100-ə yaxın gənc qız gəlinlik geyinib musiqi sədaları altında rəqs edərək şəhərin mərkəzi küçəsindən keçdi

Özbəkistanın paytaxtı Daşkənd şəhərində birinci beynəlxalq landşaft sənəti festivalı çərçivəsində gəlinlərin paradı keçirilib.

Müstəqil.az  xəbər verir ki, 100-ə yaxın gənc qız gəlinlik geyinib musiqi sədaları altında rəqs edərək şəhərin mərkəzi küçəsindən keçib.

Qeyd edək ki, hər il Özbəkistanda bu kimi qeyri-adi festivallar keçirilir.

 

 

Posted On :

“Azərbaycanımızı sevin, amma sizin seçiminizdən asılı olmadan qismətinizə düşən bu məsələlərlə qürurlanmayın.”-Elnur Kəlbizadə

Əslində uzun müddətdir publisistik, bədii heç nə yazmamaq barədə özümə söz verdiyim üçün özümü sıxırdım.

Amma bu gün çox sevdiyim bir dostumun bir paylaşımı düşüncələrimdə hazır olan yazının yaranmasına səbəb oldu.
Keçənlərdə bir dostumla söhbət edirəm. Deyir ki, “sən qürur duymursan ki, filan yerdə doğulmusan?” Deyirəm “yox”. Adam bir də qayıtdı ki, “Sən qürur duymursan ki, baban filankəs olub?”. Deyirəm “yox”. Adam başını buladı və getdi. İzah etmədim, bəlkə də izah etmək istəmədim.

O gün yenə bir yazı oxudum. Çox sevdiyim, dəyər verdiyim insandır. Yazıb ki, mən sübut edəcəyəm ki, filan dahi şəxsiyyət filan yerdə yox, məhz mənimlə eyni şəhərdə doğulub. Yenə cümlələr barmaqlarımın ucuna qədər gəldi, yenə də yazmadım.
Alla

Posted On :

“Gülümsəyən şeirlər…” – Qəşəm Nəcəfzadə Elnur Uğur haqqında yazır…

(Gənc şair Elnur Uğurun şeirləri haqqında)

Çölünə baxsan alovdu,
İçinə girsən tüstüdü.

Elnur Uğurun şairliyi bu misralardan başlayır. Burda onun yaşı da var, təcrübəsi də. Həyatı da var, istedadı da. Ümümiyyətlə, “şair” sözünün əvvəlinə qoşulan epitetlərdən xoşum gəlmir. Məsələn, istedadlı şair, vətəndaş şair, görkəmli şair, tanınmış şair və sair bədii sifətlər yazını bir az genəltmək, bir az da müəllifə yarınmaq üçün işlədilir… Şair sözündə hər şey ifadə olunur, vəssalam. Vətandaşlıq da, istedad da, vətən də…

Elnur haqqında bu yazım nədənsə gec alındı. Bəlkə səbəb bu idi ki, bir də heç kəs haqqında yazmayacağıma qərar vermişdim. Olsun. Amma Elnurun şeirləri məndən əl çəkmirdi axı. Yəni onun şeirləri haqqında fikirlərim məni yaxşı mənada narahat edirdi. Hər dəfə kitabı vərəqlədikcə yeni nə

Posted On :