Kataloniya bu gün yekun qərar verəcək

İspaniyanın Kataloniya muxtar vilayəti rəhbərliyinin bu gün müstəqillik elan edib-etməyəcəyi məlum olacaq.

Kataloniya parlamenti bugünkü iclasda məsələ ilə bağlı qərar verəcək.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Posted On :

ABŞ Dövlət Departamentindən “Həşdi Şabi” açıqlaması

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert keçirilən brifinqdə İranın dəstək verdiyi “Həşdi Şabi” komandirlərində Əbu Mehdi Mühəndisin Kərkükdəki roluna dair şərh verib.

Mühəndisin 2009-cu ildə ABŞ tərəfindən terror siyahısına daxil edilməsinə dair suala Notyert belə cavab verib:
“Bu mövzu ilə bağlı xəbərləri gördüm. O, şəxs terrorçudur. Xəbərləri təsdiq edə bilmərəm, əgər doğrudursa əsgər toplama fəaliyyətlərinin uğursuzluğa düçar olmasını ümid edirik”.

“İraqlılar buna qarşı tədbir almalıdırmı?” sualına Noyert “O bir terrorçudur, ancaq bundan o tərəfə bir şey deyə bilmərəm” cavabını verib.
İraq Kürd Regiona Hökuməti Təhlükəsizlik Agentliyi Mosulun şimal-qərbində İraq qüvvələri ilə gedən döyüşlərdə İraq ordusu və “Həşdi Şabi”yə məxsus 3 tank, 5 “Hummer” cipinin vurulduğunu bildirmişdi. İKRH peşmərgəyə qarşı

Posted On :

Orucov qələbə ilə başladı, Hüseynov ipponla uduzdu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir.

Yarışın ikinci günündə tatamiyə 2 idmançımız çıxacaq.

Kişilər 73 kq
Olimpiya mükafatçımız Rüstəm Orucovun Qran-pridə debütün 1/16 finala təsadüf edib. İlk mərhələdən azad olan həmyerlimiz Aleks Pombo Silvanı (Braziliya) sınağa çəkib. Görüş cüdoçumuzun asan qələbəsi ilə yükunlaşıb. O, Silvanı 64 saniyəyə ippona salıb.

81 kq
Naim Hüseynov da mübarizəyə 1/16 finaldan başlayıb. Olimpiya çempionumuz Nazim Hüseynovun oğlu ilk cəhdində rusiyalı Alan Xubetsovla güləşib və ipponla uduzub.

Qeyd edək ki, Qran-priyə 11 cüdoçu ilə yollanan yığmamız yarışın ilk günündə 1 gümüş medala yiyələnib. Mükafatı komandamıza Nicat Şıxəlizadə (66 kq) qazandırıb.

Posted On :

Mourinyodan “Atletiko”ya təklif

Oktyabrın 31-də “Qarabağ”ı qəbul edəcək “Atletiko” aparıcı futbolçularından olan Saul Nigeslə vidalaşa bilər.

Gənc yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı var.

Belə ki, “Mançester Yunayted” Saulun xidmətində maraqlıdı. “Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində İspaniya yığmasının üzvünün alınmasını istəyib.

O, keçidin baş tutması üçün 2 futbolçunu qarşı tərəfə göndərməyə razıdı. Söhbət Premyer Liqa klubunun formasını geyinən ispaniyalılar – Ander Herrera və Xuan Matadan gedir.

Qeyd edək ki, ötən ildən miliyə də çağırılan Saul Niges cari mövsümdə 10 oyunda 1 qola imza atıb.

Posted On :