Millimizin rəqibində daha iki itki

Macarıstan millisinin daha iki futbolçusu  Avro-2020-nin seçmə mərhələsində yığmamızla oyunu buraxacaq.

Qol.az-ın Macarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Marko Rossi məlumat verib. O bildirib ki, müdafiəçilər Beşe Barnabaş və Tamaş Kadar zədə səbəbindən yığmamızla görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl hücumçu Şoter Donatın Bakıya gətirilməyəcəyi açıqlanıb.

Xatırladaq ki, Azərbaycan – Macarıstan görüşü sabah saat 20:00-da başlayacaq.

Posted On :

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi başlayıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a verilən xəbərə görə, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2019-cu il iyunun 7-dən 18-dək aparılacaq.

İxtisaslaşma seçiminə 2019-cu ildə magistraturaya qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20 dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.

Posted On :
Category:

Azərbaycanda 6 aylıq körpənin mədəsindən ELƏ ŞEYLƏR ÇIXDI Kİ…

Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.

Hadisə Biləsuvar rayonunda baş verib. Belə ki, sözügedən rayonda valideyn yeni doğulan oğlan uşağına gözdəyməyə qarşı daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı aylıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.

Posted On :
Category:

Ərdoğan Tramp, Putin və Szinpinlə görüşür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı iyunun sonunda gərgin iş qrafiki gözləyir.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, Ərdoğan ayın sonunda Yaponiyadakı G-20 zirvəsində iştirak edəcək, zirvədən sonra isə Çinə səfər edəcək.

Ərdoğan 28-29 iyunda Osaka şəhərində keçiriləcək G-20 zirvəsi çərçivəsində Rusiya və ABŞ Prezidentləri ilə görüşəcək.

Ərdoğan-Tramp görüşündə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri, F-35 proqramı çərçivəsində baş verənlər və Suriyanın şimalında yaradılacaq təhlükəsizlik bölgəsi müzakirə olunacaq. Ekspertlər iki ölkənin S-400 məsələsində ortaq məxrəcə gəlməsi və Trampın Türkiyə səfərinin taleyinə aydınlıq gəlməsi üçün bu görüşün kritik əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Ərdoğanın G-20 zirvəsində daha bir vac

Posted On :
Category:

Azərbaycanın İsraildə yaşayan dostu- Lev Spivak

Azərbaycanın İsraildə yaşayan dostu- Lev Spivak

Deyir ki,- “Bakıda doğulub böyümüşəm. Həyatımın ən əlamətdar günləri bu şəhərlə bağlıdır. Bu şəhərdə aşiq olmuşam, burada ailə qurmuşam. Onun hər qarışı mənə doğmadır, əzizdir. Elə olur ki, ildə üç dəfə Azərbaycana gedir, qoynunda gəzməkdən yorulmuram. Hər dəfə geri dönəndə, yenə də gözüm arxada qalır”…

Ciddi görkəmi, baxışları, geniş alnı, üz cizgiləri, səsinin ahəngi müdrikliyindən xəbər verir. Onu diqqətlə dinləyir, məqsəd və məramına bələd olmağa çalışırdım. Azərbaycan naminə gördüyü işləri sadaladıqca vəfalı, sədaqətli, ləyaqətli bir insanla həmsöhbət olduğumdan qürur duyurdum. Sizə zarafat gəlməsin, İsrail

Posted On :
Category:

Bakıda keçmiş məhkum 2 kilo narkotiklə tutuldu

Bakı şəhər sakinindən 2 kiloqram 185 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 2 kiloqram 185 qram marixuana götürülüb.

 

Posted On :

Türkiyədə fabrikdə yanğın baş verib, 4 nəfər ölüb

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.

Milletinsesi.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər fabrikdə çalışan 4 nəfərin cəsədini tapıblar.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Posted On :
Category:

“YouTube” millətçi videolara qadağa qoydu

“YouTube” rəhbərliyi bu videohostinqdə şovinist – qatı millətçi xarakterli materiallara qarşı mübarizənin gücləndirilməsi haqqında bildirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə xidmətin bloqunda məlumat verilib.

“YouTube” qeyd edib ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü qeyd edən çarxlara qarşı sərt tələblərtətbiq edib. Nəticədə belə videogörüntülərə baxış orta hesabla 80% azalıb.

“Bu gün biz hər hansı qrupun yaş, cins, irq, kasta, din, seksual oriyentasiya və ya veteran statusu kimi keyfiyyətlərə əsaslanan üstünlüyünü güman edən videoları qadağan edən yeni addım atırıq…”, – deyə şirkətdən bildirilib.

Bloqun mlumatına görə, videohostinq xidməti keçirilən fəaliyyətin düzgünlüyünə əmin olmaq üçün öz siyasətini daim təkmilləşdirir.

Daha əvvəl də “YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təh

Posted On :