Zakir Həsənov Belarusa gedir

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin Mətuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

 

Posted On :
Category:

Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə – FOTOLAR

Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə -FOTOLAR

Posted On :

Prezident ustadın vəfatı ilə bağlı nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev professor Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

 

Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynov 2019-cu il iyunun 24-də ömrünün 95-ci ilində vəfat etmişdir.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olmuşdur. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirmiş, 1940–1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxumuşdur. O, 1945–1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil almışdır. Universiteti fərqlənmə diplomu başa

Posted On :

İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Milletinsesi.az fərmanın mətnini təqdim edir:

1. “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu və Mükafatlandırma Mərasimi – 2019”un 2019-cu il iyunun 24–26-da Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2019-cu il iyunun 14-də və 18-də məktublar mübadiləsi formasında bağlanılmış Saziş təsdiq edilsin.

2. Bu Fə

Posted On :

İlham Əliyevə medal verildi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb.

Report xəbər verir ki, medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.

Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub.

 

Posted On :

Banqladeşin baş naziri Azərbaycana gəlir

Banqladeşin Baş naziri şeyx Hasina Vazed Azərbaycana səfər edəcək.

Report xəbər verir ki, bu barədə Banqladeşin Ticarət və Sənaye Palataları Federasiyasının (FBCCI) prezidenti Müntəqim Əşrəf bildirib.

Onun sözlərinə görə, səfər bu ilin oktyabr ayına planlaşdırılır.

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Banqladeşin də üzvü olduğu Qoşulmama Hərəkatı təşkilatının sammiti keçiriləcək.

 

Posted On :

İlham Əliyev 12 sərəncam imzaladı

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademi

Posted On :

Azərbaycana gələn türk hərbçilər geri qayıtdı

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola s

Posted On :

İlham Əliyev 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə N

Posted On :

Gürcüstanın müdafiə naziri Qəbələyə gəldi

Gürcüstanın Müdafiə naziri cənab Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün iyunun 11-də Qəbələ şəhərinə gəlib.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Posted On :

Bu şəxslərin müavinəti artırıldı – 3 sərəncam, 1 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında Saziş”i Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən e

Posted On :
Category:

Prezident İlham Əliyev Klaarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İstixeber.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

İstixeber.info

Posted On :

İlham Əliyev və xanımı rəsmi qəbulda

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Milletinsesi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

 

Posted On :

Prezident iftar mərasimində iştirak edib

Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete

Posted On :
Category:

Prezident İlham Əliyevdən mühüm sərəncam

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

İstixeber.info xəbər verir ki, sərəncamda deyilir:

REKLAM

Azərbaycan R

Posted On :
Category:

Prezident İlham Əliyevdən mühüm sərəncam

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

İstixeber.info xəbər verir ki, sərəncamda deyilir:

REKLAM

Azərbaycan R

Posted On :

İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nöm

Posted On :

Prezident və xanımı Mərkəzi Parkın açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak ediblər.

Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Posted On :

Məmmədyarov Kolumbiya səfirini qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

XİN-dən Milletinsesi.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulanıb.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Luis Antonio Dimate Kardenas etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Posted On :

Mətbuat Şurası siyasi maraqlar mövzusunda «dəyirmi masa» keçirib – FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib.

Aktor.Az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. «Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki, əsasən də Britaniya mediasındakı təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır», – deyə

Posted On :
Category:

Deputatdan pərdə qadağasına ETİRAZ

“Vaxtilə keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin yan şüşələrinə pərdələrin vurulması ilə bağlı qərar qəbul etdi. Sonra o qərarı “yay mövsümündə pərdə olsun, amma qış mövsümündə olmasın” şəklində dəyişdilər. Bunu da təhlükəsizliklə əsaslandırdılar. Amma Avropada avtomobildə pərdədən həm yayda, həm qışda istifadə edirlərsə, onda belə çıxır ki, Avropada olan insanlar təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər”.

İstixeber.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

REKLAM

Posted On :

Sabir Rüstəmxanlının 73 yaşı tamam olur

Sabir Rüstəmxanlının 73 yaşı tamam olur

Mən ona həmişə demokratiyanın sağ əli deyirəm. Ona görə yox ki, Sabir Rüstəmxanlının adı Azərbaycana müstəqillik və demokratiya anlayışaları ilə birlikdə gəlib. Ona görə ki, Sabir Rüstəmxanlı demokratiyanın mahiyyətini bizə daha yaxından tanıdıb. Azad düşüncəsi, müstəqil yanaşmaları ilə deyil, həm də azad rəftarı ilə. Məsələn, onun sağ əli həmişə cibindədir. İstər müsahibə zamanı, istər müzakirə zamanı…İstər böyüyün qarşısında, istər kiçiyin….

Bizim gəncliyimizin qəhrəmanı idi Sabir Rüstəmxanlı. Onu təkcə meydan tribunalarındakı odlu alovlu çıxışlarından havada sıxılmış yumruğundan , yarılmış başından tanımırdıq, həm də Ömür kitabından tanıyırdıq. Bir də redaktoru olduğu “Azərbaycan” qəzetindən. O illərdə jurnalist olmaq istəyən biz gənclər üçü

Posted On :

Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunan video layihə

Müstəqil.Az “Trend” İnformasiya Agentliyinə istinadən “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihənin 19.05.2019 tarixli növbəti buraxılışını təqdim edir.

“PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunub.

 

Posted On :

Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü.

 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü.

 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü.

Yer və zaman bəlli olmasa da, videonun mühüm bir toplantıda çəkildiyi görünür. Görüntüdə M.Ə.Rəsuklzadənin yanındakı şəxsin Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri olmuş Xəlil bəy Xasməmmədov olduğu bildirilir.

Müstəqil.Az Turkustan.info-a istinadla həmin video-görüntünü təqdim edir:

Video Oynadıcı

“Green Card” sistemi dəyişir- RƏSMİ

ABŞ-da yaşamaq istəyənlərin qeydiyyatdan keçdiyi və lotereya üsulu ilə açıqlanan “Green Card” sistemində dəyişiklik edilib.
Bu barədə bəyanatı ABŞ prezidenti Donald Tramp yayıb.
Yeni qaydalara əsasən, qaliblər artıq lotereya yox, xal üsulu ilə seçiləcək.
Trampın sözlərinə görə, təsadüfi seçim olmayacaq. Onun əvəzində ABŞ-da yaşamaq istəyənlərin iş, təhsil və bacarıq səviyyələri nəzərə alınacaq və xal sistemi də buna uyğun aparılacaq. Veriləcək “Green Card” sayında isə heç bir dəyişiklik olmayacaq.
Posted On :

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Müstəqil.Az Azərtaca istinadla xəbər verir ki,Mayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Dövlət başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

– Hörmətli səfirlər.

Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. İlk növbədə, xahiş edirəm ki, mənim səmimi salamlarımı, xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız va

Posted On :

Parlamentdə Keşikçidağ müzakirəsi: Bizimdir

Bu gün Milli Məclisin plenar iclasında Keşikçidağ tarixi mədəniyyət abidəsi ilə bağlı müzakirə açılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə danışan millət vəkili Qənirə Paşayeva Azərbaycanın Gürcüstanla münasibətlərə həmişə həssas yanaşdığını deyib.

“Ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub, ərazimizdə yerləşib. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi deyil”, – deyə o əlavə edib.

Millət vəkili Nəsib Məhməliyev də Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb:

“Biz gəlmə, köçəri xalq deyilik. Bu torpaqların əzəli və qanuni sahibləriyik. Eyni zamanda, bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir”.

Posted On :

Türkiyə sərhədində Azərbaycanın yanacaq tankeri partladıldı – VİDEO (YENİLƏNDİ)

Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı təhqiqat aparılır.

Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.

***

Azərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.

Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.

Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müv

Posted On :

Dollarlar, avrolar sizi xilas edə bilməyəcək… – Ərdoğan

Hamımız bilirik ki, seçkiyə təsir etmək üçün əllərindən gələni edəcəklər. Bu həssas məqamda bizə düşən millətin əmanətinə sahib çıxmaqdır.

Müstəqil.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Bizi daxildən vurmaq istəyənlərdən bunun hesabını necə soruşmağı bilirəm. Bu ölkə hamımızın ortaq vətənidir. Dollarlar, avrolar sizi xilas edə bilməz, sizi millət xilas edə bilər”, – Ərdoğan qeyd edib.

Posted On :

Azərbaycanda bütün sənədsiz evlər rəsmiləşdiriləcək – Sərənca

“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Müstəqil.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını vurğulayıb:

“10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev və “Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat verdilər.

Qeyd edək ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərə

Posted On :

Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək – Merkeldən SƏRT ÇIXIŞ

“Türkiyə bələdiyyə seçkilərinin nəticəsini ləğv etməklə Avropa İttifaqına üzvlük üçün sahib olduğu üstünlüyünü itirdi”.

Müstəqil.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

“Süddeutsche Zeitung” qəzetinə açıqlama verən kansler bildirib ki, seçkilərdən sonra yaşanan hadisələr Türkiyəni Avropa İttifaqına üzv olmağa yaxınlaşdırmayıb: “Seçkilərdən sonrakı hadisələr Türkiyənin Avropa İttifaqına üzv olmasına ehtimal vermir. Əksinə, bu ölkənin inkişaf yolu ilə bağlı təşviş yaradır. Mən hər zaman Türkiyənin tam üzv ola biləcəyini xəyal edə bilmədiyimi söylədim”.

Merkel bundan sonra Almaniyanın Türkiyə ilə olan xüsusi münasibətlərinə diqqət çəkib: “Siyasi dəyərlər haqqındakı fikirlər çox mə

Posted On :

Gömrükçülərə rüşvət təklif etdi, kameraya düşdü – VİDEO

Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, may ayının 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıy

Posted On :

Əliyevin də olduğu şəkil: Paşinyan yoxa çıxdı – ŞOK FOTO

Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub.

Axar.az xəbər verir ki, gülüşə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın fotoda yeri olub. Belə ki, Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna Prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib.

Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib.

Ermənistanın “Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siy

Posted On :

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

“Report”un Moskva bürosunun məlumatına görə, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətini

Posted On :

İspaniya ABŞ-ın İrana qarşı avantürasına qatılmaqdan imtina etdi…

İspaniya hökuməti öz freqatını Vaşinqtonun anti-İran missiyası üçün hərəkətə keçirdiyi ABŞ Hərbi Dəniz Donanmasının “Avraam Linkoln” avia-daşıyıcısının başçılıq etdiyi döyüş qrupundan müvəqqəti olaraq çıxarıb.
Moderator.az xəbər verir ki, bu haqda  yerli “Pais” qəzeti yazıb.
200-dən çox ekipaj üzvü olan “F-104”- “Mendes Nyunes”  freqatı ABŞ-ın təyyarə daşıyan gəmi qrupunda yeganə xarici gəmi olub. Freqatın ABŞ avia-daşıyıcı qrupundan müvəqqəti çıxarılması barədə qərarı İspaniya Müdafiə naziri  Marqarita Robles qəbul edib. Qəzetin verdiyi məlumata görə, İspan gəmisi Fars körfəzi sularına girməyəcək və yalnız ABŞ-ın əvvəl nəzərdə tutulmuş proqrama  dönəcəyi təqdirdə  qrupa qayıda bilər.
Xatırladaq ki, ABŞ Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan İranın nüvə silahı haz

Posted On :

Azərbaycan və Gürcüstan razılığa gəldi

Bu gün Bakıda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.

Bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib.

Eyni zamanda müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə

Posted On :

Bakıda erməni kilsəsindən minlərlə silah çıxdı

1918-ci ildə Bakıda erməni kilsəsində araşdırma zamanı minlərlə silah-sursat tapılıb. AXC oranı bağlamaq istəyəndə böyük qalmaqal yaranıb və Bakıdakı ingilis konsulluğu hökumətə təzyiq edib.

Kult.az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O, tarixi hadisələri sıralayaraq, ermənilərin yürütdüyü siyasətin mərkəzində hansı qüvvənin olmasına diqqət çəkib.

Z.Əliyevin göstərdiyi nümunələrə baxanda din amilinin ermənilərin siyasətində böyük ölçüdə rol oynadığını görmək olur:

“1) 1826-1828-ci illər – Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra erməni katolikosu Nerses Aştaraketsi ermənilərin Azərbaycana köçürülməsi haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

2) XX əsrin əvvəllərində bütün ermənilərin katolikosu V Gev

Posted On :

Azərbaycanda 10 min nəfərə elektron qaydada pensiya təyin olundu

”Azərbaycanda 10 min nəfərə elektron qaydada pensiya təyin olunub”.

REAL ONA-ya istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu ilin ötən dövründə minimum pensiya və minimum əmək haqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

S. Babayevin sözlərinə görə, cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi təsir göstərib.

O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzillə, minik avtomobili ilə təminatı proqramı genişlənib.

Posted On :

Azərbaycanlılar Brüsseldə Prezidentə dəstək aksiyası keçirdi

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.

“Report”un məlumatına görə, aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və s kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.

Posted On :

“Ən yaxşı zenit-raket artilleriya batareyası” müəyyənləşdi-Video

2019-cu ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazinin mürəkkəb relyefini nəzərə alaraq Vətənimizin hava sərhədlərinin etibarlı müdafiəsini təmin etmək üçün mütəmadi olaraq peşəkarlıqlarını artırmaq məqsədi İlə təlim-məşqlərə cəlb edilirlər.

Yarışlarda iştirak edən şəxsi heyət bilik və bacarığını nümayiş etməklə verilən ən çətin tapşırıqları uğurla yerinə yetirib.

Posted On :

…Şər-böhtan kampaniyasına ona görə başlayıblar – Deputat

Əslində gözləntilər özünü tam doğrultdu. Azərbaycan bu yaxınlarda Formula 1 yarışlarına, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək səviyyədə ev sahibliyi etdi. Mayın 29-da isə Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Dünyanın idman ictimaiyyətinin diqqəti Azərbaycanın paytaxtına istiqamətlənəcək. Bu reallıqlar fonunda yenidən ölkəmiz anti-Azərbaycan qüvvələrin hədəfinə çevrilib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər instansiyalar Azərbaycana qarşı yenidən qarayaxma kampaniyasına start veriblər.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.

Posted On :

“Böyük Britaniya XİN-in bəyanatı obyektiv deyil”

Bu, Böyük Britaniya – Azərbaycan münasibətlərinin ruhuna yaraşmır

“Böyük Britaniyada XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. İlk növbədə, bu, obyektiv deyil və Böyük Britaniya – Azərbaycan münasibətlərinin ruhuna yaraşmır”.

Müstəqil.Az bildirir ki, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu AzNews.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb də daxil olmaqla, bütün dünya ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələr

Posted On :

Sabah Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də saat 11:00-dan Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
Posted On :

Brüsseldə XİN başçılarının görüşü başladı – Video

Brüsseldə Avropa İttifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan altı ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb.

Report-un məlumatına görə, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.

Görüş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin sədrliyi ilə keçirilir.

Görüş zamanı iştirakçılar “Şərq Tərəfdaşlığı” Proqramının həyata keçirilməsini müzakirə edəcəklər.

Facebook

Posted On :

Emin Milli Prezident İlham Əliyevdən üzr istədi

“Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli (Abdullayev) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən üzr istəyib.

REAL-ın xəbərinə görə, bu barədə E.Milli özünün Facebook səhifəsində yazıb.

O, dövlət başçısından, hökumət nümayəndələrindən və digərlərindən üzrü nifrət ifadə etdiyinə görə istədiyini bildirib.

“İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər”, –  E.Milli deyib.

Posted On :

Heydər Əliyev Fondu nələr edir?

Ümumiyyətlə Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, ölkə xaricində də kifayət qədər işlər görür və müxtəlif humanitar aksiyalar keçirir.

Bu sözləri açıqlamasında Heydər Əliyev Fondunun 15 illik yubileyi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bu fondun Azərbaycan üçün əhəmiyyəti çox böyükdür:

“Heydər Əliyev Fondu ölkəmizdə mühüm işlər görür. Buna səhhətində problem olanlara yardım, incəsənət nümayəndələrinə qayğı, maddi-mədəniyyət abidələrinin qorunması, təhsil və tibb sahəsində xüsusi layihələr və s. çoxsaylı işlər daxildir. Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi işlər isə Azərbaycanın tanıtması ilə yanaşı, həm də bu ölkələrin Azərbaycanla münasibətlərinin daha sıx olmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın zəhməti və düzgü

Posted On :

Ömrünü xalqına həsr edən rəhbər heç zaman unudulmaz…

Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə onu ən xoş xatirələrlə, böyük qürur və sonsuz minnət hissi ilə anırıq. Çünki ulu öndərimizin Azərbaycan xalqı qarşısında böyük və əvəzedilməz xidmətləri olub. İllər öncə cansız bir dövlətə nəfəs verən Heydər Əliyev bugünkü müstəqil və demokratik dövlətə sahib olmağımızı təmin etdi. Ümummilli liderimizin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Bu danılmaz bir faktdır ki, Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Dövlətimizə, xalqımıza, bayrağımıza, milli-mənəvi dəyərlərimizə sədaqətini hər zaman ifadə edən Heydər Əliyev

Posted On :

“Bu gün dövlət və xalq olaraq var olmağımız Heydər Əliyevin xalqımıza ərmağanıdır…”

Azərbaycan xalqının böyüklüyü hər zaman dahi şəxsiyyətlər yetişdirməsindədir. Tarixən hər nə qədər keşməkeşli həyat yolu keçsə də‚ tarixin bütün çətinliklərində hər zaman böyük şəxsiyyətlər sayəsində xalqımız hər bir çətinliyi geridə qoymağı bacarmış və məhz xalqımızın içərisindən çıxmış milli liderlər sayəsində nicat tapmışdır. Xalqımızın dövlətçilik tarixi çox qədimdir. Təbiiki dövlətçilik dəyərlərimizin və milli ruhumuzun formalaşmasında‚ xalqımızın milli maraqarının qorunmasında öndərlik etmiş mühüm tarixi şəxsiyyətlər olub. O nəhəng ensiklopedik siyasi düşüncəyə və böyük dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyətlərdən biri müasir dövr Azərbaycanın memarı‚ qurucusu‚ xalqımızın

Posted On :

Göyçay rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Bu gün Göyçay rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.
 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransda iştirak edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyəti aparatının məsul işçiləri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Regional Şöbəsinin müdiri, hüquq mühafizə orqanlarının rəhbərlər

Posted On :

Prezident Rasim Balayevi təntənəli mərasimə dəvət etdi- FOTO

Xəbər verdiyimiz kimi, mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və ailə üzvləri iştirak ediblər.

BakuPost xəbər verir ki, dəvətlilər arasında xalq artisti Rasim Balayev də olub. Dövlət başçısı və birinci xanım Rasim Balayevlə görüşərək onunla söhbət ediblər.

Posted On :

Heydər Əliyevin rəqs edərkən görüntüləri…

Sevil Əliyeva atası, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 96-ci il dönümü ilə əlaqədar video paylaşıb.

Müstəqil.Az Kult.az-a istinadla xəbər verir ki, İnstaqram hesabında paylaşdığı videoda Heydər Əliyevin tədbirlərin birində lentə alınan rəqsi əks olunub.

Sözügedən videonu təqdim edirik:

Posted On :

Leyla Əliyeva sosial xidmət müəssisəsində (FOTOLAR)

Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.
Müstəqil.Az xəbər verir ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil etdi.
Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəs

Posted On :

İlham Əliyev bəstəkar Arif Məlikov ilə vida mərasimində iştirak etdi

Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov ilə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev vida mərasimində çıxış edərək Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Nazir vurğulayıb ki, Arif Məlikovun Nazim Hikmətin librettosuna yazılmış “Məhəbbət əfsanəsi” baleti görkəmli bəstəkara dünya şöhrəti qazandırıb. Bu balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Arif Məlikov səkk

Posted On :

İlham Əliyev və xanımı veteranlarla görüşdü

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi.

Azərbaycan Prezid

Posted On :

İlham Əliyev DOST Agentliyi və ilk DOST mərkəzinin AÇILIŞINDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.
 
Müstəqil.Az xəbər verir ki, dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.
Posted On :

Prezident İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdiriblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharib

Posted On :

Göyçayda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kitab bayramı keçirildi- FOTO

Göyçay rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.
Bu münasibətlə şəhərin mərkəzində “Kitab Bayramı”-adlı tədbir keçirilib.
Azərbaycan qədim dövrlərdən öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Kitabxanalar xalqımızın milli sərvətidir və bu sərvətin qorunub saxlanmasında, cəmiyyətin intellektual, mədəni potensialının artırılması

Posted On :

İlham Əliyev və Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Posted On :

LDU-da H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika elmi-praktik konfrans…

LDU-da H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilir.

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Tədris prosesində elmi innovasiyaların tətbiqi yollları” mövzusunda  iki günlük respublika elmi-praktik konfransı  işinə başlayıb.

Respublika elmi-praktik konfransı  dövlət himnimizin ifası ilə start götürüb.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov  iştirakçıları  salamlayaraq konfransın işinə uğurlar arzu edib.Ölkədə təhsilin inkişafı istiqamətində görülən çoxşaxəli işlərdən söz açan universitet rəsmisi qazanılan uğurları ulu öndər Heydər Əliyevin düzgün siyasətinin bəhrəsi adlandırıb. Ölkə başçısı İlham Əliyevin respublikda təhsilin inkişafına göstərdiyi diqq

Posted On :

Prezident və xanımı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxdılar.

Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dö

Posted On :

Əli Həsənovdan Türk Şurasına ortaq yayım təklifi

Ə.Həsənov AZTV və İctimai TV-nin şuraya üzv dövlətlərdə yayımını təklif edib

Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında təklif edib.

Posted On :

Türkiyədəki siyasi gərginliklər fonunda təkrarlanacaq İSTANBUL SEÇKİLƏRİ

Babək Ağayev

Dünən, 6 may tarixində Türkiyənin Yüksək Seçim Qurumu (YSK) 31 martda baş tutan bələdiyyə seçkilərinin İstanbul üçün yenidən keçirilməsinə qərar verdi. Verilən qərar Türkiyə və dünyanın əksər media qurumlarının əsas xəbəri oldu. O cümlədən Azərbaycanın…

Çünki heç şübhə doğurmur ki, İstanbulda seçkilərin yenilənməsi haqda qərar Türkiyədə onsuz da gərgin olan siyasi atmosferi bir az da gərəcək və əslində bu gərginliyin artması son nəticədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) zərərinə işləyəcək.

Məsələ burasındadır ki, bələdiyyə seçkilərinin keçirilməsindən 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, dünənki YSK qərarına qədər İstanbulun nəticələri üzərində mübahisələr bitməmişdi. İstanbul seçkilərinin nəticələri elan edildiyi andan hakim AKP fövqəladə etiraz hüququndan is

Posted On :

İstanbulda seçkilərin nəticələri ləğv olundu

Türkiyə Yüksek Seçim Kurulu (yerli Mərkəzi Seçki Komissiyası) bu ilin martın 31-də İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv edib.

Türkiyə mətbuatının məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Receb Özel İstanbulda seçkilərin təkrarlanacağını bildirib.

Məlumata görə, YSK bu qərarı 7 lehinə, 4 əleyhinə olmaqla qəbul edib.

Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə İstanbul bələdiyyəsi uğrunda hakim AKP (namizədi Binəli Yıldırım) və CHP (Cümhuriyyət Halk Partisi, namizədi Ekrem İmamoğlu) mübarizə aparıblar, cüzi fərqlə Ekrem İmamoğlu qalib gəlib.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərin iyunun 23-də keçiriləcək. ​

Posted On :

4 jurnalistin ölkədən çıxışlarına qoyulmuş qadağa geri götürüldü.

Bu gün, mayın 6-sı, dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.

Turan-ın məlumatına görə, həmin qadağa dörd il ərzində – 2015-ci ildən qüvvədə idi.

“Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, – jurnalist Natiq Cavadlı agentliyə deyib.

Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə Cəlilova və Rasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa Meydan TV üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.

Ölkədən çıxışa qoyulmuş qadağa Meyda

Posted On :

Oruc tutmadığını deyənlər cəzalandırılacaq – Polisdən XƏBƏRDARLIQ

Tehranda vətəndaşlar Ramazan ayında oruc tutmadıqlarını bəyan edərsə, polis onlarla qanun çərçivəsində davranacaq.

Bunu Tehranın polis rəisi Hüseyn Rəhimi deyib.

H.Rəhimi bildirib: “Bütün vətəndaşları bu aya hörmətlə yanaşmağa çağırırıq. Hətta oruc tuta bilməyən vətəndaşlardan bunu bəyan etməmələrini istəyirik”.

Polis rəisi əlavə edib ki, kafe və restoranların fəaliyyəti səhərdən şam azanına qədər qadağandır.

Onun sözlərinə görə, yemək sifarişi həyata keçirmək istəyən hər hansı iaşə mərkəzi polisdən lazımi icazəni almalıdır.

H.Rəhimi bildirib ki, otellər və kinoteatrlar iftardan səhərədək fəaliyyət göstərə bilərlər. (trend)

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

ONA xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Sheremetevo” hava limanından qalxdıqdan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində 41 nəfər ölüb. Qəza zamanı 37 nəfər sağ qalıb.

“Aeroflot”a məxsus təyyarə Moskvadan Murmansk istiqamətində uçmaq üçün havaya qalxıb.

Posted On :

Tramp Ramazan ayı münasibətilə müsəlmanları təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.

Təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd Peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu bildirib.

Tramp insanların Ramazan ruhunda, daha ahəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və birinci xanım Melaniya Trampın da təbriklərə qoşulduğunu bildirib.

Posted On :

DTX və DSX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Heydər zirvəsi”nə yürüş təşkil edib.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

“Heydər zirvəsi”nə yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakı şəhərindən müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb.

Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.

Q

Posted On :

Pitsburqda 28 may Azərbaycan Günü elan edilib

ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Bu barədəOxu.Az-ın redaksiyasına daxil olan press-relizdə deyilir.

Bəyannamədə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddəti ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla y

Posted On :

Salmandan Abbasa şok rüşvət təklifi

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa “Əsrin müqaviləsi” layihəsini qəbul etməsi üçün 10 milyard dollar təklif edib.

Müstəqil.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri yazıb.

Nəşrin iddiasına görə, Məhəmməd bin Salman və Mahmud Abbas arasında keçirilən görüşdə Fələstin hökumətinin illik 1 milyard dollarlıq xərcinin olduğunu öyrənən vəliəhd müqavilə imzalamağı qəbul edəcəyi halda Abbasa 10 il ərzində 10 milyard dollar ödəməyi təklif edib.

Fələstin lideri Mahmud Abbas isə sözügedən qərarın siyasi kariyerasına son qoya biləcəyi düşüncəsi ilə təklifi rədd edib.

 

ABŞ-dan Qarabağ açıqlaması – VİDEO

“ABŞ öz öhdəliklərinə ciddi yanaşır“

ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək.

REAL xəbər verir ki, bunu ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, ABŞ ATƏT Minsk qrupunun həmsədri qismində öz öhdəliklərinə ciddi yanaşır:

“Biz şadıq ki, tərəflər arasında liderlər və Xarici İşlər nazirləri səviyyəsində görüşlər baş tutub. Tərəflər qoşunların təmas xəttində gərginliyin və atəşkəs rejiminin pozulması hallarının azaldılması barədə razılıq əldə ediblər. Moskvada bu yaxınlarda keçirilmiş Xarici İşlər nazirlərinin görüşündə məqbul razılaşmalar əldə olunub. ABŞ gələcəkdə Xarici İşlər nazirlərinin görüşünü keçirməyə hazırdır. Növbəti görüşə gəldikdə isə, hələlik demək olmaz ki, y

Posted On :

Əkrəm İmamoğlunun kabinetində Ərdoğanın portreti… – Foto

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun iş otağında prezident Rəcəb Tayyib Ərdoğanın fotosunun götürüldüyü, yerinə Mustafa Kamal Atatürkün rəsminin asıldığı iddia edilib.

Müstəqil.Az xəbər verir ki, bu məsələyə aydınlıq gəlməsi üçün Əkrəm İmamoğlunun iş otağının yeni görüntüsü paylaşılıb.

Məlum olub ki, Ərdoğanın fotosu iş otağından götürülməyib, sadəcə onun yeri dəyişdirilib.

Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərinin başı üstündə Mustafa Kamal Atatürkün, sağ divarda isə Rəcəb Tayyib Ərdoğanın portreti asılıb.


Posted On :

Prezident İlham Əliyev “İçərişəhərlə bağlı fərman imzaladı…

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1534-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Müstəqil.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 440-1.1-ci (dövlət orqanları (qurumları) və bələdiyyələ

Posted On :