Kraliça sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır

Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, Kraliça Elizabet bütün hadisə barədə xəbərləri, o cümlədən elanları və saray ziyarətləri ilə bağlı məlumatları paylaşacaq işçiyə ayda 30 min funt ödəyəcək.

Yeni işçi Bekinqem sarayında işləyəcək və sosial media mütəxəssislərinin kiçik bir qrupunu idarə edəcək. Sarayın veb-saytının idarə olunması sosial media menecerinin vəziflərindəndir.

Həmçinin yeni işçiyə illik 33 günlük məzuniyyət, nahar və bonuslar da təqdim ediləcək.

Qeyd edək ki, Kral ailəsi son aylarda ictimai mediada təhqiramiz şərhlərlə mübarizə aparmaq üçün bu addımı atıb.

Posted On :

Türkiyə-Rusiya münasibətləri YENİ FAZAYA QƏDƏM QOYUR

S-500 zenit raket kompleksinin birgə istehsalı baş tutarsa, əlaqələr strateji müttəfiqlik səviyyəsinə çata bilər

Ekspertlərin fikrincə, Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığının həddindən artıq yaxınlaşması qardaş ölkənin milli maraqlarına xeyirli deyil

Türkiyə ilə ABŞ arasında “soyuq küləklər” əsməyə başladığı andan etibarən rəsmi Ankara Moskvaya doğru istiqamət alıb. Belə ki, artıq Türkiyə ilə Rusiya arasındakı münasibətlər az qala strateji müttəfiqlik səviyyəsinə çatmaq üzrədir. Məhz elə bu səbəbdən də qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə verdiyi açıqlamasında Rusiya ilə S-500 zenit raket kompleksinin birgə istehsalının mümkünlüyünü bəyan edib. Eyni zamanda, “Biz “Patriot”ları Barak Obamanın dövründə istədik” deyən Ərdoğanın sözlərinə görə, ABŞ-ın eks-prezidenti cavabında Konqresin icazə verm

Posted On :

ABŞ erməni silah baronunu həbs etdi

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində 58 yaşlı biznesmen tutulub.

Milletinsesi.az xəbər verir ki, onun “Dolarian Capital İnc” silah satışı şirkətinin rəhbəri olan erməni əsilli Aras Dolaryan olduğu bildirilib. Dolaryan qanunsuz silah dövriyyəsində, çirkli pulların yuyulmasında ittiham edilir.

O, həmçinin, Şərqi Avropa və Cənubi Afrika Respublikasından milyardlarla dollarlıq partlayıcı qurğuların, raketlərin, atıcı silahların Nigeriyaya tədürükündə şübhəli bilinir. Dolaryanın bunun üçün Bolqarıstanın Sofiya şəhərində Nigeriya şirkətlərindən biriylə müqavilə imzaladığı qeyd edilir.

Posted On :

Müğənni səhnədə dünyasını dəyişdi – Video

“Los Del Fuego” adlı musiqi qrupunun solisti səhnədə həyatını itirib.

Müstəqil.az Teleqraf.com-a istinadla xəbər verir ki, Argentinada konsert zamanı Xuan Karlos Maşeroni infarkt keçirərək yerə yıxılıb.

Həvəskar kameralara düşən görüntülərdə ifaçının büdrəyərək yıxıldığı görünür.

59 yaşlı solistin dünyasını dəyişdiyi bildirilir.


Müəllif: Teleqraf.com
Posted On :

Madonnanın “Eurovision”da Fələstin mesajı- Qalmaqal…

Pop-kraliça Madonnanın “Eurovision-2019” yarışmasının finalında “Fələstin” mesajı qalmaqala səbəb olub.

Oxu.Az xəbər verir ki, sənətçi bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib.

Madonna repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb.

“Green Card” sistemi dəyişir- RƏSMİ

ABŞ-da yaşamaq istəyənlərin qeydiyyatdan keçdiyi və lotereya üsulu ilə açıqlanan “Green Card” sistemində dəyişiklik edilib.
Bu barədə bəyanatı ABŞ prezidenti Donald Tramp yayıb.
Yeni qaydalara əsasən, qaliblər artıq lotereya yox, xal üsulu ilə seçiləcək.
Trampın sözlərinə görə, təsadüfi seçim olmayacaq. Onun əvəzində ABŞ-da yaşamaq istəyənlərin iş, təhsil və bacarıq səviyyələri nəzərə alınacaq və xal sistemi də buna uyğun aparılacaq. Veriləcək “Green Card” sayında isə heç bir dəyişiklik olmayacaq.
Posted On :

Türkiyə sərhədində Azərbaycanın yanacaq tankeri partladıldı – VİDEO (YENİLƏNDİ)

Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı təhqiqat aparılır.

Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.

***

Azərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.

Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.

Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müv

Posted On :

Dollarlar, avrolar sizi xilas edə bilməyəcək… – Ərdoğan

Hamımız bilirik ki, seçkiyə təsir etmək üçün əllərindən gələni edəcəklər. Bu həssas məqamda bizə düşən millətin əmanətinə sahib çıxmaqdır.

Müstəqil.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Bizi daxildən vurmaq istəyənlərdən bunun hesabını necə soruşmağı bilirəm. Bu ölkə hamımızın ortaq vətənidir. Dollarlar, avrolar sizi xilas edə bilməz, sizi millət xilas edə bilər”, – Ərdoğan qeyd edib.

Posted On :

Minnesotanın azərbaycanlı Muxtarı…

Minnesotanın azərbaycanlı Muxtarı…

Rusların belə bir kəlamı vardır- “Yaşamaq yaxşıdır. Yaxşı yaşamaq ondan da yaxşıdır”. Azərbaycanda onun hər cür şəraiti olub, necə deyərlər, ev-eşik, avtomobil, restoran. Amma qərara gəlib ki, Amerikaya köçsün, ömrünə rəng qatıb daha da gözəlləşdirsin. Azadlığın məhdudiyyət tanımadığı bu ölkədə yaşaya-yaşaya həyatdan mənəvi zövq ala bilsin. Övladına yüksək təhsil verib, onu xoşbəxt insan kimi böyütsün. Elə bu məqsədlə də əvvlcə ailəsini göndərib. Bir müddət sonra isə özü də bu ölkəyə köçüb…

…Atası Nurəddin Nəsirov Bakı Politexnik Texnikumunda kafedra müdiri işləyib. Eyni zamanda o vaxtki Azərbaycan Politexnik İnstitutunda riyaziyyat fənnini tədris edib. Anası Məryəm xanım

Posted On :

Yeni rəqibi Trampa meydan oxudu – Video

Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Bleyzo 2020-ci keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

Müstəqil.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə sədrin özü namizədliyini açıqladığı 3 dəqiqəlik video vasitəsilə infromasiya yayıb.

Bleyzo seçki kampaniyasında işləyən ailələri ön planda tutacağını bildirib: “Nyu-Yorkda işləyən ailələr ön planda idi. Bundan sonra şəhər inkişaf etdi. Bu strategiya ölkəmiz üçün də keçərli ola bilər”. Yeni namizəd həmçinin qeyd edib ki, ölkədə iş saatına görə ödənilən məbləğin 15 dollara çatdırılması üçün cəhd göstərir. Xəstəlik icazəsi üçün qanuni təminat, əhatəli tibbi sığorta və məktəbəqədər təhsil planlarını da nümunə göstərib.

“Mən bir Nyu-Yorkluyam. Trampın da kobud bir adam olduğunu bilirəm. Bu, mənim

Posted On :

Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək – Merkeldən SƏRT ÇIXIŞ

“Türkiyə bələdiyyə seçkilərinin nəticəsini ləğv etməklə Avropa İttifaqına üzvlük üçün sahib olduğu üstünlüyünü itirdi”.

Müstəqil.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

“Süddeutsche Zeitung” qəzetinə açıqlama verən kansler bildirib ki, seçkilərdən sonra yaşanan hadisələr Türkiyəni Avropa İttifaqına üzv olmağa yaxınlaşdırmayıb: “Seçkilərdən sonrakı hadisələr Türkiyənin Avropa İttifaqına üzv olmasına ehtimal vermir. Əksinə, bu ölkənin inkişaf yolu ilə bağlı təşviş yaradır. Mən hər zaman Türkiyənin tam üzv ola biləcəyini xəyal edə bilmədiyimi söylədim”.

Merkel bundan sonra Almaniyanın Türkiyə ilə olan xüsusi münasibətlərinə diqqət çəkib: “Siyasi dəyərlər haqqındakı fikirlər çox mə

Posted On :

Fransanın Korsika adasına güclü qar yağdı

Fransanın Korsika adasına güclü qar yağıb.

TASS xəbər verir ki, dağlarda qar örtüyünün 5 santimetrə qədər çatacağı gözlənilir.

Qar yağması nəticəsində Ayaçço və Bastiya şəhərlərini əlaqələndirən Vitsavona aşırımı bir neçə saat ərzində nəqliyyatın hərəkəti üçün bağlı olub.

Təbii möcüzəsinin nəticələrini aradan qaldırılmaq üçün qartəmizləyən texnikanı cəlb edilib.

Müstəqil.az

Posted On :

Polis hamilə qadını güllələyərək öldürdü – Video

Polis hamilə olduğunu deyən qadını həbs etmək istəyərkən ona atəş açıb.

Teleqraf.com-un məlumatına görə, hadisə ABŞ-da baş verib.

Polis haqqında həbs qərarı olan şübhəlini saxlamağa çalışdığı zaman qadına şok tapançası ilə atəş açıb. Qadın isə müqavimət göstərək hamilə olduğunu bildirib və şok tapançasını ondan alıb.

Polis şok tapançasını alan qadını güllələyərək öldürüb.

Hazırda ABŞ hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Posted On :

ABŞ-ın bu ştatında abort qadağan olundu

ABŞ-ın Alabama ştatının senatı abortun ştat səviyyəsində qadağan olunması ilə bağlı qanun qəbul edib.

Bu barədə BBC məlumat verir.

Hamiləliyin müdaxilə yolu ilə dayandırılmasının qadağan edilməsini 25 senator dəstəkləyib, altı nəfər isə əleyhinə çıxıb. Qanuna görə, zorlama və insest (yaxın ailə üzvləri ilə cinsi əlaqə) qurbanlarına belə uşağı düşürməyə icazə verilməyəcək.

Qadağanın qüvvəyə minməsi üçün sənəd respublikaçı qubernator Key Ayvi tərəfindən imzalanmalıdır. Ancaq mühafizəkar qubernator abortun qatı əleyhdarlarından olduğundan onun qadağanı təsdiqləyəcəyi gözlənilir.

Bu qərar yerli feministlərin ciddi narazılığına səbəb olub. Yaxın zamanda ştatda kütl

Posted On :

Rusiyada dəhşətli cinsi xəstəliyin tüğyan etdiyi bölgələr…

Uzaq Şərq Rusiyanın QİÇS-dən xilas olmuş ilk regionu ola bilər.

Müstəqil.az xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin İİV infeksiyası üzrə mütəxəssisi Yevgeni Voronin Xabarovskda açılmış “İİV/QİÇS-ə son” Ümumrusiya aksiyası çərçivəsində “QİÇS-siz Uzaq Şərq” beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, QİÇS əleyhinə fəaliyyətdə Rusiyanın Uzaq Şərq bölgəsi ölkə üzrə liderlik edir. Bura QİÇS-ə tutulmaq baxımından Rusiyanın digər əraziləri ilə müqayisədə ən yaxşı bölgə sayılır.

Ən acınacaqlı vəziyyətsə Sibir, Ural və Volqaboyundadır.


Posted On :

Əliyevin də olduğu şəkil: Paşinyan yoxa çıxdı – ŞOK FOTO

Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub.

Axar.az xəbər verir ki, gülüşə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın fotoda yeri olub. Belə ki, Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna Prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib.

Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib.

Ermənistanın “Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siy

Posted On :

ABŞ-ın Minnesota ştatında yaşayan azərbaycanlı gənc, xanım professor…

Minnesotada yaşayan Nərmin xanım Ağalarova

Deyir ki,- “Azərbaycan unikal ölkədir. İnsanları sadə, qohumcanlı, ünsiyyətcil, eyni zamanda çox mehribandırlar. Əgər təhsilini artırmaq, bilik və bacarıqlarını təkmilləşdirmək məqsədin yoxdursa xaricdə yaşamağa can atmağın mənasızdır. Çünki yaşlandıqca vətəni niyə tərk etdiyin üçün özünə hesabat verməli olursan. Buna görə dolanışıq, güzəran bəhanə ola bilməz. Axı ruzini verən Allahdır. Necə deyərlər, harada olsan da qismətində olan ruzi səni gəlib tapacaq”…

Haqqında söhbət açdığım Nərmin Ağalarova Bakıda dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 160 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil

Posted On :

Vatsapdan yayılan QORXUNC TƏHLÜKƏ – Qaşıqçını da belə yaxalayıblar

İsrailin “NSO Group” firmasının ərsəyə gətirdiyi “Peqasus” adlı casus mobil tətbiq Vatsap proqramından istifadə edən bütün telefonlara “bulaşır”.

Müstəqil.az xəbər verir ki, bu barədə “Financial Times” informasiya yayıb.

Xəbərə görə, casus tətbiqi Vatsap platformasından istifadə edən bütün cihazlara hakerlər tərəfindən uzaqdan yerləşdirmək mümkündür.

Vatsapın mətbuat katibi də bu tətbiqin zəng funksiyası vasitəsilə, sadəcə cavabsız zənglər yolu ilə telefonlara sıza bildiyini təsdiq edib.

Tətbiqin nə qədər insana göndərildiyi məlum deyil. Yalnız şirkət istifadəçilərin seçilərək hədəf alındığını açıqlayıb.

“NSO Group” isə məsələ ilə bağlı açıqlama verməyib.

İsrail şirkətinin ərsəyə gətirdiyi mobil tətbiqin adına İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətində də rast gəlinir.

Toronto Universitetin

Posted On :

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

“Report”un Moskva bürosunun məlumatına görə, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətini

Posted On :

Leyla Əliyeva Pekində nazir müavini ilə görüşdü – FOTO

Mayın 14-də Çin Xalq Respublikasında səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb.

Müstəqil.Az xəbər verir ki, Lı Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, bu cür tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə böyük töhfələr verir.

Nazir müavini Pekində keçirilən “Asiya sivilizasiyalar dialoqu” konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Az

Posted On :

İspaniya ABŞ-ın İrana qarşı avantürasına qatılmaqdan imtina etdi…

İspaniya hökuməti öz freqatını Vaşinqtonun anti-İran missiyası üçün hərəkətə keçirdiyi ABŞ Hərbi Dəniz Donanmasının “Avraam Linkoln” avia-daşıyıcısının başçılıq etdiyi döyüş qrupundan müvəqqəti olaraq çıxarıb.
Moderator.az xəbər verir ki, bu haqda  yerli “Pais” qəzeti yazıb.
200-dən çox ekipaj üzvü olan “F-104”- “Mendes Nyunes”  freqatı ABŞ-ın təyyarə daşıyan gəmi qrupunda yeganə xarici gəmi olub. Freqatın ABŞ avia-daşıyıcı qrupundan müvəqqəti çıxarılması barədə qərarı İspaniya Müdafiə naziri  Marqarita Robles qəbul edib. Qəzetin verdiyi məlumata görə, İspan gəmisi Fars körfəzi sularına girməyəcək və yalnız ABŞ-ın əvvəl nəzərdə tutulmuş proqrama  dönəcəyi təqdirdə  qrupa qayıda bilər.
Xatırladaq ki, ABŞ Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan İranın nüvə silahı haz

Posted On :

Azərbaycanlılar Brüsseldə Prezidentə dəstək aksiyası keçirdi

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.

“Report”un məlumatına görə, aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və s kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.

Posted On :

Futzal üzrə Braziliyada çempionatında hakim ölüb.

Futzal üzrə Braziliyada çempionatında hakim ölüb.

The Sun” xəbər verir ki,  “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyunu idarə edən 44 yaşlı  İsildo Fabiano Byançi da Silva meydançada infarkt keçirib.

O, qəflətən yıxılıb. Hər iki komandanın oyunçuları kömək üçün onun yanına qaçıblar. Tibbi heyət gəlib və onu meydançadan xərəkdə çıxarıblar. Yardımlara rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı 0-0 olan  hesab hakimin ölümünə görə açılmamış qalıb.

Posted On :

Hollivud ulduzu vəfat etdi

Hollivud aktrisası və müğənni Doris Dey 97 yaşında dünyasını dəyişib.

Bu barədə bazar ertəsi, mayın 13-də, “The Independent” nəşri xəbər verir.

Məlumatı həmçinin aktrisanın təsis etdiyi heyvanların müdafiə fondu da təsdiqləyib.

D.Deyin ölüm səbəbi hələlik açıqlanmayıb.

Doris Dey 1922 ildə aprelin 3-də Ohayo ştatının Sinsinnati şəhərində anadan olub. 17 yaşında o musiqi karyerasına başlayıb, 1947-ci ildən 1967-ci ilə qədər 650-dən çox mahnı yazıb.

Kino sahəsində ilk ekran işi “Açıq dənizdə sevgi macərası”. O, həmçinin “Qayıt, mənim məhəbbətim”, “Müəllimin sevimlisi” kimi filmlərdə rol alıb.

Hollivud ulduzu “Oskar” və “Qremmi” mükafatına layiq görülüb, 2004-cü ildə Corc Buş tərə

Posted On :

İtaliyada 1 avroya yüzədək ev satılır

 Siciliyanın cənubundakı Mussomeli şəhərinin rəhbərliyi şəhərdəki evləri bir avrodan satır. Sputnik Azərbaycan bu barədə The Sun-a istinadən xəbər verir.

Satıcıların şərti evin bir il ərzində təmir edilməsidir. Hazırda yüzədək ev satılır. Yaxın vaxtlarda daha 400 evin satışa çıxarılması gözlənilir.

Əgər alıcı bir il ərzində evi təmir edə bilməsə, əmlak onun əlindən alınmayacaq. Lakin o, girov kimi aoyacağı 7 min avro məbləği itirəcək.

Mussomeli şəhərinin əhalisi cəmi 11 min nəfərdir. Şəhər kulinariya ənənələri və orta əsr arxitekturası ilə tanınır.

 

Posted On :

Bu ölkədə Feysbuk bağlandı

Şri-Lankada aprelin 21-də baş verən terror hücumundan sonra dünən ölkədə bəzi məscidlər və müsəlmanlara aid mağazaların hədəfə alınması səbəbindən hökuməti sosial şəbəkələrə girişi müvəqqəti qapadıb.

Teleqraf.com xəbər verir ki, sosial platformalara girişin dayandırıldığını hökumətin informasiya idarəsi açıqlayıb.

Açıqlamada bildirilib ki, sosial şəbəkə qadağası təhdidə səbəb olan mesajların, habelə dini və irqi ayrı seçkiliyi təbliğ edən halların qarşısını almaqdır.

 

Müstəqil.Az

Posted On :

Əfqanıstanən tanınmış tele jurnalisti Mena Manqal öldürüldü

Əfqanıstan rəsmiləri bildirirlər ki, sabiq tanınmış televiziya jurnalisti ölkənin paytaxtı Kabildə öldürülüb.

Müstəqil.Az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Raimi deyir ki, Mena Manqal 11 may tarixində səhər saat 7:20-də Kabilin səkkizinci dairəsində odlu silahla qətlə yetirilib. Sözçü əlavə edib ki, qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar.

Kabilin yerli bazarlarının birində qətl anının şahidi olan dükan sahibləri Azadlıq Radiosuna bildiriblər ki, Manqal avtomobil gözləyərkən, iki kişi motosikleti ona tərəf sürüblər.

Şahidlərin sözlərinə görə. motosiklətdə olan silahlı bazardakı insanları dağıtmaq məqsədilə öncə dörd dəfə havaya, daha sonra isə Manqalın sinəsinə iki dəfə atəş açıb.

Manqalın qohumları Azadlıq Radiosuna təsdiq ediblər ki, qətl baş verən an

Posted On :

Fransa məktəblərinə qoyunlar da oxuya biləcək…

Yerli hakimiyyət orqanları şagird sayının az olması səbəbiylə siniflərdən birinin bağlanacağını açıqlayandan sonra fransalı fermer 15 qoyununu həmin sinifə yazdırıb.

Müstəqil.Az BBC-yə istinadən xəbər verir ki, hakimiyyət nümayəndələri Qrenbolun şimal-şərqində yerləşən Kret-en-Beldon kəndindəki Jül Ferri adına məktəbin administrasiyasına şagirdlərin sayının 266-dan 261-ə düşdüyü üçün yeni dərs ilində sinif sayının 11-dən 10-a endiriləcəyinə dair xəbərdarlıq edib.

Valideynlərin buna münasibəti mənfi olub, çünki sinif sayının azalması siniflərdə şagirdlərin sayının artması deməkdir, bu isə dərsin keyfiyyətinə təsir edən faktordur.

Nəzərdə tutulan ixtisara etiraz olaraq çoban Mişel Jirr bir neçə qoyununu simvolik olaraq məktəbə yazdırıb.

200-ə yaxın müəllim, şagird və məmurun iş

Posted On :

Pilot 40 dəqiqə hüşsuz vəziyyətdə uçub və hava hərəkəti iradəsinin siqnallarını qəbul etməyib.

Avstraliyada pilot 40 dəqiqə hüşsuz vəziyyətdə uçub və hava hərəkəti iradəsinin siqnallarını qəbul etməyib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə The Independent məlumat yayıb.

Xəbərə görə, təyyarəçi təcrübə keçən şəxs olub. Araşdırma zamanı aydın olub ki, pilot uçuşdan əvvəl bur sutkadan artıq müddətdə yatmayıb. Səhər yeməyi əvəzinə isə o, yalnız şokalad yeyib və energetik içki qəbul edib. O, 1,6 km hündürlükdə uçarkən güclü baş ağrısı hiss edib və avtopilotu işə salıb, bundan sonra isə huşunu itirib. Bir saat müddətdə huşsuz vəxiyyətdə olan pilotla əlaqə saxlamaq cəhdləri uğursuz olub. Özünə gəldikdən sonra pilot təyyarəni yerə endirib.

 

 

Posted On :

Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batdı

Mayın 11-də Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində gənc oğlan batıb.

Əraziyə dərhal kater ilə xilasedicilər yolansalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, yardım gələnə qədər batdı”, – deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlı olub. Dalğıclar onun meyitini hələ də tapa bilməyiblər. Axtarış işləri davam etdiriləcək./report

Posted On :

“Finalın Bakıda keçirilməsi gülməlidir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final matçının Bakıda keçirilməsinə münasibət bildirib.

Müstəqil.az Britaniyanın “Metro” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis UEFA-nın qərarının gülməli olduğunu bildirib: “Finalın Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Məsuliyyətsiz qərardır”.

Azarkeşlərin Bakıya səfərinin çətin olacağını bildirən Klopp Çempionlar Liqasının finalının Madridə salınması barədə də danışıb: “Bakıya necə getmək olar? Mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. Eşitmişəm ki, Madriddə adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-

Posted On :

Tribunada Prezidentin üstünə tarakan çıxdı – FOTO/VİDEO

Filippin prezidenti Rodrigo Dutertenin çiyninə tribunada çıxışın zamanı iri tarakan çıxıb.

Müstəqil.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə prezidentin Senatda (ölkə parlamentinin yuxarı palatası) çıxışı zamanı baş verib.

Dərc edilmiş kadrlardan görünür ki, prezident üzərində olan həşəratdan xəbərsizdir. Bir neçə saniyə sonra köməkçisi onun yanına qaçaraq tarakanı kağızla götürməyə çalışıb. Sonra isə Dutertenin özü əli ilə tarakanı atıb.

Dövlət başçısı zarafatla bildirib ki, tarakanı müxalifətdəki Liberal Partiyasının nümayəndələri qoyub.

 

 

Posted On :

Pitonla şou göstərən gənc oğlan izləyicilərin gözü qarşısında öldü

Rusiyada pitonla şou göstərən gənc oğlan izləyicilərin gözü qarşısında ölüb.

Müstəqil.az xəbər verir ki, şou zamanı piton həmin şəxsi bir anda boğaraq öldürüb.

Ətrafdakılar əvvəlcə bunu şounun bir hissəsi olaraq qəbul edib. Lakin dəhşətli hadisə adam öləndən sonra aydın olub.(publika)

Həmin görüntüləri təqdim edirik:

Kasilyas infarkt keçirdi: futbolla vidalaşır + FOTO

Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas futbol karyerası ilə vidalaşmalı olacaq.

“AS” portuqal idman nəşrinin yazdığına görə, həkim-kardioloq Xuan Antonio Korbalan belə bir nəticəyə gəlib.

Həkimin dediyinə görə, futbolçunun koronar stentlə meydana çıxması mümkünsüzdür.

 

“İker normal həyat sürsə də, artıq peşəkar səviyyədə idmanla məşğul ola bilməyəcək”, – deyə kardioloq diqqətə çatdırıb.

Futbolçu bundan əvvəl “Twitter” səhifəsində vəziyyətinin sabitləşdiyini və özünü normal hiss etdiyini yazıb.

01:00

Portuqaliyada “Portu”nun şərəfini qoruyan təcrübəli qolkiper İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qolkiper məşq zamanı özünü pis hiss edib və təcili xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunduğu bildirilib.

Hazırda durumu sabit olan 37 yaşlı İ.Kasilyas sağlamlığı ilə bağlı mövsümü başa vuru

Posted On :

Bədii gimnastikada oğlan yarışır – VİDEO

Qızlar arasında keçirilən bədii gimnastika yarışları oğlanlar arasında da keçirilə bilər.

Müstəqil.Az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) bunu hələ təsdiqləməyib.

Amma FIG-in sabiq vitse-prezidenti, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya milli komandasının baş məşqçisi özbəkistanlı İrina Viner-Usmanova oğlanların da qızlara məxsus bu yarışda iştirak etməsinin tərəfdarıdır.

Təqdim etdiyimiz video isə İspaniyada qeydə alınıb. Kristofer Benites İspaniyada keçirilən Reyna Kubokunda lentlə hərəkətlərdə çıxış edib.

Qeyd edək ki, ötən ilin sonlarında sinxron üzgüçülükdə kişilərin yarışına icazə verilib.

Beynəlxalq

Posted On :

Bütün dünyanın gözü 10 aprelə dikildi – Alimlərdən ŞOK AÇIQLAMA

Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Avropa Cənub Rəsədxanası bu barədə informasiya yayıb.

Xəbərə görə, dünya miqyasında təşkil olunacaq konfransda əhəmiyyətli bir elan veriləcək.

Avropa Cənub Rəsədxanası elanın “Event Horizon Telescope” tərəfindən əldə edilən nəticələrlə bağlı olduğunu deyib. Hələ ki, rəsmi açıqlama verilməsə də, ilk dəfə qalaktikada yerləşən bir qara dəliyin fotosunun ictimaiyyətlə paylaşılacağı ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə “Event Horizon Telescope” layihəsi çərçivəsində qalaktikanın mərkəzi “Sagittarius A*”da tapılan superçəkili qara

Posted On :

İspaniya portalı erməni vandalizmindən yazdı

2019-cu ilin 18 fevral tarixində mərkəzi Nyu-York şəhərində olan “Hyperallergic” internet portalında dərc edilmiş “Azərbaycan erməni mədəniyyətini məhv edir” başlıqlı məqaləyə cavab olaraq, İspaniyanın “Diario Siglo XXI” elektron portalında jurnalist Peter Tase tərəfindən Ermənistan tərəfindən həyata keçirilən ölkəmizin tarixi və dini abidələrinə qarşı vandalizmindən bəhs edən “Azərbaycana qarşı erməni faşizminin təbliğatı” başlıqlı məqalə dərc edilib.

Müstəqil.az  AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə yüksək sürətlə inkişaf edən Azərbaycan Respublikasının mədəni və dini abidələrin qorunmasına xüsusi diqqət ayırdığı, o cümlədən Bakı şəhərinin mərkəzində erməni kilsəsinin, habelə həmin kilsənin 5500 kitabdan ibarət kitabxanasının qorunub-saxlandığı qeyd edilir.

Məqalədə həmçinin

Posted On :

Tramp Ərdoğana söz verdi – Ağ evdən geri addım

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və ABŞ-ın Türkiyəyə F-35 qırıcıları tədarük etməsi ilə bağlı məsələni həll edəcəyinə vəd verib.

Turkustan.info-nun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, ABŞ lideri bu vədi Ərdoğanla telefon söhbəti zamanı səsləndirib:

“O söz verib ki, bu məsələnin həlli üçün əlindən gələni edəcək”.  /Müstəqil.Az/

Posted On :

Mövlud Çavuşoğlu: “NATO Türkiyənin hava məkanını müdafiə etməyə qadir deyil”

“NATO Türkiyənin hava məkanını müdafiə etməyə qadir deyil”.

ONA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri xarici işlər nazirlərinin Vaşiqtondakı görüşəndə çıxış edərkən bildirib.

M.Çavuşoğlu deyib ki, Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə sistemlərinin alması ölkə üçün zəruridir.

Posted On :

Keçmiş prezidentin həbsdəki qızından xəbər var – Vəkili görüşüb

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızının isveçrəli vəkili onunla Özbəkistan həbsxanalarından birində görüşüb. Özbəkistanın Baş Prokurorluğu aprelin 3-də bildirib ki, Qriqori  Mangeata Gülnarə Kərimova ilə aprelin 1-2-də Daşkənd regionunda yerləşən Zangiota qadın həbsxanasında görüş verilib.

Bu barədə vəkilin özü aprelin 1-də Twitter hesabından yazıb: “Elə indicə 21 nömrəli Zangiota qadın koloniyasına gəlmişəm. Müştərimizlə görüş üçün münasib yer əldə etməyə çalışıram”. Aprelin 2-də isə o yazır ki, ikinci dəfə həbsxasnada olub. Lakin o tvitlərində görüşün təfərrüatları barədə heç nə yazmır. Onun posta əlavə etdiyi şəkil isə, belə görünür ki, həbsxananın fotosudur.

Bundan hələ on il əvvəl atası İslam Kərimov

Posted On :

AKP-dən 30 il sonra ilk zəfər: Öcalanın doğulduğu məkanda

PKK lideri Abdullah Öcalanın doğulduğu Şanlıurfanın Halfeti mahalında bələdiyyə seçkilərində 30 il sonra ilk dəfə HDP və ya onunla ittifaqda olmayan bir siyasi partiya qələbə qazanıb.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Ümumilikdə 27 min 30 seçicisi olan mahalda 22 min 48 nəfər səsvermə hüququndan istifadə edib. 6 namizədin yarışdığı mübarizədə AKP və HDP namizədləri arasında qızğın rəqabət gedib. AKP namizədi Şərəf Albayraq ilkin hesablamalardan etibarən HDP namizədi Əbdürrəhman Çiftçini qabaqlayıb. Yekun nəticədə isə 11 min 172 (54.92 faiz) səs toplayan Albayraq 7 min 640 səs (37.56 faiz) toplayan rəqibini üstələy

Posted On :

Ukraynadakı seçkilərin ilkin nəticələri – Poroşenko uduzur

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,09 faizi hesablanıb.
Turkustan.info xəbər verir ki, son məlumata görə prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə 16,65 səs toplayıb.
Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir. 
Səslərin hesablanmasını “112 Ukrayna” “YouTube” kanalı canlı yayımlayır.   /BakuPost/
Posted On :

Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü – 18 yaralı var – Foto

Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib.

Turkustan.info DHA-ya istinadən xəbər verir ki, dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb.

Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.

Bundan başqa, Mardinin Artuklu qəsəbəsində baş verən davada 3 nəfər yaralanıb.

İstanbulun Kadıköy səmtində seçki məntəqəsinin qarşısındakı davada

Posted On :

Tanınmış Müğənni qızının dayəsini döydü – Video

“Beyaz” TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında müğənni Demet Akalının evində çalışan bir işçini döydüyü iddia edilib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Demetin həmin işçinin yaşadığı ünvana gedərək döydüyü söylənilib.

Bildirilir ki, əvvəlcə qadının saçından tutan Akalın daha sonra onun bədəninə zərbələr endirib. Mühafizəçilər isə onlara müdaxilə etməyib.

Bunu görən qəsəbə sakinləri rəhbərliyə xəbər verərək, davanın dayandırılmasına nail olublar.

Qeyd edək ki, Demetin dava zamanı gecə geyimində olduğu da söylənilib. Onu da bildirək ki, sözügedən qadının müğənninin qızı Hiranın dayəsi olduğu deyilir.


Posted On :

İrəvanın mərkəzində toqquşma: “Hanı Paşinyan?” – Video

Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. İrəvan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib.

Turkustan.info xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.

Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq

Posted On :

Saakaşvili: “Çamadanlarınızı yığın, getmək vaxtıdır”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onun Ukraynaya qayıtmaq qərarını tənqid edən Ali Radanın vitse-spikeri İrina Geraşenkoya cavab verib.

Turkustan.info xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında yazıb.

Saakaşvili Ukrayna vətəndaşı olduğunu və öz evinə qayıdacağını bildirib. O, həmçinin Ukraynadakı cinayətkar rejimdən fərqli olaraq bu ölkənin qanunlarına hörmət etdiyini söyləyib.

“Mən başa düşürəm ki, siz oğurluq etmənizə mane olunmasını istəmirsiniz, ancaq artıq Ukraynanı Avropanın ən kasıb ölkəsi vəziyyətinə gətirmisiniz. Bəlkə insanları öz nağıllarınızla bəsləməyiniz artıq kifayətdir və çamadanlarınızı

Posted On :

Tramp qızını və kürəkənini Ağ Evdən qovdu

ABŞ prezidenti Donald Tramp qızı İvanka Tramp və kürəkəni Cerard Kuşnerin Ağ Evdən uzaqlaşdırılması üçün göstəriş verib.

Müstəqil.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Viki Uard qələmə aldığı“Kuşner İnc.” adlı kitabında bəhs edib.

Məlumata görə, Tramp prezident seçildikdən bir müddət sonra qızını və baş məsləhətçisini Ağ Evdən göndərərək işini keçmiş köməkçisi Con Kelliyə tapşırıb. Kitabda həmçinin, Trampın qızı və kürəkəni ilə münasibətlərində gizli məqamlara toxunulduğu iddia edilir. ABŞ prezidentinin bu narahatlığının səbəbi kimi qızı və kürəkəninin mətbuat qarşısında xoşagəlməz davranışları göstərilib.

“Nyu York Tayms” kitabın gələcək həftələrdə satışa çıxarılacağını yazıb.

Posted On :

Ən çirkli havası olan ölkələr açıqlandı

“Qrinpis” təşkilatı və “AirVisual” kompüter təminatı şirkəti dünyanın ən çirklənmiş və ən təmiz havası olan ölkələrinin  reytinqini hazırlayıb.

Reytinqin müəllifləri ümumilikdə 73 dövlətdən götürülmüş hava nümunələrini araşdırıb və müqayisə edib.

Tədqiqatçılar  bu və ya digər şəhərin havasında olan toz zərrəciklərinin miqdarını qiymətləndirib və belə bir nəticəyə gəliblər ki, ən çirklənmiş havaya malik ölkələr Banqladeş, Pakistan və Hindistandır.

İslandiya, Finlandiya, Estoniya, İsveçrə və Avstraliya isə əksinə, ən təmiz havası olan ölkələr hesab olunur

Posted On :

Azərbaycanlı milyarder Putinin qəzəbinə tuş gəldi

Moskvada azərbaycan əsilli milyarderlər Qod Nisanovla Zarah İliyevə məxsus bazarlarda dünəndən etibarən DİN, Federal Miqrasiya Xidməti və FTX-nin keçirdiyi kütləvi reydlərin əsl səbəbi üzə çıxıb.
Müstəqil.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya mənbələri Qod Nisanovun hakimiyyətin qəzəbinə tuş gəldiyini və pullarını xaricə qaçırmağa başladığını yazır.
Xatırladaq ki, ötən gün Moskvadakı “Sadovod” və “Moskva” ticarət mərkəzlərində kütləvi reyd olub. Əsasən azərbaycanlılar olmaqla onlarla miqrant saxlanılıb. Reydlərin mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində keçirildiyi açıqlanıb. Məlumatlara görə polisi və FTX əməkdaşlarını həmin bazarlarda qeyri-leqal pul dövriyəsi və bitkoin əməliyyatları maraqlandıra bilərdi.
Bu gün isə səhər saatlarından etibarən nəhəng “Food City”

Posted On :

ABŞ-ın Nyu Meksika ştatında çalışan yuxu təbabəti həkimi-Elman Eldaroğlu yazır…

ABŞ-ın Nyu Meksika ştatında çalışan yuxu təbabəti həkimi

Bu dəfəki söhbətimi gənc həkimlərə xoş müjdəylə başlamaq istəyirəm. ABŞ hökumətinin xüsusi rezidentura proqramı var ki, universitetlərə, xəstəxanalara xaricdən tələbələr cəlb etmək göstərişi verilib. Tələb olunan imtahanlardan müvəfəqiyyət qazanan gənclərin rezidenturada təhsili ödənişsizdir. Və hətta rezidentlərə hər ay maaş da veriləcək. Bunun üçün nə tələb edilir, sualına cavab olaraq bildirmək istəyirəm ki, ilk addım kimi  Posted On :

Neftayırma zavodu yanır

“Rosneft”ə məxsus olan Xabarovsk diyarındakı Komsomolsk neftayırma zavodundan yanğın başlayıb. Rusiya FHN-nin regional idarəsi yanğın haqqında yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 06:50) məlumat daxil olduğunu bildirib.

Hazırda yanğının söndürülməsi üçün hadisə yerində 14 texnika və 50 yanğlnsöndürən çalışır.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib.MediaZona.Az

Posted On :

Türkiyə təyyarəsi ABŞ səmasında burulğana düşdü

Türk Hava Yollarına məxsus İstanbul-Nyu–York reysi ilə uçan sərnişin təyyarəsi ABŞ səmasına daxil olandan sonra hava burulğanına düşüb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ani olaraq idarəetmənin itməsi 30 sərnişinin xəsarət almasına səbəb olub. Enişdən sonra yaralılar xəstəxanaya çatdırılıb. Göyərtədə 300 sərnişinin olduğu bildirilir.

Posted On :