Azərbaycan İrana humanitar yardım göndərdi

İranda aramsız yağışlar nəticəsində baş verən təbii fəlakətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım göndərib.

 

Müstəqil.az xəbər verir ki, aprelin 10-da FHN-in ayırdığı humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.

 

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller”, “Komatsu” markalı ik

Posted On :
Category:

Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI

“Hər şey qaydasındadır, ananın da, övladımızın da durumu yaxşıdır”.

 

Bu barədə Azərbaycanın 10 milyonuncu sakininin valideyni Rauf Həsənov danışıb. O qeyd edib ki, rəsmi qurumlar, nazirliklərin səlahiyyətliləri ailə ilə  yaxından maraqlanıblar:

 

“Övladımız Respublika Perinatal Mərkəzində dünyaya gəldi. Elə səhər saatlarından həkimlər də, xəstəxana işçiləri də həm anaya, həm uşağa diqqət göstərirlər. Rəsmi qurumların səlahiyyətliləri dəfələrlə zəng edib, maraqlanıblar. Hər şey qaydasındadır”.

 

R.Həsənov körpənin adının nə qoyulacağı ilə bağlı da danışıb:

“Hələlik adını düşünməmişik. Bu gün axşam ailəmizdə müzakirə aparıb, ortaq qərarla uyğun isim düşünəcəyik. İ

Posted On :
Category:

Elmar Məmmədyarovdan daha bir erməni jurnalistə diplomatiya DƏRSİ

Aprelin 4-də Brüsseldən Moskvaya uçan təyyarədə ayaqüstü söhbət zamanı erməni jurnalistlərin suallarına tutarlı cavablar verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun diplomatik davranışı xeyli müzakirələrə səbəb oldu.
Elmar Məmmədyarov peşəkar diplomatlara xas cavabla erməni jurnalisti özündən çıxarır, daha sonra ona əsəbləşməməyi məsləhət görərək, emosionallığın jurnalist üçün çox pis hal olduğu söyləyir.

Bu, Elmar Məmmədyarovun ermənistanlı jurnalistləri susdurduğu ilk belə hal deyil. Daha əvvəllər də Azərbaycanın xarici işlər naziri işğalçı ölkədən olan KİV nümayəndələrinin “tikanlı suallar”ını özünəməxsus tərzdə cavablandırıb.

Elmar Məmmədyarovla erməni jurnalist arasında baş vermiş daha bir əh

Posted On :
Category:

Nazirlər Kabineti bəzi gömrük rusumlarını dəyişdi

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyə

Posted On :
Category:

Sabaha qar, yağış, külək deyiblər… – HAVA PROQNOZU

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən Turkustan.info-ya verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli olacaq, yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış ya

Posted On :

Bakıda məktəbli qızın intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATI – Oğlanlar təpikləyib, müəllimlər gizlədib

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin təfərrüatları məlum olub. Özünü məktəbin üçüncü mərtəbəsindən atan qızcığaz uşaqlara xas olmayan qəddarlığın qurbanı olub. O özünə qapılaraq, intihara əl atıb. 

14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyeva  qızının intihara əl atmazdan əvvəl ətrafında cərəyan edən hadisələr barədə danışıb.

Onun sözlərinə görə, məktəbli qızı aprelin dördü, 09:11 radələrində özünü məktəbin dördüncü mərtəbəsindən atıb.

Yeniyetmə çoxsaylı ağır xəsarətlər alıb. 12:00-da uşağın anasına zəng edərək baş verən bədbəxt hadisə barədə məlumatlandırıblar.

“Qızınız özünü üçüncü mərtəbədən atıb, ancaq narah

Posted On :
Category:

Yol polisindən sürücülərə CİDDİ XƏBƏRDARLIQ

“Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.  

Şöbə rəisi bildirib: “Bununla bağlı  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”.

Rüfət Quliyev qeyd edib ki, dövlət atributlarına

Posted On :
Category:

Məşhur alimdən VACİB SÖZLƏR: “Əslində bütün xəstəliklər…”

Rusiyanın tanınmış professoru İvan Neumıvakin dəri xəstəliklərinin müalicəsində hidrogen peroksidin ciddi rolu olduğunu qeyd edib.

İ.Neumıvakin dərmanlar və ağır xəstəliklər barədə bütün stereotipləri sındıraraq sağlam həyat tərzi haqqında öz üsullarını təklif edir. Bu da təəccüblü deyil, çünki istedadlı həkim, tibb elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifidir.

Oxucuları mərhum professorun dəri xəstəliklərinin müalicəsi üçün hazırladığı unikal üsul ilə tanış edirik.

İvan Neumıvakin məruzələrindən birində bildirib ki, dəri xəstəlikləri limfaların çirklənməsi ilə bağlıdır:

“Dəri insanın ən böyük orqanıdır. Dəridə daxili orqanlarla birbaşa əlaqəsi olan bioloji

Posted On :
Category:

Sabiq icra başçısının yeni kitabı işıq üzü görüb- FOTOLAR

Aprelin 5-də Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin üzvləri, respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri iştirak etmişdir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirmişdir ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi, siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu ““Heydər

Posted On :

Prezidentdən daha bir sərəncam – İcra başçısı işdən azad olundu

Şabran Rayon İcra Hakimiyyətinin başçısı işdən azad olunub

Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Minval.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Posted On :

Bakıya daha iki “ASAN Xidmət” – Prezident 6 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

“Türküstan”. info Azərtac-a istinadən xəbər verir ki, Sərəncamla Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentinin ehtiyat fondundan Dövlət Agentliyinə ilkin olaraq 6 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Posted On :
Category:

“Diqlas”da zərər çəkən sahibkarlara 570 min manat yardım ödənildi

“Diqlas” ticarət mərkəndəki yanğından zərər çəkmiş 57 sahibkara aprelin 5-də 570 min manat maddi yardım ödənilib.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Aprelin 4-də 93, bu gün isə 90 sahibkar ərizə ilə müraciət edib. Düşünürəm ki, gələn həftənin sonunadək maddi yardımın verilməsi başa çatacaq”, – deyə nazir bildirib.
Posted On :

“Nəsimi ili” ilə bağlı jurnalist müsabiqəsi elan olundu

Mədəniyyət Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı əsasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

Turkustan.info xəbər verir ki, məlumatına görə, müsabiqənin mövzusu “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği”dir.

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Posted On :

Category:

Bakıda fahişəxanada əməliyyat – YATAQDA TUTULDULAR

Bakıda qadınları gəlir məqsədilə fahişəliyə cəlb etməkdə və əxlaqsızlıq yuvası təşkil eləməkdə ittiham olunan Maman Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Turkustan.İnfo “teleqraf.com”a istinadən xəbər verir ki, Maman Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir – red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib.

23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb.

Bunun müqabilində Maman Nadirova Samir Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.

Posted On :

Terrora çağırış edən azərbaycanlı İŞİD-çilər barədə – Qərar

İŞİD terror təşkilatının bir qolu olan “Nüsra Cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Turkustan.info xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin bəraət istəmələri barədə verdikləri şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, həmin şəxs

Posted On :

39 yaşlı kişi özünü yandırdı – Abşeronda dəhşət

Turkustan.info xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu ailə münaqişəsi zəminində özünü yandırıb. Nəticədə o, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.    /ONA/

Posted On :

Elmar Məmmədyarovun erməni qadınlarla söhbəti – VİDEO

Dünən Brüsseldən Moskvaya uçan təyyarədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbəti olub.  

Söhbət zamanı Qarabağ mövzusuna da toxunulub. Rusiyadan olan stüardessa söhbətin davamına imkan verməyib.

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasından qayıdan Elmar Məmmədyarovun rəhbərlik nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək.

Turkustan.info Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbətinin videosunu təqdim edir:

https://youtu.be/VEc-cp3BNRo

/Modern.az/

Posted On :

DYP-nin saxladığı sürücü Polis Şöbəsində öldü – RƏSMİ

DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etidyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərdib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibb

Posted On :

Bakıda dustaqlar arasında dava: Yaralananlar var – SİYAHI

Bakıda cəzaçəkmə müəssisində dustaqlar arasında kütləvi dava düşüb.

Turkustan.info xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.    /Report/

Posted On :

Sürücülük vəsiqələri dəyişdiriləcək

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.

Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.    /oxu.az/ 

Posted On :

Bütün dünyanın gözü 10 aprelə dikildi – Alimlərdən ŞOK AÇIQLAMA

Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Avropa Cənub Rəsədxanası bu barədə informasiya yayıb.

Xəbərə görə, dünya miqyasında təşkil olunacaq konfransda əhəmiyyətli bir elan veriləcək.

Avropa Cənub Rəsədxanası elanın “Event Horizon Telescope” tərəfindən əldə edilən nəticələrlə bağlı olduğunu deyib. Hələ ki, rəsmi açıqlama verilməsə də, ilk dəfə qalaktikada yerləşən bir qara dəliyin fotosunun ictimaiyyətlə paylaşılacağı ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə “Event Horizon Telescope” layihəsi çərçivəsində qalaktikanın mərkəzi “Sagittarius A*”da tapılan superçəkili qara

Posted On :
Category:

“Aprel” adlı kompozisiya

Bəstəkar pianoçu Səfər Zaman aprel döyüşlərinə və bütün şəhidlərimizə ithaf etdiyi “Aprel” adlı kompozisiyasını təqdim edib. Gənc bəstəkarın “Aprel” əsərinin rejissoru İlqar Ağa, baş operatoru və montajoru Elşən Əliyev, oreratoru Anar Əliyevdi. Klip Ölkənin birinci musiqi kanalı MTV Azərbaycan istehsalıdır.

 

 

Posted On :
Category:

“Aprel” adlı kompozisiya

Bəstəkar pianoçu Səfər Zaman aprel döyüşlərinə və bütün şəhidlərimizə ithaf etdiyi “Aprel” adlı kompozisiyasını təqdim edib. Gənc bəstəkarın “Aprel” əsərinin rejissoru İlqar Ağa, baş operatoru və montajoru Elşən Əliyev, oreratoru Anar Əliyevdi. Klip Ölkənin birinci musiqi kanalı MTV Azərbaycan istehsalıdır.

 

 

[playlist type="video" ids="133242"]
Posted On :

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması vaxtı çatıb – Politoloq

Müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun yüksək səviyyədə hazırlığı və düşmənə istənilən an öldürücü zərbə vura biləcəyi barədə son açıqlaması bir növ Ermənistanın müdafiə naziri David Tonoyanın “biz işğalı genişləndirə bilərik” açıqlamasına cavabdır.

Turkustan.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Z.Həsənovun açıqlamasında belə cümlə də var: “Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”.

Posted On :

“Sputnik”in əməkdaşı Lələtəpə ilə üzbəüz erməni mövqelərinə gəldi – FOTOLAR

Rusiyaya məxsus “Sputnik” informasiya agentliyinin Ermənistan redaksiyasının müxbiri Azərbaycanın işğal altındakı torpaqlarına gəlib.

Turkustan.info xəbər verir ki, jurnalist David Qalstyan Aprel döyüşlərinin növbəti ildönümü ilə bağlı Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi ilə üzbəüz erməni mövqelərindən reportaj hazırlayıb.

Jurnalist Lələtəpə yüksəkliyinin taktiki-strateji önəmini hər vəchlə azaltmağa çalışsa da, erməni hərbçilər sözarası yüksəkliyin önəmli olduğini etiraf ediblər.

“Zabitlərin bizə danışıdıqlarına görə, 2016-cı ilə qədər yüksəkliyi erməni hərbçiləri möhkəmləndirirdilər. 2016-cı ilin aprelindən sonra isə Azərbaycan tərəfi mövqeləri betonla möhkəmləndirərək təpənin hünd

Posted On :
Category:

Prezidentdən AzTV-nin keçmiş sədri haqda SƏRƏNCAM

 

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Türkustan. info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Xatırladaq ki, N.Xudiyev vaxtı ilə AzTV-nin sədri və deputat olub.

<

Posted On :

Qarabağ üçün yeni həll “modeli” – Erməni nazir

Dağlıq Qarabağ olmadan Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar prosesi effektiv ola bilməz.

Turkustan.info xəbər verir ki, bunu “Azadlıq radiosu”na müsahibəsində Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Uzun illər ərzində o zamankı dövrün reallıqlarını əks etdirən format mövcud olub. Dağlıq Qarabağ özünün yeni imkanları ilə siyasi vahiddir. Onun 150 min əhalini təmsil edən seçilmiş hakimiyyəti var. Bizim üçün məsələ praktikdir. Ona görə ki, əgər Dağlıq Qarabağ bu prosesə münasibətdə sahiblik hiss etmirsə, danışıqlar prosesi effektiv ola bilməz. Bizim yanaşmamız belədir”, – deyə o bildirib.

O, erməni tərəfinin danışıqlar prosesini dağıtmaq üçün heç nə etməyəc

Posted On :

Müdafiə naziri: Hər dəqiqə döyüşlərə başlaya bilərik

“Azərisilah” ASC Azərbaycan ordusunu sursatla tam şəkildə təmin edir. 

Turkustan.info-nun məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib. 

“Buna görə biz rahatlıqla hər dəqiqə döyüşlərə başlaya bilərik. Tək sursatlardan söhbət getmir. Bilirik ki, çox yüksək səviyyəli hazırlanmış silahlar, pilotsuz uçuş aparatları var, zirehli texnikanın modernləşdirilməsi həyata keçirilir. “Azərisilah” mindən çox müxtəlif növ silah istehsal edir”, – nazir bildirib.  /Oxu.Az/

Posted On :
Category:

Azərbaycanlı aktrisanın intim səhnələrə çəkildiyi film təqdim olundu – VİDEO

Dünən Nizami Kino Mərkəzində çoxdandır səbirsizliklə gözlənilən və intim səhnələri ilə gündəm olan “Dalan” filminin qala gecəsi baş tutub.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, baş rollarında Ziya Ağa və Sevinc Əliyevanın oynadığı filmin rejissoru Elvin Rüstəmzadədir. Ekran işi rejissorun ilk tammetrajlı filmidir. Qadın və kişi xəyanətindən bəhs edən dramın ssenari müəllifi isə Səbinə Əhmədlidir.

Filmdə eyni zamanda Oktay Mehtiyev, Manaf Dadaşov, Rasim Cəfər, Münəvvər Əliyeva, Türkay Cəfərli kimi aktyorlar çəkilib.

Bu yaxınlarda Moskvada keçirilən “QİTİS-ustad dərsi” festivalında “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilən 

Posted On :
Category:

Nə vaxt öləcəyinizi BELƏ ÖYRƏNİN – Alimdən İNANILMAZ TEST+FOTO

Adətən vücudunuzun funksiyalarının necə işlədiyini bilmək üçün bir çox test etmək və analizlər vermək lazım gəlir. Braziliyalı alim Klaudio Gil Araoujo elə bir test təklif edib ki, o, bu testin bədənin hansı yaşda olduğunu müəyyən etməyə imkan verdiyini iddia edir. Çoxsaylı araşdırmalar göstərib ki, test həqiqətən işə yarayır.

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, test çox sadədir. Bunun üçün sadəcə oturmaq və durmaq lazımdır.

1. Ayaqqabıları çıxarıb ayaqlarınızı çarpaz edin. Məşqin əvvəlində sizin 10 xalınız var.

Posted On :

Sumqayıtda avtobusun altında qalan şəxs öldü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.az xəbər verir ki, aprelin 1-də Sumqayıt şəhər Heydər Əliyev prospektində “KİA” markalı, 50 AE 646 dövlət qeydiyyat nişanlı avtobus 1966-cı il təvəllüdlü Tağıyev Faiq Təriş oğlunu vurub. Ağır bədən xəsarətləri alan piyada Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı ötən gecə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Posted On :

Keçmiş icra başçısı vəfat etdi – FOTO

Şabran rayon İcra Hakimiyyətinin keçmiş başçısı, rayonun tanınmış ziyalılarından olan Arif Allahverdiyev vəfat edib.

Publika.az xəbər verir ki, A.Allahverdiyev Şabran şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, A.Allahverdiyev 1974-cü ildən Dəvəçi Rayon Komsomol Komitəsinin birinci katibi, 1977-ci ildən Dəvəçi Rayon Partiya Komitəsində Təşkilat şöbəsinin müdiri və rayon Xalq Nəzarəti Komitəsi sədrinin müavini, 1978-ci ildən Dəvəçi Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1988-1991-ci illərdə Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi, 1991-1992-ci illərdə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Posted On :

İspaniya portalı erməni vandalizmindən yazdı

2019-cu ilin 18 fevral tarixində mərkəzi Nyu-York şəhərində olan “Hyperallergic” internet portalında dərc edilmiş “Azərbaycan erməni mədəniyyətini məhv edir” başlıqlı məqaləyə cavab olaraq, İspaniyanın “Diario Siglo XXI” elektron portalında jurnalist Peter Tase tərəfindən Ermənistan tərəfindən həyata keçirilən ölkəmizin tarixi və dini abidələrinə qarşı vandalizmindən bəhs edən “Azərbaycana qarşı erməni faşizminin təbliğatı” başlıqlı məqalə dərc edilib.

Müstəqil.az  AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə yüksək sürətlə inkişaf edən Azərbaycan Respublikasının mədəni və dini abidələrin qorunmasına xüsusi diqqət ayırdığı, o cümlədən Bakı şəhərinin mərkəzində erməni kilsəsinin, habelə həmin kilsənin 5500 kitabdan ibarət kitabxanasının qorunub-saxlandığı qeyd edilir.

Məqalədə həmçinin

Posted On :

Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi yaradılıb.

Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi yaradılıb.

Bu barədə Kult.az-a Vaqif Səmədoğlu Mərkəzinin təsisçilərindən biri, hüquqşünas Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, 13 fevral 2019-cu il tarixdə Ədliyyə Nazirliyinin kollegiyasında Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi rəsmi olaraq qeydiyyatdan keçib və bununla bağlı şəhadətnamə verilib.

İctimai Birliyin sədri xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovadır.

Vaqif Səmədoğlu Mərkəzi xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi ilə bərabər, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirləri də gerçəkləşdirəcək.

 

Posted On :
Category:

Sabahdan “WhatsApp”da yeni funksiya tətbiq olunacaq

“WhatsApp”ın yaradıcıları daha bir funksiyanın tətbiqinə başlayır.

RİA Novosti -nin xəbərinə görə, bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq.

Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, “istifadəçini kim qruplara əlavə edə bilər” bölümündə  “telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim” deyə seçim imkanı yaranacaq.

İstifadəçini qrupa əlavə etmək istəyəndə ona sorğu göndəriləcək və uyğun olaraq, istəyin rədd edilməsivə ya əlavə edilməsi imkanı yaradılacaq. Sorğu 3 gün ərzində aktiv olacaq.

Yeni funksiya sabahdan fəaliyyətə başlayacaq və bir neçə gün sonra hə

Posted On :

Tramp Ərdoğana söz verdi – Ağ evdən geri addım

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və ABŞ-ın Türkiyəyə F-35 qırıcıları tədarük etməsi ilə bağlı məsələni həll edəcəyinə vəd verib.

Turkustan.info-nun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, ABŞ lideri bu vədi Ərdoğanla telefon söhbəti zamanı səsləndirib:

“O söz verib ki, bu məsələnin həlli üçün əlindən gələni edəcək”.  /Müstəqil.Az/

Posted On :