Category:

Planetlərdən birinə İmadəddin Nəsiminin adı verildi

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

Müvafiq vəsatət Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.

Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb.

İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub./Report/

Posted On :

“Xalq” və “Əməkdar” Fəxri adlarına layiq görülən şəxslərin sayı açıqlanıb

Azərbaycanda “Xalq” və “Əməkdar” Fəxri adlarına layiq görülən şəxslərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, ölkədə 241 nəfər “Xalq”, 2 879 nəfər “Əməkdar” Fəxri adına layiq görülüb.

“Xalq” Fəxri adını alanlara 150, “Əməkdar” Fəxri adını alanlara 100 manat təqaüd verilir.

Hazırda Azərbaycanda ümumilikdə 62 476 nəfərə tәqaüd tәyin olunub. Onlara verilən orta aylıq təqaüdün məbləği 142 manatdır.

Posted On :
Category:

Tanınmış şairin oğlu rəhmətə getdi – Ağır itki

Tanınmış şair, tərcüməçi, Əməkdar jurnalist Adil Cəmilə ağır itki üz verib.

Müstəqil.az xəbər verir ki, Adil Cəmilin yeganə oğlu, gənc şair Orxan Adiloğlu xəstəlik səbəbindən dünyasını dəyişib.

Orxan xeyli müddət idi ağır qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Posted On :
Category:

Günün qoroskopu: sərt danışmayın, əsəblərinizi qoruyun

İstixeber.info Milli.Az-a istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç – təcili işləri daha yaxşı hesab etdiyiniz zamanadək ertələməyin. Başladığınız işi yanlışlıqlarsız, səhvsiz yerinə yetirməyə çalışın. Vaxtınıza qənaət edin. Yaşama daha pozitiv baxın. Çətin vaxt olsa da, situasiyadan itkilərsiz çıxa bilərsiniz.

Günün ikinci yarısında məişət problemlərinin həllinə başlayanda durumu qiymətləndirin. Hisslərinizə hakim ola bilməsəniz, ciddi qarşıdurmanın iştirakçısına çevriləcəksiniz. Özünüzü qoruyunBuğa – yaradıcılıq ideyalarınız bol olacaq. Prosesin maraqlı olması üçün fəaliyyətinizi məntiqli təşkil edin. Aldığınız məlumatları q

Şayiəni yayan Vaqif Əsədov özüdür

Son günlər plyonka ilə bağlı yayılan məsələ sürücüləri çaş-baş salıb. DYP-dən verilən iki başlı açıqlamalar bir neçə saytda dərc olunub.

Mayın 28-də Bakı Şəhər DYP idarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a məlumat verərək bildirmişdir ki, avtomobillərin arxa yan şüşələrinə (sürücünün kürəyindən arxada qalan şüşələrə) plyonka vurulmasına görə heç kim cərimələnməyəcək. Bu başlıqla yazı dərc olunduqdan sonra bir çox sürücü avtomobilinin arxa yan şüşələrinə plyonka vurmağa başladı. Bundan sonra Vaqif Əsədov digər saytlara məlumat verərək bildirib ki, avtomobillərə plyonka vurmaq qadağandır. Yayılan səs yazılarında da bildirmişdir ki, “Plyonka bir mənalı qadağandır və kimlərsə şayiə çıxarıb. Qanun yox deyirsə polis hə deyə bilməz”.
Beləliklə də sürücülər arasında çaşqınlıq yaranıb.

Posted On :