar, butulkalar, fincanlar, çubuqlar, konteynerlər və masa dəstləri aid edilir.

Posted On :

İlham Əliyev 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə N

Posted On :

Bu yay Azərbaycandan xaricə gedənlərin sayında artım olacaq

Turizm şirkətlərinin məlumatlarına əsasən bu il yay mövsümündə Azərbaycandan xaricə gedənlərin sayında, demək olar ki, artım olacaq.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ötən illərdə olduğu kimi bu il də Azərbaycan turistlərinin əsas səfər edəcəyi ölkə Türkiyə olacaq.

N.Bağırov əlavə edib ki, 2015-ci ildə manatın devalvasiyası Azərbaycandan xaricə gedənlərin sayına təsir etmişdi. Manatın devalvasiyasından sonrakı ilk illərdə göstəricilərin səviyyəsi azalsa da, ötən ildən ölkəmizdən xaricə gedənlərin sayı çoxalıb.

Assosiasiya sədri onu da əlavə edib ki, Azərbaycan turistləri arasında səfərlərin əvvəlcədən planlaşdırılması və bronetmə populyarlaşıb.

Onun sözlərinə görə, əvvəllər isə xaricə gedən Azərbaycan turistləri son anda səfərləri üçün yer bron edirdilər:

“Artıq turistlər 3-4 ay əvvəldən səf

Posted On :

Gürcüstanın müdafiə naziri Qəbələyə gəldi

Gürcüstanın Müdafiə naziri cənab Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün iyunun 11-də Qəbələ şəhərinə gəlib.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Posted On :
Category:

QUSARDA İKİ EVDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI – FOTO

Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.

REKLAM

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 35 yaşlı Elxan Xəlilov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Xəlilov may və iyun aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan elektrik naqilləri, kombi aparatı, te

Posted On :

“Yuventus” “Real”ın 4 futbolçusunu istəyir

“Yuventus”un “Real”ın 4 futbolçusunu transfer etmək istəyir.

Qol.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, bunlar yarımmüdafiəçilər Xames Rodriqes, İsko, Daniel Sebalyos və müdafiəçi Marselodur. Madrid klubunun sözügedən oyunçularla yolları ayırmağa hazır olduğu iddia olunur.

Qeyd edək ki, Turin təmsilçisinin yaxın günlərdə “Real”la danışıqlara başlayacağı gözlənilir.

Posted On :
Category:

Azərbaycanda 1872 manata işçı axtarılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.

Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir.

Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.

 

Posted On :

Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır

Azərbaycan Hava Yolları QSC (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın paytaxtı Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-dan Milletinsesi.az-a verilən məlumata görə, uçuşlar hər həftənijn çərşənbə axşamı günü ekonom və biznes sinif konfiqurasiyalı “Boinq-757” təyyarələri ilə yerinə yetiriləcək.

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq.

 

Posted On :
Category:

ABŞ prezidentinin imzası ilə xüsusi diploma layiq görülən azərbaycanlı yeniyetmə

ABŞ prezidentinin imzası ilə xüsusi diploma layiq görülən azərbaycanlı yeniyetmə

Deyir ki,- “Mən Amerikaya gələnədək bu qədər layihəni rellaşdıra biləcəyimə inanmırdım. Buraya gələndən sonra özümdə müxtəlif bacarıqlar kəşf etdim. İndi anlayıram ki, mən heç də aciz insan deyiləm”…

Haqqında söhbət açdığım Fatimə Məlikli 2002-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinfin birinci yarsınadək 138 saylı tam orta məktəbdə oxuyub. 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır…

…Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan

Posted On :
Category:

Xəzərdə tanker partladı: ağır yaralılar var

 

Mahaçqala limanındakı tankerdə partlayış baş verib.

Müstəqil.az xəbər verir ki, bu məlumatı Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi yayıb. Partlayış tankerdən neft məhsulunun ötürülməsi zamanı olub.

İnsident nəticəsində beş nəfərin xəsarət alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

 

Yaralananlardan birinin vəziyyətinin ağır olduğu və bədəninin 95%-nin yandığı bildirilib.

Posted On :
Category:

Günün qoroskopu – 11 iyun

Müstəqil.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – Leda və Tefeyanın münasibətləri nəyin bahasına olursa-olsun, irəliləyişə və uğura nail olmağa çalışacağınız günü vəd edir.
Situasiyanın istənilən vasitədən yararlanmağı tələb etdiyini düşünə bilərsiniz. Amma belə davranış sizə yeni problemlər yaradacaq, çünki intriqa məharətiniz yoxdur. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.
Sözünüzün üstündə durun. Halbuki o vədə sonradan təəssüflənə bilərsiniz.
Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür.
Əks cins mənsubu ilə münasibətlər yaxşı alınacaq.

Buğa – Umbriel və Lisiteyanın münasibətləri uğursuz emosional fonlu gün

Posted On :