LDU-da H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika elmi-praktik konfrans…

LDU-da H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilir.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Tədris prosesində elmi innovasiyaların tətbiqi yollları” mövzusunda  iki günlük respublika elmi-praktik konfransı  işinə başlayıb.

Respublika elmi-praktik konfransı  dövlət himnimizin ifası ilə start götürüb.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov  iştirakçıları  salamlayaraq konfransın işinə uğurlar arzu edib.Ölkədə təhsilin inkişafı istiqamətində görülən çoxşaxəli işlərdən söz açan universitet rəsmisi qazanılan uğurları ulu öndər Heydər Əliyevin düzgün siyasətinin bəhrəsi adlandırıb. Ölkə başçısı İlham Əliyevin respublikda təhsilin inkişafına göstərdiyi diqq

Posted On :

Prezident və xanımı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dö

Posted On :

Şair-publisist, jurnalist Etibar Etibarlı vəfat etdi

Tanınmış şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Etibar Etibarlı mayın 6-da vəfat edib. Müstəqil.az-ın məlumatına görə, qara xəbəri mərhumun dostları veriblər.

Ədəbi aləmə 60-cı illərin axırlarında gələn Etibar Etibarlı (Aslanov Etibar Zəki oğlu) 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olub. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirib. Bir müddət “Yeni Şirvan” rayon qəzetində işləyib, sonra isə AzTV- nin “Gənclik” redaksiyasının “Yekun” jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərib. Uşaq yaşlarından şeirə həvəs göstərib. İlk şeirləri hələ məktəbliykən “Göyərçin” jurnalında və rayon qəzetində dərc olunub.
1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indik

Posted On :

Əli Həsənovdan Türk Şurasına ortaq yayım təklifi

Ə.Həsənov AZTV və İctimai TV-nin şuraya üzv dövlətlərdə yayımını təklif edib

Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında təklif edib.

Posted On :

Türkiyədəki siyasi gərginliklər fonunda təkrarlanacaq İSTANBUL SEÇKİLƏRİ

Babək Ağayev

Dünən, 6 may tarixində Türkiyənin Yüksək Seçim Qurumu (YSK) 31 martda baş tutan bələdiyyə seçkilərinin İstanbul üçün yenidən keçirilməsinə qərar verdi. Verilən qərar Türkiyə və dünyanın əksər media qurumlarının əsas xəbəri oldu. O cümlədən Azərbaycanın…

Çünki heç şübhə doğurmur ki, İstanbulda seçkilərin yenilənməsi haqda qərar Türkiyədə onsuz da gərgin olan siyasi atmosferi bir az da gərəcək və əslində bu gərginliyin artması son nəticədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) zərərinə işləyəcək.

Məsələ burasındadır ki, bələdiyyə seçkilərinin keçirilməsindən 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, dünənki YSK qərarına qədər İstanbulun nəticələri üzərində mübahisələr bitməmişdi. İstanbul seçkilərinin nəticələri elan edildiyi andan hakim AKP fövqəladə etiraz hüququndan is

Posted On :

Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub. Müstəqil.az axşam.az-a istinadən xəbər verir ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.
Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır. Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.
Həmçinin qeyd edək ki, M.Əsədovanın avtomobillərlə bağlı mətbuata verdiyi açıqlama da var. Sənətçi müsahibələrin birində demişdi ki, səsinin gözəlliyinə görə indiyədək ona 17 avtom

Posted On :
Category:

Qaraciyər, dəri və damarları təmizləyən QARIŞIM

Həkim-naturopatlar sübut edir ki, bir çox qida məhsulları orqanizmə əsl təbii dərmanlar kimi təsir edir.

Belə məhsulların köməyi ilə orqanizmi sağlam və cavan saxlamaq, qocalma proseslərini ləngitək mümkündür.

Müstəqil.az saglamolun.az-a istinadən orqanizmi çox yaxşı təmiləyən və cavanlaşdıran faydalı qarışımın reseptini təqdim edir. Rusiyalı həkim-naturopat Mariya Lozovskaya bu qarışımı “cavanlıq iksiri” kimi qiymətləndirir. Naturopatın fikrinə görə, iksiri içdikdən bir müddət sonra dəri təmizlənir və cavanlaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, damarlar xolesterindən təmizlənir.

İksirin resepti:

– 100 qr limon şirəsi

– 200 qr təbii bal

– 50 qr keyfiyyətli zeytun yağı

Bal, limon şirəsi və zeytun yağı yaxşı qarışdırılır və

Posted On :

Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

İki gün əvvəl Moskvanın Şeremetyevo aeroportunda dəhşətli faciə baş verib. “Aeroflot” hava yolları şirkətinə aid  “SSJ-100” təyyarəsi Murmanska uçan zaman, ekipaj üzvləri təcili eniş üçün dispetçerdən icazə istəyib. Qəzalı enişdən sonra laynerin şassizi sıradan çıxıb və yanacaq dolu bak partlayaraq yanmağa başlayıb. Yanğından ən çox füzelyajın qanad hissəsinə ziyan dəyib. Göyərtədə olan 78 nəfərdə 37-si sağ qalıb.

Ancaq hadisələrin gözlənilməz inkişafı nəticəsində bu faciədən qurtulmuş insanlar da var. Həmyerlimiz Fəridə Ruslanova bəxti gətirənlərdəndir.

O, hekayəsini Day.Az portalına danışıb.

“Mən kredit və sığorta sahəsində çalışıram. İşimlə əlaqədar, mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram, treninqlərə və ezamiyyətlərə qatılı

Posted On :

İstanbulda seçkilərin nəticələri ləğv olundu

Türkiyə Yüksek Seçim Kurulu (yerli Mərkəzi Seçki Komissiyası) bu ilin martın 31-də İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv edib.

Türkiyə mətbuatının məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Receb Özel İstanbulda seçkilərin təkrarlanacağını bildirib.

Məlumata görə, YSK bu qərarı 7 lehinə, 4 əleyhinə olmaqla qəbul edib.

Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək. ​

Posted On :

Professorun dəmir addımları…

Professorun dəmir addımları

 

Böyük ocaqları kiçik kibrit yandırır. Hər şey, hər şey kiçikdən böyüyə doğru irəliləyir. Bakı Dövlət Universiteti. Dəhliz boyu qulağıma bir səs gəlir. Tənəffüs zamanı tələbələrin danışıqları, gülüş səsləri, oğlanlı-qızlı topa-topa bir yerə yığışıb danışdıqlarının fərqinə belə varmırsan. Bircə səs tıq… tıq… tıq… Çevrilib geriyə baxıram. Ayaqlarının ikisi də müvazinətini itirib. Qoltuq ağacları, damağındakı siqaret, çiynində vərəq dolu çanta. Tələbələr onu görcək kənara çəkilir. Yaşar müəllim heç kimə mane olmadan auditoriyaya doğru addımlayır.  Tıq… tıq… tıq… Onu çoxu tanıyır. Amma, o az adam tanıyır. Canlı əfsanədir. Hətta işıqda adiləşmək qorxusu var canında. Titullarını sadalamaqla qurtarmaz. Dilçidir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Sadə

Posted On :
Category:

Astroloji proqnoz – 7 May

Müstəqil.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir.

İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər.
Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq.
Gəlirləriniz arta bilər.

Özünüz barədə çox yüksək fikirdə olduğunuzdan, ətrafınızdakı insanlarla ünsiyyətdə təşəxxüslü olmayın.
Güzəştlərə gedin, kompromis variantı ən yararsız çıxış y

Posted On :