Gözəl poeziya nümunəsi yaradan şair…

Poeziya romantik düyğuların təcəssümüdür. Mənəviyyata təsir edir, insanı düşündürür, səsə çevriləndə isə ruha sığal çəkir, könül oxşayır. Əslində şair doğulmaq xoşbəxtlikdir. Qısa müddətdə tanınırsan, sevənlərin artır. Bəlkə də ona görədir ki, min illər boyu şair olduğunu sübut etməyə çalışanlar da az olmayıb. Hətta yaşadıqları mühitdə şair kimi qəbul olunanları da çox olub.

Doğrudur, əlahəzrət Zaman onların varlığını çoxdan unutdurub, amma seçib bu günümüzə təqdim etdikləri də az deyil. Bəli, xoşbəxt o şairdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Kim bilir, bəlkə də haqqında söhbət açmaq istədiyim Saday Şəkərlinin də yaradıcılığı nəsildən-nəslə ötürülərək onu əbədiyaşar edəcək, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu insan sözün əsl mənasında şairdir, gözəl poeziya nümunələri

Posted On :

Şair Adilə Nəzər “Topla məni,İlahi” adlı yeni şeirlər kitabını təqdim etdi…

8 may 2019-cu ildə “Kitab Evi” İctimai Birliyi Kitabevim.az mağazalar şəbəkəsinin 28 may filialında Adilə Nəzərin “Topla məni, İlahi” şeirlər kitabını təqdim edib.
Yazıçı Səfər Alışarlı tədbiri açaraq Adilə Nəzərin bədii yaradıcılığı ilə yanaşı, elmi və ictimai fəaliyyətini qeyd edib və kitabın ön söz müəllifi olaraq, Adilə Nəzərin yetkin poeziyasının canlı və cansız aləmi əks etdirən mahiyyətin təsviri olduğunu, onun hər bir şeirində ifadə orijinallığı və fəlsəfi təfəkkür dərinliyinin oxucunu heyrətləndird

Posted On :

Göyçayda Rəsul Rzanın anadan olmasının 109-cu ildönümü münasibəti ilə şairin ev muzeyi ziyarət olunub

Azərbaycan tarixən yazıçı və şairləri ilə dünyada tanınmışdır. Belə şairlərdən biri də xalq şairi Rəsul Rzadır.

R.Rza, 1910-cu il mayın 19-da Göyçay şəhərində maarifpərvər ailədə dünyaya gəlmişdir. Bu gün şairin anadan olmasının 109-cu ildönümüdür. Bu münasibət ilə onun ev muzeyi ziyarət edilib. Muzeyin direktoru Həsənova Solmaz bildirib ki, digər muzeylər kimi xalq şairi R.Rzanın da ev muzeyi əşyaların mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirilməsini təmin edir.

Bundan əlavə 2017-ci ildə R.Rzanın ev muzeyində Azərbaycançılıq məfkurəsinə uyğun yenilənmiş mövzu ekspozisiya planına əsasən muzey 4 zaldan ibarət olub, şairin yaradıcılığının müəyyən dövrünə görə ekspozisiya zalları üzrə bölünmüşdür. Eksponatların çox hissəsi Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanılıb. Muzeyin bələdçisi G

Posted On :

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olundu – FOTOLAR

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirildi.
Əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov mükafat haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-ci ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Builki mükafat üçün əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanılıb və bu il martın 29-da qəbul yekunlaşıb. Bu müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.
Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçı

Posted On :

Məşhur yazıçı vəfat etdi

Amerikalı yazıçı Herman Vouk 103 yaşında vəfat edib.

Yazıçı Palm Sprinqs şəhərindəki evində həyatını itirib.

Herman Vouk Rusiyadan ABŞ-a köçən bir yəhudi ailəsində dünyaya göz açıb. İkinci Dünya Müharibəsində ABŞ Donanmasının zabiti olub.

1952-ci ildə “Keyn üsyanı” adlı romanına görə, “Pulitzer” mükafatına layiq görülüb.

Posted On :

“
Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi…”- Sabir Rüstəmxanlının 73 yaşına

Mayın 20-si xalq şairinin 73 yaşı tamam olur

Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli. Hər birindən payı verilib. İçindəki qorxuya qalib gəldiyi üçün xalqın ağrı-acısını car çəkməyi həmişə bacarıb. Azadlıq aşiqi olduğundan gəncliyi mübarizələrdə ötüb. Ziyalı kimi də gördüklərinə heç zaman biganə qalmayıb. Problemləri qabardaraq onların həllinə səsləyib. Yazıb yaratdıqları isə ona ölməzlik gətirib. Necə deyərlər, adı özündən çox yaşayacaq…

Bəli, Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…

Bəlkə də indi kita

Posted On :

Laçın haqqında dörd misra

Laçının işğal gününü 17 mayda qeyd edirəm. Öz içimdə. Heç bir rəsmiyyətə, real hərbi-siyasi vəziyyətə baxmayaraq. Çünki Laçına elə həmişə içimin nəğməsi kimi baxmışam. Adamlarına da, təbiətinə də, heyvanlarına da. Başqa cür baxmağa fürsətim oldu ki? Gözümü açar-açmaz qaçqınlıq düşdü.

Mayın 17-si atamla Qubadlıya qayıdıb heyvanlarımızı gətirən dayımı qarşılamalı idik. Axşam çatdıq ora. Hərbçilər Güləbird kəndinin üstündə yolu kəsmişdilər. Heç kimi o tərəfə buraxmırdılar. Elə adamlar vardı ailəsi-uşağı, hətta bütün qohum-əqrəbası o üzdə qalmışdı. Səssiz gərginlik nəfəs kəsirdi.

Qəfil bir hərbçi rayonu tər

Posted On :

O qəm mənə tanışdı…

(Şair Faiq Balabəylinin “Yağışdan sonra” şeirlər kitabı haqqında təəssuratlar…)

Gözlərindən boylanan

O qəm mənə tanışdı.

Vallah qaca bilməzdim

Dərd məni tanımışdı…

( F.Balabəyli)

 

Səmada görünən rəngli qövsi xətlər… “Yağışdan sonra” sanki müjdə sevinci ilə gülümsəyirdi… “Yağışdan sonra” günəş şəfəqlərinin isti hərarəti yağmur zamanı səmadan dilək olan arzuların çin olması idi sanki… Eynən “Yağışdan sonra” kitabının müəllifi şair Faiq Balabəylinin ömür yolu, yaradıcılıq uğurları kimi…

Şair Faiq Balabəylinin yaradıcılığının “Eh, ayrılıq nə yamansan”, “Kəsilməyən həyəcan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxu

Posted On :

“Mənim otağın dörd yanını süzən diqqətli baxışlarım və məəttəl halda ətrafa göz gəzdirib yubanmağımın yaşlı kişiyə xoş gəlmədiyini hiss etdim…”

 

       Ziyarət

(Gülər Eldarqızı)

Maşın şəhərdən uzaqlaşdıqca havanın sərinliyini hiss edirdik. İsmayıl “Xızı dağları” mahnısını zümzümə edərək tez-tez yuxarı baxırdı:
– Dağ elə bil ki, iki addımlıqdadır. Amma iki saatdır ki, yol gedirik, yenə də çatmaq olmur.
– Yüksəkliklərə çatmaq asan deyil, – deyib güldüm.
“Beş barmaq” adı ilə tanınan bu ziyarətgah yeri uzaqdan nədənsə qorxulu görünürdü. Dağların arası ilə salınmış dar və çox uzun olan pillələrə və o pillələri təngnəfəs qalxan adamlara mat-məəttəl baxdım. Dar pillələrin sonunda, dağın ən hündür təpəsində bir daxma var idi. Hamı o daxmaya tərəf getməyə can atırdı. Günəş şüasından qorunmaq üçün sağ əlimi gözlərimin üstünə tutaraq yuxarı qalxan insan axınını müşayiət edirdim. Burada yaşından və cinsindən asılı olmayaraq müxtəlif təbəqənin insanları var idi.

Posted On :

“Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır…”-Elmar Eldaroğlu Ramiz Rövşəndən yazır…

Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır…

Ona nə gəlirsə qeybdən gəlir- o, SÖZü söyləmir, ağızdan doğur…
Ruhuna yaşıldan pay düşüb- Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar…
Onun gözlərinə hər adam baxa bilməz- baxışların qərq olduğu dəryadır…
Onun da hamı kimi tərcümeyi halı var- tərcümeyi halı olmayan bircə Allahdır…

-1946-cı il dekabrın 15-də Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1978-ci ildə Moskvada iki illik kinorejissorluq kursu keçib. “Azərbaycanfilm” film studiyasının baş redaktoru olub…

Amma bu tərcümeyi hal ona heç lazım da deyil. O, öz tərcümeyi halını çiyinlərində gəzdirir. Yaxşı əməlləri sağ, pisləri isə solda…
Eşitsəniz ki, ölüb, inanmayı

Posted On :

Adilə NƏZƏR TOPLA MƏNİ, İLAHİŞ deyir..

Sabah KİTABEVİMaz da tanınmış şair Adilə NƏZƏRİN yeni kitabının təqdimat mərasimi keçiriləcək.

Müstəqil.Az bildirir ki, bu haqda şairə özünün feysbuk səhifəsində məlumat verib. Məlumatda deyilir:

“Sözlərin hökmlü, şeirlərin gül qurutduğu zamanlardan üzübəri həyatı vərəqlədim, gerçək nağıllar danışan sarı öskürəkli küçə lampalarını, ümid və ümidsizlik arasındakı qarşıdurmaları, sevgi tarixi yazan aşiqləri, döyüş yorğunlarını, axıb dənizə çata bilməyən çayları dinlədim, qaranlıqlar içində Tək İşığa sığınıb, TOPLA MƏNİ, İLAHİ, – deyərək, yeni şeirlər kitabımla görüşünüzə gəldim.

Görüş 18 may – şənbə günü saat 3-də, kitabevim.az da..

Unutmayın ha, saat 3 – də sizinlə görüşüm var, əziz dostlar!”

Müstəqil.Az

Posted On :

Striptiz klubla bağlı AYB sədri Anardan AÇIQLAMA: “Mənlik deyil, Çingizlikdir”

Xəbər verdiyimiz kimi,  Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən “Hot Room Club”da striptiz şou nümayiş etdirilir. 

Müstəqil.Az bildirir ki,Unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri  Anar Rzayevlə əlaqə saxlayıb.

Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin  katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib: O, qeyd edib ki,  sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib:

“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Qeyd edək ki, bu klubun s

Posted On :

Elçin Mirzəbəyli – yüksək mənəvi keyfiyyətlər və fitri istedadın vəhdəti

Elçin Mirzəbəyli – yüksək mənəvi keyfiyyətlər və fitri istedadın vəhdəti

Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmaz, kiminsə qeybətini etməz. Nadanlardan uzaq durub, haqsızlığın baş qaldırdığı yeri sakitcə tərk edər. Yüksək mənəvi, əxlaqi keyfiyyət sahibidir. Başını bircə dəfə də olsun qaldırıb necə deyərlər, naməhrəmə baxmaz. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər. Davranışında, hərəkətlərində bir kübarlıq vardır. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara layiq görüldüyü də yəq

Posted On :

Kürdəmirdə, məzunu olduğu məktəbdə şairə Sevinc Arzulu ilə görüş keçirildi.

KÜRDƏMİRDƏ GÖRÜŞ VƏ TƏQDİMAT

 

 Mayın 13-də Kürdəmir şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbində həmin məktəbin məzunu olmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sevinc Arzulu ilə görüş keçirildi. Görüşdə şairənin üçüncü kitabının – “İşığın kölgəsi” kitabının təqdimatı da oldu.

Direktor müavini Rəfael Məmmədov tədbirə qatılan qonaqları və şagirdləri giriş sözü ilə salamladıqdan sonra sözü şairənin 1972-ci ildən 1979-cu ilə qədər sinif rəhbəri və müəllimi, eyni zamanda ailə dostu olan Tofiq Baloğlanova verdi. İxtisasca fizika müəllimi olmuş Tofiq müəllim Sevinc Arzulunun uşaqlıq və gənclik illərini gözlər önünə sərərək onun uşaqlıqdan ədəbiyyata, şeirə marağından danışıb hər kəsi kövrək duyğular selinə bürüdü.

 

Direktor m

Posted On :

“Öpməkçin müqəddəs bir mövqe varsa, O da müəllimin əlidir, anla!…”-Esmira İsmayılova yazır…

Öpməkçin müqəddəs bir mövqe varsa, O da müəllimin əlidir, anla!…

Müəllimin əlini öpməyi  müqəddəs əməl hesab edən ustad şair Məhəmmədhüseyn Şəhriyar üçün dərs aldığı müəllimləri ən ali mövqedə idi. Elə dünya filosoflarının atası sayılan, “Dünyada hər şeyə dəyər vermək mümkündür,lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”-deyən yunan filosofu Sokrata da.

Bəs bizim üçün müəllim kimdir?Son zamanlar sosial şəbəkələrdə, intenet mediada müəllimlər haqqında paylaşılan videoları,yazıları, onlara yazılan şərhləri oxusaq,araşdırsaq, çox acınacaqlı mənzərə alınar-müəllim cəmiyyətin təlxəyi kimi ələ salınır!Baxın son paylaşılan videolara-şagirdlər müəllimin qabağında çalıb oynayır, bunu videoya çəkir,qorxusuz –hürküsüz social şəbəkədə yayır, buna görə müəllim işdən qovulur…Və cəmiyyət

Posted On :

“Son  vidanı  bilmədim…”

Bədirə RZA  HƏSƏNQIZInın yeni hekayəsi

 (Nakam  şəhidlərin xatirəsinə)

 Günəşin sərhədsiz şəfəqləri otağa dolub, yavaş-yavaş çəkilməkdə idi. Qəriblərin darıxdığı qürub vaxtı yaxınlaşırdı. Təkcə qəriblərinmi? Yox, bəzən insan doğma evində də özünü qərib bilərmiş…

Kim deyibsə, bunu səhv deyib bəlkə, deyə düşünürdüm. Neçə gün idi ki, anam da məndən küskün idi. Artıq neçənci elçi idi ki, yox-deyib, qaytarırdım. Gözlərim çox ağrıyırdı, yəqin ağlamaqdan belə olmuşdum. Bu ağrılar isti  göz yaşlarımın  səssiz  üsyanı  idi  yəqin…

Çarpayıdan qalxıb kitab rəfinə yaxınlaşdım. Hə oxuyum? Hansı kitabı

Posted On :

Adilə Nəzərin “Topla məni,İlahi ” adlı yeni şeirlər kitabının imza günü keçiriləcək…

 

Müstəqil.Az bildirir ki, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kitab Evi İctimai Birliyinin sədri,şair Adilə NəzərinTopla məni,İlahi” yeni şeirlər kitabı işıq üzü görüb.

18 May,2019-cu il,saat 15:00-da Kitabevim.az -da   kitabın imza günü keçiriləcək.

Arzu edən hər kəs dəvətlidir.

(Ünvan: 28 May metrosunun yaxınlığı)

 

Adilə Nəzəri yubiley yaşı ərəfəsində  təbrik edir, yaradıcılıq uğurları arzu edirik.

 

Müstəqil.Az

Aysel Səfərli

Posted On :

…Ürəyimin tellərin bir-bir qırdı ağrılar…

Esmira MƏHİQIZI

heç bilirsən səndən sonra nə qədər,
qəm ayları,
kəm ayları başladı…?
neçə-neçə,
çeşid-çeşid,
növbənöv
sənsizliyin sən ayları başladı.

sonra belə ürəyimin tellərin
bir-bir qırdı ağrılar,
elə qırdı,
içimdəki qırıqların
sızım-sızım,
cızım-cızım
ninniləri, nanayları başladı.

çətirimin altında yağış yağdı selləmə,
elə yağdı,
belə yağdı,
çilə çəkdi gözlərim.
solğunluqda,
qırğınlıqda
bir ağlağan gülə çəkdi gözlərim.
heç bilmədim necə çəkdi,
niyə çəkdi gözlərim,
ki,
sonra da bir ömürün
nəm ayları başladı.

sonra da ki…
hərgün gecə seansında,
divarda-
xatirəmin kinoları başladı.

Posted On :
Category:

“Qızıl Kəlmə” Ədəbi Mükafatının qaliblərinin təltifolunma mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını keçirir.

Növbəti dəfə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanıb və cari ilin 29 mart tarixində qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d., professor Nizaməddin Şəmsizadə, fil.e.d., professor Telman Cəfərov, fil. e. d. Vaqif Yusifli, fil. ü. f. d., “Ədəbiyyat” qəzetinin

Posted On :

“Sözdən sonrakı sabah” – Tərlan Əbilovun İqbal Nəhmət haqqında yazısı…

İqbal Nəhmətin “Sözdən sonrakı sabah” şeirlər kitabı haqqında 
(dost sözü)
Bu yaxınlarda Yardımlı rayonunda yaşayan şair dostum İqbal Nəhmətin “Sözdən sonrakı sabah” adlı növbəti, sayca üçüncü kitabı “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb. Kitab mənə təqdim olunanda mən də çox sevindim.
Ona görə sevindim ki, hələ də sözün, kitabın möhtərəm qoxusunu duyan, o qoxuya öz dostlarını qonaq edən İqbal kimi sözünün arxasında olan dağ cüssəli bir şair var.
Ona görə çox sevindim ki, kitabda İqbalın yaradıcılığı haqqında söz demiş dəyərli şarlər Səlim Babullaoğlu, Balayar Sadiq, Ələsgər Cəfərin fikirləriylə yanaşı mənim də bir neçə kəlməm özünə yer almışdır.
Ona görə çox sevindim

Posted On :

“TOZA QƏRQ OLMUŞ XATİRƏLƏR…”- Gülər Eldarqızı…

TOZA QƏRQ OLMUŞ XATİRƏLƏR

 

Ofisimiz şəhərin mərkəzindəki dar məhəllələrin birində, üçmərtəbəli qədim binanın üçüncü mərtəbəsində yerləşirdi. Həftənin beş günü adəti üzrə səhər erkəndən Sahil metrosundan bu binaya qədər olan yolda demək olar ki, küçələrin və müxtəlif məkanların adlarını əzbərləmişdim. Qədim tarixə malik olan bu bina çox köhnə olduğu üçün, qorxulu, vahiməli görünürdü. Giriş qapısından içəri keçdikdə ilk növbədə hündür tavandakı əl işi ilə işlənmiş qəribə, anlaşılmaz karikaturalar diqqəti cəlb edirdi. Binanın hündür pillələri var idi. Pillələri qalxdıqca düşünürdüm ki, sən demə, kənardan kiçik görünən köhnə binaların pilləkənləri hündür olurmuş.
İkinci mərtəbədə üzbəüz iki qapı var idi. Qəribə olsa da, hər ikisinə böyük, boz bir qıfıl vurulmuşdu. Ücüncü mərtəbədə, sağ qapıda biz – yə

Posted On :

“Amma hələ nə Misir tacirləri gəlib,nə qırxıncı otaqda divi öldürüb qurtara bilmişəm…”- Xatirə Rəhimbəyli yazır…

Pıçıltı
Qonaq imiş…” Haradan gəlmişdi,hara getdi?”…-deyə soruşmadım kimsədən,sadəcə həsrətini çəkdim.Çünki onu alıb qoyacağım bir yerim yoxdu, ömrümün hər yeri tutulmuşdu. Bir də o, özünə möhtəşəm bir yer seçmişdi.O, hamıya gərək olan sevgiydi, o hamının dilədiyi diləkdi…
…Qonaq imiş orada.Mən elə sanmışdım, qonşudur.
Posted On :

“Sakitcə ölüb gedənlər elə bil dünyadan getmirlər, Başmaq seyrindən qayıdırlar qeybə…”- Zahid Sarıtorpaq…

Müstəqil.Az bu gün doğum gününü qeyd edən tanınmış şair-publisist Zahid Sarıtorpağı təbrik edir,bir neçə şeirini təqdim edir:

Retro…

(Zahid Sarıtorpaq)

* * *
Səssizlik oyur-oyur deşir qaranlığı
Heç nə vəd eləmir bu kahin görkəmli gecə.
Çarəsizliyin küçəsindən keçməyə gücün çatmır
Belədə ölüm yarasalarının səssiz gərdişindən
Qulaqları batır yalqızlığının
Olmuşların küfrlə geriyə qayıdacağını düşünürsənsə
Məhrəm olmayanlarla sənin aranda
Demək qılınca dönməmiş tövbən əsla
Oxunmuş duaların

Posted On :

“Elə bil millətin xeyir-duası, istəkləri-arzuları onu o dünyanın cəngindən aldı…”-Musa Yaqub, 82 yaş…

Bu gün tanınmış şair Musa Yaqubun doğum günüdür. M.Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Doğum günüylə bağlı şairin dostlarının ürək sözlərini eşitməyə çalışdıq.
Xalq şairi Nəriman Həsənzadə Moderator.az-a açıqlamasında bildirdi ki, Musa Yaqub böyük şairdir və onu yaradıcılığı bütün dövrlər üçün aktualdır:
“Musa Yaqub böyük şairdir. Mənim çox sevdiyim insandır, onu qəlbən çox istəyirəm. Poeziyamızın çox nəhəng korifeylərindən biridir. M.Yaqubun təbiət və cəmiyyət şeirləri var, onları bölmürəm. Amma ümumi götürəndə o, sevilən şairdir. Onu oxucular da, qələm yoldaşları da sevir. Musa təbii yazır, onunki haqdan gəlir. Bir azdan zəng vurub onu təbrik edəcəm. Çox sağ olun ki, diqqət ayırırsınız”.
Şair Baba

Posted On :

Gənc şair Aqil Altun “Bu şəhərin payızını” təqdim etdi…

May ayının 5-də “Azərkitab Kitab Təbliğatı Mərkəzində” gənc şair Aqil AltununBu şəhərin payızı” adlı şeirlər kitabı təqdim edildi.
Tədbirdə iştirak edən oxucular və qələm dostları kitab haqqında fikirlərini bölüşdülər.
Sonra şairin müxtəlif səpkidə olan şeirləri səsləndirildi.
Sonda kitabın redaktoru şairə-filoloq Sevil Gül Nur ilə Aqil Altunun “Bu şəhərin payızı” adlı şeir -duetləri tədbirə başqa bir rəng qatdı və şair oxucuları üçün kitab imzaladı.

Posted On :

“HƏYATIN İÇİNDƏN GƏLƏN ŞAİRİN VƏTƏN SEVGİSİ”-Bilal Alarlıdan Afət Viləşsoy haqqında…

HƏYATIN İÇİNDƏN GƏLƏN ŞAİRİN VƏTƏN SEVGİSİ

(Afət Viləşsoyun yeni poetik toplusu haqqında)

 

 

Həyat məktəbi böyük olan şairin özü də böyük olur, öyrəndikləri reallıqdan gəlir, amma məişət qayğıları içində çabalamır, şəxsi dərd-sərini elin dərdinə çevirmir, əksinə, el kədərini şəxsi dərdi kimi yaşayır. Şair olmaq istək deyil, şeir yazmaq həvəs deyil, mayası vətən sevgisindən tutulan sözün mənası dərin olur.

Söhbətimə bu motivlə başlamağımın səbəbi var. İradəsinə, inadkarlığına bələd olduğum Afət Viləşsoy həyatın özündən gələn təblə yazıb-yaradan bir şairdir. Bir dəfə onun haqqında yazmışam, şeir kitablarını yetərincə təhlil etmişəm. 2004-2012-ci illərdə Afət xanımın 5 poetik toplusu işıq üzü görüb. Şeirdən şeirə, kitabdan kitaba inkişaf edən, təkmilləşən Afət Viləşsoyun yaradıcılığı

Posted On :

Azərbaycan jurnalistikasının zirvələrindən biri…

Azərbaycan jurnalistikasının zirvələrindən biri…

Bəlkə də 2010-cu il idi. Onun təşkil etdiyi treninqlərdən birində iştirak edirdim. Fasilə zamanı təsadüfən dəhlizdə həmsöhbət olduq. Yaddaşımda iti zəkalı, peşəsini dərindən bilən, müasir təfəkkürlü bir insan kimi qaldı. Kübarlığı, yüksək mədəniyyəti davranışında öz əksini tapmışdı. Sonralar özüylə üz-üzə gəlməsəm də qələmə aldığı müxtəlif yazılarını oxudum. Həmin yazılar müəllifinin mükəmməl jurnalist olduğunu açıq-aşkar təqdim edirdi. Bəli, peşəkarlıqla səmimiyyət üst-üstə düşəndə və bunlar istedaddan qaynaqlananda ərsəyə gətirilən yazılar da gözəl, oxunaqlı olur. Əslində yazmaq həm asan, həm də çətindir. Asandı

Posted On :

“Ancaq qələbəmiz…hələ ki yoxdur…Mən qələbənin dadını bilmək istəyirəm…”- Sevil Gül Nur…

Uşaqlığım sovet illərinə təsadüf edib. O vaxt 9 mayı böyük sevinc və həyəcanla gözləyirdik. Qələbə anlayışı bizim üçün hələ tam mənasıyla aydın deyildi, sevincimizin səbəbi başqa idi.
Kəndimiz rus kəndi olduğu üçün bu gün bizdə daha təmtəraqla qeyd olunurdu. Həmin gün küçələr adamla dolu olurdu. Hamı kəndin mərkəzindəki parka axışırdı. Burada Böyük Vətən müharibəsi qəhrəmanlarının (əsasən ruslar idi) şərəfinə ucaldılmış abidənin önünə toplaşır,qələbə gününə həsr olunmuş bayram tədbirinə tamaşa edirdi.
Posted On :

“O əsgər uşaqlığımın ilk şəhidi idi…”- Şəhla Vahid yazır…

UŞAQLIĞIMIN İLK ŞƏHİDİ…

(Şəhla Vahid)

2-3 gecə idi anam evə gəlmirdi.Nənəmin gözləridən oğurlanıb kənd xəstəxanasına qaçdım.Həyətdə tanklar,hərbi maşınlar,təcili yardım maşınları,hərbi geyimdə əsgərlər var idi.
Maşınların arasından gizlicə keçib xəstəxanaya girdim.Kalidordan yanmış ət iyi gəlirdi,əsgərlərin ya Allah deyən yanıqlı səsləri eşidilirdi.Qapısı yarıaçıq olan palataya boylandım,içəridə 3-4 yaralı əsgər var idi.Əsgərlərdən birini üzü üstdə uzatmışdılar,beli elə yanmışdı ki,əzələləri aydınca görünürdü.Gözü böyümüş palataya girəndə əsgərlər təəccüblə mənə baxdılar.Kürəyi yanmış əsgər zorla gülümsəd

Posted On :

“Payı istəməzlər, payı verərlər”-Musa Yaqubun 82 yaşına…

“Payı istəməzlər, payı verərlər”…

Hələ şair deyildi. Balaca Musa dədə-baba yurdunda yer şumlayıb toxum səpirdi. Biçin vaxtı böyüklərə qoşulub məhsul yığırdı. Nə dünyanın qara daşından xəbəri vardı, nə də kiməsə “öyrətmə özünə, öyrətmə məni” söyləmişdi. İllər ötdü, balaca Musa sətir-sətir, şeir-şeir cilalanıb böyük şair oldu. Və bir gün Buynuz sakini Musanın şöhrəti yaşadığı kəndin hüdudlarını aşıb Azərbaycana yayıldı. Necə deyərlər, Yaqubov Musa şair Musa Yaquba sığındı. Mayasında halallıq olduğu, poeziyası sevgidən yoğrulduğu üçün xalq məhəbbəti qazandı…
Bəli, Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlib. Orta təhsilini həmin rayonda aldıqdan sonra Göyçay pedaqoji məktəbində təhsi

Posted On :

Şair-publisist, jurnalist Etibar Etibarlı vəfat etdi

Tanınmış şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Etibar Etibarlı mayın 6-da vəfat edib. Müstəqil.az-ın məlumatına görə, qara xəbəri mərhumun dostları veriblər.

Ədəbi aləmə 60-cı illərin axırlarında gələn Etibar Etibarlı (Aslanov Etibar Zəki oğlu) 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olub. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirib. Bir müddət “Yeni Şirvan” rayon qəzetində işləyib, sonra isə AzTV- nin “Gənclik” redaksiyasının “Yekun” jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərib. Uşaq yaşlarından şeirə həvəs göstərib. İlk şeirləri hələ məktəbliykən “Göyərçin” jurnalında və rayon qəzetində dərc olunub.
1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indik

Posted On :

“Qəlbimə bir payız küləyi əsir…”- Rəfiqə Abbasova…

Müstəqil.Az bu gün doğum gününü qeyd edən həkim,şair Rəfiqə Abbasovanı təbrik edir, şeirlərini təqdim edir:

 

SƏNİN XƏTRİNƏ

Sənsiz üzüm gülmür,açılmır eynim,
Getdiyin yollara çöküb duman,çən.
İntizar nə yaman sevirmiş məni,
Həsrəti günahkar görmürəm ki mən.

Gecə də gündüz də bağlı qalıbdır,
Cəftəsi özündən küsən qapılar.
Qəlbimə xal salan mərəzə bəlkə
Sənin gəlişinlə çarə tapılar.

Bu tozlu yollardan yığılmaz gözüm,
Səni gözləyərəm sənin xətrinə.
Gəl könül həmdəmim səni bələyim,
Bir çiçək qoxulu sevgi ətrinə.

Ümidi puç olan sənsizliyimdən,
Sənli günlərimdir boylanıb baxan.
Yenə də bu həsrət ocaq qalayıb,
Bir hicran qəmidir qəlbimi sıxan.

Ömrüm xərifləyir,sən gedən gündən,
Qəlbimə bir payız k

Posted On :

Tanınmış şair Dəmir Gədəbəyli vəfat etdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Dəmir Gədəbəyli 80 yaşında vəfat edib.

Bu barədə şairin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Dəmir Gədəbəyli 1938-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub.1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1975-ci ildə filologiya elmlər namizədliyi, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan televiziya və radio verilişləri komitəsində müxbir, redaktor, baş redaktor, proqramların məsul katibi vəzifələrində çalışıb.

Yüzlərlə mahnıya mətn yazıb.

Posted On :

“Azərbaycanımızı sevin, amma sizin seçiminizdən asılı olmadan qismətinizə düşən bu məsələlərlə qürurlanmayın.”-Elnur Kəlbizadə

Əslində uzun müddətdir publisistik, bədii heç nə yazmamaq barədə özümə söz verdiyim üçün özümü sıxırdım.

Amma bu gün çox sevdiyim bir dostumun bir paylaşımı düşüncələrimdə hazır olan yazının yaranmasına səbəb oldu.
Keçənlərdə bir dostumla söhbət edirəm. Deyir ki, “sən qürur duymursan ki, filan yerdə doğulmusan?” Deyirəm “yox”. Adam bir də qayıtdı ki, “Sən qürur duymursan ki, baban filankəs olub?”. Deyirəm “yox”. Adam başını buladı və getdi. İzah etmədim, bəlkə də izah etmək istəmədim.

O gün yenə bir yazı oxudum. Çox sevdiyim, dəyər verdiyim insandır. Yazıb ki, mən sübut edəcəyəm ki, filan dahi şəxsiyyət filan yerdə yox, məhz mənimlə eyni şəhərdə doğulub. Yenə cümlələr barmaqlarımın ucuna qədər gəldi, yenə də yazmadım.
Alla

Posted On :

“Gülümsəyən şeirlər…” – Qəşəm Nəcəfzadə Elnur Uğur haqqında yazır…

(Gənc şair Elnur Uğurun şeirləri haqqında)

Çölünə baxsan alovdu,
İçinə girsən tüstüdü.

Elnur Uğurun şairliyi bu misralardan başlayır. Burda onun yaşı da var, təcrübəsi də. Həyatı da var, istedadı da. Ümümiyyətlə, “şair” sözünün əvvəlinə qoşulan epitetlərdən xoşum gəlmir. Məsələn, istedadlı şair, vətəndaş şair, görkəmli şair, tanınmış şair və sair bədii sifətlər yazını bir az genəltmək, bir az da müəllifə yarınmaq üçün işlədilir… Şair sözündə hər şey ifadə olunur, vəssalam. Vətandaşlıq da, istedad da, vətən də…

Elnur haqqında bu yazım nədənsə gec alındı. Bəlkə səbəb bu idi ki, bir də heç kəs haqqında yazmayacağıma qərar vermişdim. Olsun. Amma Elnurun şeirləri məndən əl çəkmirdi axı. Yəni onun şeirləri haqqında fikirlərim məni yaxşı mənada narahat edirdi. Hər dəfə kitabı vərəqlədikcə yeni nə

Posted On :

“Dilimizi qısqanclıqla qorumalı və təbliğ etməliyik. Necə ki, ingilislər, ruslar bunu etməkdədirlər.”

Dilimizi qısqanclıqla qorumalı və təbliğ etməliyik. Necə ki, ingilislər, ruslar bunu etməkdədirlər.
Azərbaycan dili və ya Azərbaycan Oğuz türkçəsi qədim bir tarixə malikdir. Azərbaycan türklərinin dili özü türkçədir desək, yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu bizim kimlik kartımız, bəlgəmiz olar. Öncədən də qeyd etdiyim kimi “çirklən

Posted On :

Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi yaradılıb.

Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi yaradılıb.

Bu barədə Kult.az-a Vaqif Səmədoğlu Mərkəzinin təsisçilərindən biri, hüquqşünas Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, 13 fevral 2019-cu il tarixdə Ədliyyə Nazirliyinin kollegiyasında Vaqif Səmədoğlu Mərkəzi İctimai Birliyi rəsmi olaraq qeydiyyatdan keçib və bununla bağlı şəhadətnamə verilib.

İctimai Birliyin sədri xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovadır.

Vaqif Səmədoğlu Mərkəzi xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi ilə bərabər, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirləri də gerçəkləşdirəcək.

 

Posted On :

Amaliya Pənahovanın hamıdan gizlətdiyi sirri..

Gözəl bir gün idi. Günlərdir təyin edib saat 16:00-a vədələşdiyimiz görüş nəhayət baş tutacaqdı. Daxilən çox narahat idim, nə qədər özümə güvənən biri olsam da, özündən razı, yekəxana bir insan zənn etdiyim Amaliya xanımla görüş dəqiqələri yaxınlaşdıqca elə bil ürəyimi döyəcləyirdilər.

 

Bilmirdim məni necə qarşılayacaq, söhbətimizin səmti haralara gedəcək, qarşıma qoyduğum məqsədə çata biləcəyəmmi? Nə də olsa, mənimçün həlledici görüş idi, çünki layihəmin ilk qonağı idi. Beləcə görüşdük, çağırdığı məkana daxil olanda qapını özünün açıb məni qarşılaması, ilk təbəssümü mənə təskinlik notlarını çaldı. Elə bil o təbəssüm üzərimdən çox ağır bir yükü götürdü. Amaliya xanım fotoların çəkilmə prosesi üçün bərk narahat idi. Elə bu sözə bənd idim ki, becid cavab verdim:

Posted On :

Güney Azərbaycanlı şairə 28 yaşında vəfat etdi

Azərbaycanın Güneyindən olan tanınmış şairə və yazıçı Məhsa Əbdüləlizadə 28 yaşında dünyasını dəyişib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, gənc şairənin yaxınlarının dediyinə görə, o, 3 ay əvvəl qazdan zəhərlənmə səbəbi ilə komaya düşüb.

1991-cı ildə dünyaya göz açan Məhsa Əbdüləlizadə Azərbaycanın Güneyinin Meşginşəhr (Xiyav) şəhərində yaşayıb. Onun Azərbaycan türkcəsində bir neçə əsəri var.

Məhsa Əbdüləlizadə türk dili və ədəbiyyatı sahəsində tanınmış mədəni fəallardan biri olub.

Allah rəhmət eləsin.

Cabir Novruzun 86 illiyinə…-Elman Eldaroğlu yazır…

Cabir Novruzun 86 illiyinə…

“Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz”…

Dünya çox qəribə məkandır. Burada mövcud olan hər ölkənin, hər dövlətin öz qanunları olsa da, fəqət dünyanın da yazılmayan qanunları var. Yaradır, bəsləyir, sonda bir ovuc torpağa çevirir, qalanı isə xatirələrdir…
Bəli, bu dünyada Cabir Novruz imzasını bütün ölkəyə tanıtdıran bir insan var idi. O, imzasını sevdirirdi, imzası da onu. 1933-cü ildə dünyanın iki diktatorun əlində girinc qaldığı vaxtlarda anadan olmuşdu. Yeniyetmə çağları aclıq, müharibə illərinə düşdü, çox əziyyətlərə sinə gərdi. Hitlerin məhvindən bir qədər sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikimuna daxil olub,

Posted On :

Tanınmış yazıçı Kənan Hacı “Sonuncu Dərvişi” təqdim edəcək…

Müstəqil.Az bildirir ki,tanınmış yazıçı Kənan Hacının Sonuncu Dərviş” adlı yeni kitabı çap olunub.

Kitabın naşiri Müşfiq Xan,romanın redaktoru isə Səbuhi Şahmursoydur.

Kitab “Xan” nəşriyyatında çap olunub.

9 mart,2019-cu il,saat 15:00-da Kitabevim.az-da romanın təqdimat mərasimi və imza günü olacaqdır.

Maraqlanan hər kəs dəvətlidir.

Yazıçıya uğurlar arzulayırıq.

 

Müstəqil.Az

Aysel Səfərli

Posted On :

MOŞU kimi tanınıb-sevilən Valeh Kərimovun 75 yaşı tamam olacaq….

Valeh Kərimov – 75 
Martın 20-də Azərbaycanın Xalq artisti, milyonların sevimlisi Valeh Kərimovun 75 illik yubileyidir!

50 ilə qədər ciddi, dramatik rollar oynadı,
ancaq xalq tərəfindən daha çox MOŞU kimi tanınıb-sevildi.

Ustalıqla yaratdığı rolları bəyənərək, Ulu öndər Heydər Əliyevin “Xalq artisti” fəxri adı verdiyi, İlham Əliyevin Prezident təqaüdünə layiq gördüyü görkəmli aktyor

(O, Azərbaycanda yeganə aktyordur ki, vikipediyada öz adı ilə təqdim olunmaqla yanaşı xüsusi olaraq qeyd edilib: “digər adı – Moşu”)

Valeh Kərimov 1944-cü il mart ayının 20-də Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra aktyor taleyini həmişəlik olaraq H.Ərəblinski adına Sumqayıt

Posted On :

Faiq Balabəylinin 55 illik yubileyi və yaradıcılıq gecəsi keçiriləcək…

Müstəqil.Az bildirir ki, yaxın günlərdə tanınmış şair-publisist Faiq Balabəylinin 55 illik yubileyinə,yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Həmin gün həm də şairin “Yağışdan sonra“adlı yeni şeirlər kitabının təqdimat mərasimi də olacaq.

Tədbir 16 mart,saat 16:00-da “Rəşid Behbudov adına mahnı teatrında” keçiriləcəkdir.

Gecədə Faiq Balabəylinin sözlərinə yazılmış mahnılar tanınmış müğənnilər tərəfindən ifa olunacaq.

Maraqlanan hər kəs dəvətlidir!

Ədəbiyyat və şeirlə dolu həyatını ağ vərəqlərdə əks etdirən şairin ömrünün 55-ci baharını ürəkdən təbrik edir,ona yaradıcılıq uğurları və saysız-hesabsız yubiley sevinci arzulayırıq.

 

Müstəqil.Az

Aysel Səfərli<

Posted On :

“Tarixi şəxsiyyətlər” jurnalının növbəti sayı Rusiya prezidenti V.Putinə HƏSR OLUNUB…

 

Rəvan görülən iş həmişə dəyərlidir.
Öz ənənəsinə sadiqliyini nümayiş etdirən “TARİXİ ŞƏXSİYYƏTLƏR” jurnalı özünün növbəti sayını Rusiya Federasiyasına, onun Prezidenti V . V . Putinə , ümumilikdə isə Azərbaycan-Rusiya münasibətlərinə həsr etmişdir.
Nəfis tərtibatda “Azərbaycan” dövlət nəşriyyatında hazırlanmış bu jurnal öz səhifələrində Rusiyanın tarixinə , onun dövlət quruluşuna, xarici siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə təhsilinə geniş yer ayırmışdır.
Mətbuatda elan olunduğu kimi Rusiya Federasiyasının prezidenti V. V . Putin redaksiya heyətinin apardığı sorğuya əsasən “2017 -ci ilin adamı” n

Posted On :

“XIZIR OVLAĞI, DİRİLİK QAYNAĞI…” KİTABI HAQQINDA … – BEŞBARMAQDAN GƏLƏN YOL

İxtisasca tarix müəllimi olan Vüsal Hicran oğlu Heybətov “Xızır ovlağı, dirilik qaynağı”… (“Təknur”, 2018) adlı kitabında xalq arasında Xızır adı ətrafında gəzib-dolaşan tarixi, əfsanəvi və mifik hadisələrə, əhvalatlara, inanclara və s. aydınlıq gətirilməsi məqsədilə bir sıra mənbələrə, məxəzlərə baş vurmuş və onları bir yerə cəmləyərək oxucularda müəyyən təsəvvürlər kompleksi yaratmağa nail olmuşdur. Ağasəfa adlı müəllifin yığcam və məzmunlu ön sözündən sonra “Beşbarmaq oronimi -dağ adı” adlanan hissə ilə Vüsal Hicranoğlu kitaba  giriş verib yazır:

“Bakı-Siyəzən avtomobil yolunun 95 km-də, yoldan 5 km qərbdə, dəniz səviyyəsindən 445 m yüksəklikdə (520 m kimi də göstərilir.-V.H.) yerləşən Beşbarmaq dağı “səhra aysberqi”ni xatırladır. Dağın əmələ gəlməsində ilkin təxminlərdən biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkib

Posted On :

“XIZIR OVLAĞI, DİRİLİK QAYNAĞI…” KİTABI HAQQINDA … – BEŞBARMAQDAN GƏLƏN YOL

İxtisasca tarix müəllimi olan Vüsal Hicran oğlu Heybətov “Xızır ovlağı, dirilik qaynağı”… (“Təknur”, 2018) adlı kitabında xalq arasında Xızır adı ətrafında gəzib-dolaşan tarixi, əfsanəvi və mifik hadisələrə, əhvalatlara, inanclara və s. aydınlıq gətirilməsi məqsədilə bir sıra mənbələrə, məxəzlərə baş vurmuş və onları bir yerə cəmləyərək oxucularda müəyyən təsəvvürlər kompleksi yaratmağa nail olmuşdur. Ağasəfa adlı müəllifin yığcam və məzmunlu ön sözündən sonra “Beşbarmaq oronimi -dağ adı” adlanan hissə ilə Vüsal Hicranoğlu kitaba  giriş verib yazır:

“Bakı-Siyəzən avtomobil yolunun 95 km-də, yoldan 5 km qərbdə, dəniz səviyyəsindən 445 m yüksəklikdə (520 m kimi də göstərilir.-V.H.) yerləşən Beşbarmaq dağı “səhra aysberqi”ni xatırladır. Dağın əmələ gəlməsində ilkin təxminlərdən biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkib

Posted On :

“XIZIR OVLAĞI, DİRİLİK QAYNAĞI…” KİTABI HAQQINDA … – BEŞBARMAQDAN GƏLƏN YOL

İxtisasca tarix müəllimi olan Vüsal Hicran oğlu Heybətov “Xızır ovlağı, dirilik qaynağı”… (“Təknur”, 2018) adlı kitabında xalq arasında Xızır adı ətrafında gəzib-dolaşan tarixi, əfsanəvi və mifik hadisələrə, əhvalatlara, inanclara və s. aydınlıq gətirilməsi məqsədilə bir sıra mənbələrə, məxəzlərə baş vurmuş və onları bir yerə cəmləyərək oxucularda müəyyən təsəvvürlər kompleksi yaratmağa nail olmuşdur. Ağasəfa adlı müəllifin yığcam və məzmunlu ön sözündən sonra “Beşbarmaq oronimi -dağ adı” adlanan hissə ilə Vüsal Hicranoğlu kitaba  giriş verib yazır:

“Bakı-Siyəzən avtomobil yolunun 95 km-də, yoldan 5 km qərbdə, dəniz səviyyəsindən 445 m yüksəklikdə (520 m kimi də göstərilir.-V.H.) yerləşən Beşbarmaq dağı “səhra aysberqi”ni xatırladır. Dağın əmələ gəlməsində ilkin təxminlərdən biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkib

Posted On :

Təqdimat

Yeni Kitab.
Şair Fuad Cəfərlinin “Latın sükutu” kitabı çapdan çıxdı. Kitabın təqdimatı 23 fevral saat 14:00-da “Akademkitabda” baş tutacaq. Hər kəs dəvətlidir…

[video width="640" height="416" mp4="http://vetenim.info/wp-content/uploads/2019/02/vid-20190219-wa0037.mp4"][/video] [video width="640" height="352" mp4="http://vetenim.info/wp-content/uploads/2019/02/vid-20190219-wa0036.mp4"][/video] [video width="640" height="384" mp4="http://vetenim.info/wp-content/uploads/2019/02/vid-20190219-wa0035.mp4"][/video] [video width="640" height="352" mp4="http://vetenim.info/wp-content/uploads/2019/02/vid-20190219-wa0032.mp4"][/video] [video width="480" height="640" mp4="http://vetenim.info/wp-content/uploads/2019/02/vid-20190219-wa0033.mp4"][/video]

 

 

Posted On :

“10-cu doğulan qızın adını “Artıq” qoydular,Bir vaxt gələcəkdi ki, bu ailəyə şöhrəti həsrətini çəkdikləri oğul yox, “artıq” hesab etdikləri qız gətirəcəkdi.” -Minəxanım Nuriyeva yazır…

Minəxanım Nuriyeva

Adı əvvəl “Artıq” qoyulmuş səhnəmizin ulduzu Fatma Qədri…

…Keçmiş türk-müsəlman yurdu olan Hacıbəy(Əsli: Koçubey) şəhərində, indiki Odessada o zaman türklər sıx yaşayırdı. Xüsusən ticarət və habelə liman fəhlələri arasında onlar üstünlük təşkil edirdi. Odessa çar imperiyasının müsəlman təbəələrinin həcc ziyarətinə getdikləri və müqəddəs məkanlardan döndükləri liman idi. Həmin aylarda şəhərin ticarəti daha da canlanır; müsəlman iş sahiblərinin ticarəti tərəqqi edirdi. Həm də əldə olan gəlir, ailə büdcəsinə daxil olan az da olsa beş-on manat özü böyük şükranlıqla halal puldur, şanlı həccin gətirdiyi gəlirdir deyə qəlb rahatlığı ilə qarşılanırdı.
Balaca Fatmanın ata-anası da bir tikə çörək dalınca Cənubi Azərbaycandan – Sərabdan durub bura

Posted On :

Azərbaycanlı şairlər beynəlxalq poeziya festivalında – FOTO

XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalına (12-16 fevral) Azərbaycan da qatılıb.

Kult.az xəbər verir ki, festivalda ölkəmizi Səlim Babullaoğlu, Fərid Hüseyn və Aqşin Evrən təmsil edir.

Bu il Azərbaycan festivalın Fəxri qonağı elan edilib.

15 fevralda İnsan Kitabevi Bəyoğluda Azərbaycan ədəbiyyatına həsr edilmiş “Modern Azərbaycan poeziyasının vəziyyəti” adlı xüsusi müzakirə paneli keçiriləcək. Məhməd Can Doğanın moderatorluğu ilə keçiriləcək tədbirdə azərbaycanlı şairlər çağdaş poeziyamızla bağlı məruzələr oxuyacaq, oxucuların suallarına cavab verəcəklər.

Bundan başqa, festival müddəti ərzində şairlərimiz müxtəlif mədəniyyət mərkəzləri, muzey və kitabxanalarda şeirlərini səsləndirəcəklər. Beş gün davam

Posted On :

İndiyədək xalq mahnısı kimi bildiyimiz “Qarabağ maralı”nın başı bəlalı müəllifi haqqında…-Minəxanım Nuriyeva yazır…

Mahnılar necə yaranır: “Azərbaycan maralı”nın tarixçəsi

Öncə qeyd edək ki, həmişə xalq mahnısı kimi qəbul etdiyimiz bu nəğmə müəlliflidir və ilk adı “Qarabağın maralı” olub.

Bu nəğmənin taleyi az qala bir insan taleyi qədər mübhəm və maraqlı bir tarixə malikdir. Bu qədər doğma, bu qədər canlı, bu qədər əziz. Bax elə buna görə də onu xalq mahnısı sananlar səhv etməmişlər.

Mahnının sözlərinin və musiqisinin müəllifi başı bəlalı İsgəndər Novruzludur.

80-ci illərin sonunda Partiya Tarixi kafedrasının əməkdaşı tarixçi mərhum Həsən Əliyev mənə bunları deyəndə təəccüb qalmışdım. Ümumiyyətlə, Həsən müəllim özü bir Qarabağ ensiklopediyası idi. Ağdamda doğulmuşdu yəni Ağdamdan idi. Həqiqətən mahnının müəllifi əsil adı Qasımbəyov İngilis olan həmyerlimiz olub. İngilis öz adını yaxın səslənən İsgəndər adı ilə dəyişənədək və Qaraba

Posted On :

Mərhum jurnalistin xanımı: Sən demə səbəb başqa imiş – VİDEO + FOTO

“Həmin gün mənə qızıl üzük və boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”.

Bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat yoldaşı Nurlana Qədimova “Yeni Müsavat”a danışarkən deyib.

Həmin gün yeni evli olan cütlüyün ən xoşbəxt günü imiş. Natiq Qədimov işdən tez çıxıb, həyat yoldaşına hədiyyələr alaraq evə gəlib və bütün yaxın qohumlarını evə dəvət edib. Ailə yemək masası arxasında Qarabağ-Çelsi futbol matçını birlikdə izləyib. Süfrə arxasında Natiq Qədimov şən zarafatlarından, hər zamankı pozitivliyindən qalmayıb. Daha sonra çay süfrəsinə əyləşiblər.

Bacısı Esmira İbrahimova deyir ki, Natiq bir anda müvazinətini itirib onun üstünə yıxılıb: “Əvvəlcə bunu zarafat hesab etdim. Bir anda baxdım ki, stoldan yerə yıxıldı. Artıq gec

Posted On :

Kənan MM: “Ayə, harya gedersən, ayə?” – VİDEO

Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, harya gedersən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib.

A24.az xəbər verir ki, bu hər kəs özünəməxsus şəkildə qiymətləndirib. Artıq məşhurlar da öz sosial şəbəkə ünvanlarında bu ifaya maraqlı dublyajlar edib.

Belə ki,  Kənan MM və Rafinsh adı ilə tanınan məşhur vinerin paylaşımları rekord qırıb:

Sözügedən videoları sizə təqdim edirik:

 

Posted On :

Aqil Abbas “Qarabağ” – “Çelsi” oyunu haqda: «hakimin bacısını…»

Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçirilən “Qarabağ” – “Çelsi” (0:4) matçında baş hakim Manuel De Sousanın verdiyi qərarlar hələ də müzakirə olunur.

Portuqaliyalı referinin qərarlarına etiraz edən şəxslərdən biri də millət vəkili Aqil Abbasdır.

Yenicag.az saytına danışan Aqil bəy kəskin fikirləri ilə yadda qalıb:

“Çelsi”nin o cür penaltiyə ehtiyacı yox idi. Kişiliyi çatsaydı, penaltini vurmazdı. Deyərdi ki, burda penalti yoxdur. Əgər “Qarabağ”ın bu gün dünyaya səs-sorağı yayılıbsa, təmsilçimiz 32 komandanın arasındadırsa, qrupda iki xal qazanıbsa, bunun özü bizim üçün böyük nəticədir”.

– Sizcə, “qırmızı” olmasaydı, fərqli oyuna şahidlik edə bilərdik?

– Demirəm, nəticə “Qarabağ”ın xeyrinə olardı. Amma hər şey daha fərqli ola bilərdi. Daha gözəl oyuna şahidlik edəcəkdik. İnsanların əsəbləri pozuldu. Futbol elə bir tamaşadır ki, o

Posted On :