Category:

Azərbaycanda 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib

2018-ci ildə 54 nəfər uşaq dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Bu barədə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.

Qeyd olunub ki, 2018-ci ildə dövlət uşaq müəssisələrinə 135 nəfər uşaq yerləşdirilib, 5 nəfər uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 217 nəfər uşaq isə reabilitasiya xidmətlərinə yönləndirilib.

12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib.

Posted On :
Category:

I sinfə qəbul üçün tələb edilən sənədlər açıqlanıb – SİYAHI

Təhsil Nazirliyi I sinfə şagird qəbulu üçün tələb edilən sənədlərin siyahısını açıqlayıb.

Təhsil Nazirliyindən “Rubin.az”-a verilən məlumata görə, valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

– Azərbaycan Respublikasının vətəndaşları üçün – valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;

– Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

– xarici ölkə vətəndaşları üçün – valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisi

Posted On :
Category:

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtını uzadıb.

DİM-in mətbuat xidmətindən “Rubin.az”-a verilən məlumata görə, sənəd qəbulu fevral 28-i saat 23:59-dək davam edəcək.

Bildirilib ki, indiyədək 853 namizəd (Azərbaycan bölməsi – 739; rus bölməsi – 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək M

Posted On :
Category:

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən (DİM) “Rubin.az”-a verilən məlumata görə, bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:02-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nətic

Posted On :
Category:

“Müalicə işi ixtisası ləğv olunmayıb”

Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev müalicə işi ixtisasının ləğv olunması ilə bağlı yayılan narahatlıqlara aydınlıq gətirib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, o bildirib ki, sözügedən ixtisas çıxarılmayıb, sadəcə dünya praktikasına əsaslanaraq adı dəyişdirilib:

“Dünyada tibb ixtisası var, müalicə işi adında ixtisas yoxdur. Burada 4 ixtisasın 4-ü də qalıb. Tibbi profilaktika və hərbi həkim işi ixtisaslarının adları dəyişdirilib. Elə ixtisaslar var ki, məsələn, həkim yardımçısı ixtisasına 10 ildən çoxdur ki, qəbul aparılmayıb. Ancaq dünyada tibb bacısı ixtisası bakalavr səviyyəsində keçirilir. Odur ki, biz də artıq bu ixtisasın subbakalavr səviyyəsində keçirilməsinin vacib olduğunu düşündük.

Nazir müavini onu da qeyd edib ki, ləğv olunmuş və ya adı dəyiş

Posted On :
Category:

2019-un qəbul imtahanı modelinə uyğun sınaq imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun respublikanın 26 şəhər və rayonunda sınaq imtahanları keçirib.

“Rubin.az” xəbər verir ki, Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Fevralın 11-dən etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq.

Yazılı cavab vermək tələb ol

Posted On :

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİRDLƏRİ MÜKAFATLANDIRIB

XEYİRLİ OLSUN!..

2017-ci il dekabrın 26-da
Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi
yardım gös­tərmək
məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
“Dil­lər” kafedrasının
müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun
ikinci iclası keçiril

Posted On :

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” – TƏKLİF

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib.

Deputat gənclərin mənzil problemindən danışıb.

“Bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri, o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var: “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlana

Posted On :

Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər

“Son günlər belə xəbərlər çoxalır. Məhkəmələr sürüclər barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə işlərə (sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə) onları məlumatlandırmadan baxırlar”.

Bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, bəzi məhkəmələr tərəfindən atılan bu addım qanunaziddir: “Hörmətli hakimlərin və onların köməkçilərinin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi sürücünün məlumatı olmadan belə işlərə baxmağı qadağan edir. Ən başlıcası isə odur ki, bildirişi alan və işin nə yerdə olduğunu anlayan sürücü ağır şərtlərlə kredit alsa da, cəriməni ödəyəcək və sizin əziyyət çəkib qərar çıxarmağınız

Posted On :

AzMİU-da Milli Dirçəliş Günü qeyd olunub – FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Univeritetində (AzMİU) İnşaat fakültəsinin təşkilatçılığı ilə 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə bayram tədbiri keçirilib. Aktor.Az xəbər verir ki, tədbirdə fakültə dekanları, müəllimlər və tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. İnşaat fakültəsinin dekanı, texnika elmləri namizədi Hikmət Məmmədov qonaqları 17 noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatıyla bağlı olan Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildən elan olunub və həmin tarixdən bu günü rəsmən qeyd edirik. Ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli- azadlıq hərəkatı

Posted On :

Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” keçirilib – FOTO

“Sumqayıt Texnologiyalar Parkı” MMC və “Azərbaycan Mühəndislər Birliyi”nin birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün “Karyera Günü” təşkil edilmişdir. Aktor.Az xəbər verir ki, tədbir iştirakçılarına şirkət haqqında geniş məlumatla yanaşı, şirkətin gələcək planları və layihələri barədə məlumat verilib, qısa zaman ərzində xarici bazara çıxmaq planlarının olduğu xüsusilə qeyd edilib.

 

 

Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru, tədbirdə iştirak edən 100-dən çox iştirakçıya onlayn müraciət qaydalarını, seçim prosesinin necə həyata keçirildiyini açıqlayıb. Şirkətin İnsan resursları departamentinin digər əməkdaşlar

Posted On :

İslam həmrəyliyi ilə bağlı daha bir layihəyə start verilib

Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi “İslam həmrəyliyi Azərbaycan gənclyinin gözü ilə” layihəsinə artıq start verilib. Layihənin rəhbəri Aynur İsmayıllının Aktor.Az-a verdiyi məlumata görə, layihə çərçivəsində videorolikin hazırlanması, islam həmrəyliyinin Azərbaycan nümunəsinini ictimai müzakirəsi təşkil olunacaq. Müzakirədə gənclərlə bərabər millət vəkilləri, dövlər orqanlarının nümayəndələri iştirak edəcək.

Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda bizdə dünyəvi prinsirlər də hakimdir. Artıq bir həqiqət qəbul edilir ki, dünyada islam həmrəyliyinə böyük ehtiyac var. O da bəllidir ki, müxtəlif dini qruplaşmalar islamı öz istədikləri kimi təbliğ edirlər.

Məhz bu baxımdan yanaşılanda gənclər arasında həqiqi islam dəyərlərinin təbliği və dini dəyərlərin doğru anlaş

Posted On :