Category:

Gəncədə ata oğlunu taxta ilə vəhşicəsinə döydü – VİDEO

Gəncədə 14 yaşlı oğlan vəhşicəsinə döyülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə uşağın anası məlumat yayıb.

O, video çəkərək, hadisəni ictimailəşdirib və iddia edib ki, uşağı atası bu hala salıb.

Yeniyetmənin atası İlham Məmmədovun bu addımı atmasına səbəb isə uşaqdan videomaqnitofon və onun naqilini gətirməsini istəməsi, uşağın isə sonuncunu unutması olub.

Bundan qəzəblənən ata oğlunu taxta parçası ilə əzişdirib.

Uşağın anası iddia edir ki, polis şikayətlərinə baxmır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, hadisə barədə polisə iyunun 2-dən 3-nə keçən gecə müraciət daxil olub:

“Hadisə yerinə getdikdən sonra tədqiqatçı təcili tibbi yardım çağırıb, ilkin yardım göstərildikdən sonra uşağı 2 s

Posted On :

Bu şəxslərin müavinəti artırıldı – 3 sərəncam, 1 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən e

Posted On :

Qarabağda erməni öldü

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində 2003-cü il təvəllüdlü Ağdərə (Mardakert) şəhər sakini Qrant Arakelyan Xaçın çayında boğulub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistanın “Panorama” nəşri yazıb.

Hadisə yerinə göndərilən xilasetmə qrupu Arakelyanın cəsədini sudan çıxarıb.

Faktla bağlı araşdırma başladılıb, hadisənin təfərrüatları araşdırılır.

 

Posted On :

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 11-nə manatın məzənnəsini açıqlayıb.

AMB-dən Milletinsesi.az-a verilən məlumata görə, 11.06.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Posted On :

Honkonqda 1 milyondan çox insan küçələrə çıxdı

Honkonqda 1 milyondan çox insan ekstradisiya haqqında qanunun əleyhinə çıxaraq etiraz aksiyalarında iştirak edib.

Bu barədə RİA Novosti məlumat yayıb. Etiraz aksiyaları ümumilikdə sakit keçir, ancaq şəhərin bəzi bölgələrində polislə kiçik qarşıdurmalar olub.

Qeyd olunur ki, Honkonq Çin, Makao və Tayvanla materik ekstradisiyası haqqında razılaşmaya qoşulmayıb. Hazırda rəsmilər bununla bağlı qanun layihəsi hazırlayır.

Qanunun qəbul edilməsi ideyası ictimaiyyət arasında ziddiyyətlə qarşılanıb və etiraz aksiyalarına səbəb olub. Onlar bunu Honkonqun muxtariyyətinin məhdudlaşdırılması kimi qiymətləndirirlər. Etirazçıların fikrinə görə, bundan sonra insan hüquqlarının müdafiəsi naminə etirazını bildirən hər bir kəsin ekstradisiya olunması ölkədə sözazadlığının boğulması ilə nəticələnə bilər./oxu.az

Posted On :

Ucuz qiymətə ev almaq istəyənlərin nəzərinə! – TARİX AÇIQLANDI

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin növbəti güzəştli satışını iyulda keçirəcək.

MİDA-dan Milletinsesi.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı iyulun 12-də saat 11:00-da başlayacaq və 17 iyul tarixi saat 00:00-dək davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq v

Posted On :
Category:

Burak Özçivitin bir milyonluq avtomobili

Türk aktyoru Burak Özçivit yeni aldığı “Ferrari” markalı avtomobili ilə ilk dəfə görüntülənib.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, onun bir milyon lirəyə aldığı avtomobilinin dövlət qeydiyyat nişanının ilk üç hərfi oğlu Karanın adına uyğun olaraq seçilib.

Qeyd edək ki, maşın həvəskarı olan aktyorun qarajında 4 lüks avtomobil və bir motosiklet var.

Posted On :
Category:

Yayda dəriyə qulluq. 7 ÇOX SADƏ QAYDA

Gün şüaları dərinin daha tez qocalmasına səbəb olur. Tibdə hətta xüsusi termin “fotoqocalma” (günün təsirindən qocalma) var.

Əksər kosmetoloqlar dərisinin cavanlığını və gözəlliyini qorumaq istəyən qadınlara “zaqar” etməyi tövsiyə etmir, əksinə dərini gün şüalarından mümkün qədər qorumağa cağırırlar.

Sizə yay aylarında dəriyə qulluğun əsas 7 qaydasını təqdim edirik:

1. Susuzlaşmaya yol verməyin. Gün ərzində kifayət qədər su için. Bu dərinin vəziyyəti üçün olduqca vacibdir.

2. Gün ərzində 2-3 dəfə üzünüzü mineral və ya xüsusi termal su ilə yuyun, vaxtaşırı olaraq üzünüzə çiləyin.

3. Nəmləndirici kremlərdən istifadə edin.

4. Çölə çıxanda üzünüzə gündən qoruyan krem çəkin, mütləq panama və ya şlyapa və gün eynəkləri taxın.

5. Çoxlu meyvə, tərəvəz, göyərti yeyin.

6. Yağlı tonal krem və pudradan imtina edin.

7. Müntəzəm olaraq kosmetik maskal

Posted On :
Category:

Türkiyəli futbolçulara İslandiyada hörmətsizlik – VİDEO

2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü oyununa çıxmaq üçün İslandiyaya gedən Türkiyə yığmasının futbolçuları gözlənilməz hadisələrlə qarşılaşıb.

“Anadolu” agentliyi xəbər verir ki, bununla bağlı türkiyəli futbolçu Burak Yılmaz məlumat verib.

Onun sözlərinə görə, altı saatdan çox təyyarə ilə uçduqdan sonra üç saat aeroportda gözlədilib. Futbolçu bunun səbəbini onlara açıqlamadıqlarını bildirib.

Bundan başqa, jurnalistlərə açıqlama verən Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğluna islandiyalı fanatlardan biri mikrofon əvəzinə tualet fırçası uzadıb.

Qeyd edək ki, İslaniya-Türkiyə oyunu sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq. İyunun 8-də Türkiyə yığması doğma meydanda son dünya çempionu Fransanı 2-0 hesab

Posted On :