Leyla Əliyeva müalicə alan uşaqlarla

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

Milletinsesi.az xəbər verir ki, Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.

Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, institut hazırda üç hissədən ibarətdir: klinika, Mərkəzi Qan Bankı və elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbələri daxildir.

2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya da yaradılıb.

Posted On :
Category:

Yazıçı Anar: “Bəzi jurnalistlər dələduzluq edir”

Bəzi jurnalistlər dələduzluq edərək Azərbaycan Yazıçılar Birliyi haqqında yalan və böhtan xarakterli yazılar dərc edirlər. Burada toplaşanlar isə onlara öz etirazını bildirmirlər.

Milletinsesi.az xəbər verir ki, bu sözləri YB-nin sədri Anar Rzayev dünən Sabir Rüstəmxanlının “Özümüzdən böyük sözümüzdür” kitabının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinə ayrılan vəsait qəpiyinə kimi Birliyə xərclənir.  Yazıçı həqiqəti əks etdirməyən yazılar haqqında iradını bildirəndən sonra kitab haqqında xoş sözlərini bildirib.

Qeyd edək ki, mətbuatda tez-tez  “Yazıçılar Birliyinə ayrılan milyonlar göyə sovrulur” başlıqlı yazılar dərc olunur.

Məlumat üçün bildiririk ki, Sahil bağında M.F.Axundov adına kitabxana, Bəstəkarlar İttifaqı, Yazıçılar birliyi və digər mədəni irsimizi qoruyan təşkilatlar eyni cərgədə yerləş

Posted On :
Category:

Prezident İlham Əliyevdən mühüm sərəncam

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

İstixeber.info xəbər verir ki, sərəncamda deyilir:

REKLAM

Azərbaycan R

Posted On :
Category:

Prezident İlham Əliyevdən mühüm sərəncam

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1586-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

İstixeber.info xəbər verir ki, sərəncamda deyilir:

REKLAM

Azərbaycan R

Posted On :

“Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir”- Əvəz Rüstəmov

Mətbuat Şurasına 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin bu quruma ünvanladığı və “Modern.az” saytı vasitəsilə ictimailəşdirdiyi məktubu daxil olub. O, Şuranın “Afn.az” saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı məlumatına etiraz edib. Etiraz edə bilər, bu onun hüququdur. Ancaq direktora diqqətli olmağı tövsiyə edirik.

Aktor.Az xəbər verir ki, belə bir açıqlama ilə Şuranın sözçüsü Əvəz Rüstəmov çıxış edib. O daha sonra qeyd edib: “Əvvəla, Şuranın məlum məlumatında konkret olaraq onun, yaxud da adı çəkilən digər şəxsin jurnalist Həbibə Abdullanı təhqir etməyi, ona hədə-qorxu gəlməyi iddia olunmayıb. Əsas mahiyyət jurnalistin MŞ-yə açıq məktubuna əsaslanıb və bildirilib ki, Şura jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetir

Posted On :
Category:

Fuad Abbasov saxlanmasının səbəbi haqda danışdı

Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur. Hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-nın Moskva müxbirinə eksklüziv müsahibə verib.

– Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?

– Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. B

Posted On :
Category:

Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb (İDDİA)

Dağıstanın Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov dörd nəfərin, o cümlədən, iki Azərbaycan vətəndaşının qətlində şübhəli bilinir.
Müstəqil.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalında məlumat yayılıb.
Yazılanlara görə, dörd qətldən ikisi 2000-ci illərin əvvəllərində törədilib.
“Həmin vaxt Dərbənddə naməlum şəxslər iki Azərbaycan vətəndaşını oğurlayaraq, qətlə yetiriblər. Cinayət işində M.Cəlilovun doğma qardaşının adı hallanırdı. Ancaq məsələni ört-basdır etdilər, belə şeylər olur. Hazırda isə müstəntiqlər, iki nəfərin qətlində bilavasitə hazırkı Dərbənd rayon icra başçısının əlinin olduğunu iddia edir”, – deyə “Baza” yazır.
Üçüncü qurban biznesmen Arsenali Daudov olub. Onu maşında olarkən partladıblar. Daudov Azərbayca

Posted On :
Category:

Atəşkəs yenə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

İstixeber.info Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

REKLAM Posted On :

Category:

Bakının bir hissəsində su olmayacaq

Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Milletinsesi.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Posted On :

Nazirlik bayram günü bu şəxsləri mükafatlandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi bu gün peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb.

Nazirlikdən Milletinsesi.az-a bildirilib ki, mərhum prezidentin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib. Ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Nazirliyin Həmkarlar İttifaqı Komitəsinin “Fəxri Fərman”ları ilə təltif edilib.

Peşə bayramı günündə keçirilən tədbirlərin davamı olaraq Neftçala Regional Kompleks Monitorinq Laboratoriyas

Posted On :

İlham Əliyev 2 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nöm

Posted On :

Dollar sabah bu qiymətə olacaq

Mayın 24-nə manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan Milletinsesi.az-a verilən məlumata görə, 24.05.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, 2019-cu il mayın 23-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Posted On :

Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib – FOTOLAR

Bu tədbirlər mübarizəmizin bir hissəsidir

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi”mövzularında tədbir keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib

Posted On :

Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.

Sənədin hazırkı variantı isə belədir: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan

Posted On :

Usubov polkovniki vəzifəsindən azad etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

 

Posted On :
Category:

Bu şəxslər də ali məktəbə imtahansız qəbul olunacaq

Yalnız 2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaqlar.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər. Eləcə də subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər.

Y.Pir

Posted On :

Yevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü: 2 ölü, 22 yaralı – FOTOLAR – YENİLƏNİB

Yevlaxda baş verən yol qəzasında 22 nəfər xəsarət alıb.

Reportyor.az xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. Ölənlərin hər ikisi qadındır. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

***

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində “Mercedes” markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda

Posted On :
Category:

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Mayın 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Posted On :

Günün qoroskopu

Qoç – əlavə işlər görməyin. Gün xoşagəlməz sürprizlər vəd edir. Həddən artıq diqqətli, sərvaxt olun. Ev işlərini qulaqardına vurmayın.

Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında mübahisəyə qatılmayın. Əsəbisiniz. Emosional davranışınız işləri korlaya bilər.

Yad təsirdən qorunun, məramlarınızdan əl çəkməyin.

Yaxşı tanımadığınız insanla sirr bölüşməyin.

Axşam saatları ciddi məsələlərin müzakirəsi üçün əlverişli deyil.

Buğa – şanslar və imkanların bol olduğu gündür. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Maneələr və sədlər sizi sapdırmamalıdır. Hadisələrin yeni mərhələsi formalaşır. Yeni planlar qurun.

Günün ikinci yarısında aktiv fəaliyyət göstərin. Görəcəyiniz işləri dəqiqləşdirin. Problemin çözümünə ailə

Posted On :

“Ən şərəfsiz işlərə pul xərcləyirlər, bir Fuada sahib çıxmırlar” – Deputatdan SƏRT TƏNQİD

“Azərbaycan vətəndaşının bir qiyməti yoxdur. Bu, yəhudi deyil, qazax deyil, özbək deyil, koreyalı deyil. Bu, Azərbaycan vətəndaşıdır. Dövlət qurumlarımızdan Azərbaycan vətəndaşına ideal bir münasibətmi gözləyirsiniz. Səfirin durub Azərbaycan vətəndaşı üçün fədakarlıqmı edəcəyini düşünürsünüz? Azərbaycan vətəndaşına dəyər verən yoxdu. Ki indiki məqamda da Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi, səfirlik bəyanat versin”.

xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. O, Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Ababsovun müdafiəsiz qaldığını bildirib.

 

Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşını Rusiyada terrorçu kimi tutublar: “Təsəvvür edin, Zori Balayanı milli ədavəti qızışdırma adıyla tutsaydılar, Ermənistanda nə baş verərdi? Söhbət ondan gedir k

Posted On :
Category:

Bu nazirliyin əməkdaşları barəsində cinayət işi başlanıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Milletinsesi.az-a verilən birgə məlumata görə, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş proku

Posted On :

Prezident və xanımı Mərkəzi Parkın açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak ediblər.

Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Posted On :

Banklar gücləndirilmiş rejimə keçir

May ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Palatadan Milletinsesi.az-a verilən məlumata görə, ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək.

9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcəkdir.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsind

Posted On :

Futbolumuzda unikal hadisə

Azərbaycan kubokunun final oyunu unikal hadisə ilə yadda qalıb.

Qol.az xəbər verir ki, “Sumqayıt”la həlledici qarşılaşmada “Qəbələ” Futbol Akademiyası 11 yetirməsi ilə təmsil olunub. Onlardan 8-i “qırmızı-qaralar”ın, 3-ü isə “gənclik şəhəri” təmsilçisinin sifariş ərizəsində olub.

“Qəbələ”dən Elvin Camalov və Bəhlul Mustafazadə əsas heyətdə meydana çıxıbsa, Rövlan Muradov sonradan oyuna daxil olub. “Sumqayıt”da isə Yusif Nəbiyev ilk dəqiqələrdən mübarizəyə qoşulub. Ülvi İsgəndərov isə sonradan meydana girib.

Həmin futbolçuların siyahısını təqdim edirik:

Elvin Camalov (“Qəbələ”, əsas heyət)
Bəhlul Mustafazadə (“Qəbələ”, əsas heyət)
Yusif Nəbiyev (“Sumqayıt”, əsas heyət)
Rövlan Muradov (“Qəbələ”, sonradan oyuna daxil olub)
Ülvü İsgəndərov (“Sumqayıt”, sonradan oyuna daxil olub)
Qismət Alıyev (“Q

Posted On :
Category:

Uçan taksi … 2025-ci ilə kimi istismara veriləcək..

Uçan taksilər dünyanın müxtəlif iri şəhərlərində 2025-ci ilə kimi istismara veriləcək.

Bu haqda “Lilium” uçan aparatını istehsal edən şirkətin rəsmi nümayəndəsi Oliver Volker-Cons “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.

“2025-ci ildə dünyanın bir neçə şəhərində  istismara start verməyi planlaşdırırıq. Habelə bəzi yaşayış məntəqələrində xidmət daha erkən işə salınacaq. Müxtəlif şəhər hökumətləri bizim layihəyə böyük maraq göstərir. Hələ ki, uçan taksi xidmətlərini harada göstərəcəyimizi müəyyənləşdirməmişik”, -deyə rəsmi nümayəndə bildirib.

O həmçinin bildirib ki, aerotaksi analoji məsafələrə sərnişindaşıma üzrə digər nəqliyyat vasitələrinə qiymətdə rəqabət yarada biləcək.

Bundan əvvəl Münhenin “Lilium” startap şirkəti uçan taksinin prototipinin uğurlu sınaqlarını gerçəkləş

Posted On :

Kraliça sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır

Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, Kraliça Elizabet bütün hadisə barədə xəbərləri, o cümlədən elanları və saray ziyarətləri ilə bağlı məlumatları paylaşacaq işçiyə ayda 30 min funt ödəyəcək.

Yeni işçi Bekinqem sarayında işləyəcək və sosial media mütəxəssislərinin kiçik bir qrupunu idarə edəcək. Sarayın veb-saytının idarə olunması sosial media menecerinin vəziflərindəndir.

Həmçinin yeni işçiyə illik 33 günlük məzuniyyət, nahar və bonuslar da təqdim ediləcək.

Qeyd edək ki, Kral ailəsi son aylarda ictimai mediada təhqiramiz şərhlərlə mübarizə aparmaq üçün bu addımı atıb.

Posted On :

Gömrükçülər 4 min siqaret aşkarladı

Gömrükçülər 4 min ədəd siqaret aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən Milletinsesi.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E200” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının üst hissəsində gizlədilmiş 4 min ədəd “King” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Posted On :
Category:

Azərbaycanda 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib

2018-ci ildə 54 nəfər uşaq dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Bu barədə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.

Qeyd olunub ki, 2018-ci ildə dövlət uşaq müəssisələrinə 135 nəfər uşaq yerləşdirilib, 5 nəfər uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 217 nəfər uşaq isə reabilitasiya xidmətlərinə yönləndirilib.

12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib.

Posted On :
Category:

“Hyundai”-a qanunsuz quraşdırılmış operativ nəqliyyat vasitələrinə məxsus olan sayrışan işıqlar – VİDEO

Sosial şəbəkələrdə digər hərəkət iştirakçılarına təhlükə yaradan, onların diqqətini yayındıran sürücünün videosu paylaşılıb.

İstixeber.info xəbər verir ki, 20.05.2019 tarixində 90 OK 012 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsünün avtomobilin ön hissəsinə operativ nəqliyyat vasitələrinə məxsus olan sayrışan işıqlar qoşduğu videoda öz əksini tapıb.

REKLAM

Nəzərinizə çatdıraq ki, bu hala görə İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsinə əsasən avadanlığın müsadirə edilməsi ilə birgə 500-800 manat cərimə məbləği nəzərdə tutulub

Posted On :

“Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin aeroporta qədər uzadılması nəzərdə tutulur”

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq.

Vetenim.info Trend-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.

QSC sədri bildirib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir: “Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır”.

Posted On :

Məmmədyarov Kolumbiya səfirini qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

XİN-dən Milletinsesi.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulanıb.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Luis Antonio Dimate Kardenas etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Posted On :
Category:

Xatirə İslama görə həyat yoldaşımla dava etdim – Rəna Həsənova

Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm

Müğənni Xatirə İslamın dietoloqu Rəna Həsənova “Ay Zaur” verilişində müğənni ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib.

İstixeber.info xəbər verir ki, Rəna Həsənova ifaçını həyat yoldaşına qısqandığını etiraf edib: “Ailə qurmuşdum. Xatirə xanım isə səhnəyə yenicə çıxmağa başlamışdı. Həyat yoldaşım televiziyada Xatirə xanımı izləyən zaman televizoru söndürmüşdüm. Onun sarışın uzun saçları var idi. Səsindən başqa görünüşü də çox gözəl idi. Həyat yoldaşım gözəl xanımlarda uzun saç vurğunu idi. Mən də qısqanclıq etmişdim ki, niyə ona baxırsan? Televizoru söndürmüşdüm və buna görə cəzalanmışdım. Dedi ki, ona baxdığıma görə, sənin nə haqqın var ki, televizo

Posted On :

“Rusiyadan Azərbaycana 800 000 turist gəlib”

Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycan Tele-radio Akademiyasının müdavimləri ilə görüşündə deyib.
Bu gün (mayın 21-də) Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Tele-radio Akademiyasının qonağı olub.
Akademiyanın rektoru Faiq Hüsiyev Teleradio Akademiyasının fəaliyyəti barədə qısa məlumat verdikdən sonra sözü səfirə verib.
Akademiyada jurnalistlərlə görüşdən məmnunluğunu bildirən səfir ikitərəfli münasibətlərin inkişaf etdiyini, yaxın dostluq münasibətlərinin bütün sahələrdəki əməkdaşlığa təsir etdiyini vurğulayıb:“AzərbaycanlaRusiya arasında əlaqələr müxtəlif sahələr üzrə inkişaf etdirilir. Başlıca olaraq iqtisadi sferada Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın İqtisadiyyat na

Posted On :
Category:

Mehriban Əliyeva və Leyla Əliyeva onu qonaq çağıran sakinin evinə getdilər – Fotolar

Mayın 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.

“Rubin.az” xəbər verir ki, Mehriban Əliyeva və Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəliblər. Onlar bu təhsil ocağının siniflərinə baxıblar, müəllim və şagirdlərlə görüşüblər.

Sonra Mehriban Əliyeva və Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.

Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.

Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirib ki, qəsəbə

Posted On :

Mətbuat Şurası siyasi maraqlar mövzusunda «dəyirmi masa» keçirib – FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib.

Aktor.Az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. «Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki, əsasən də Britaniya mediasındakı təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır», – deyə

Posted On :

İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir – FOTOLAR

Xəbər verildiyi kimi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi  “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı  layihəsinin bir neçə tədbiri başa çatıb.Yekun tədbir Bakının Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Bakı Dövlət Sosial-İqtisad Kollecinin akt zalında təşkil olunub.

Bakı Dövlət Sosial-İqtisad Kollecinin nümayəndəsi Natiq Musayev qonaqları, tədbir iştirakçılarını salamlayaraq bu cür layihələrin keçirilməsinin vacibliyindən, təmsil etdiyi kollecdə tələbə və gənclərə yaradılan şəraitdən bəhs edib.Onun sözlərinə görə, cəmiyyətimizin proqressiv üzvləri ölkəmizin təbliğatında, milli maraqların qorunmasında,

Posted On :

İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir – FOTOLAR

Xəbər verildiyi kimi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi  “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı  layihəsinin bir neçə tədbiri başa çatıb.Yekun tədbir Bakının Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Bakı Dövlət Sosial-İqtisad Kollecinin akt zalında təşkil olunub.

Bakı Dövlət Sosial-İqtisad Kollecinin nümayəndəsi Natiq Musayev qonaqları, tədbir iştirakçılarını salamlayaraq bu cür layihələrin keçirilməsinin vacibliyindən, təmsil etdiyi kollecdə tələbə və gənclərə yaradılan şəraitdən bəhs edib.Onun sözlərinə görə, cəmiyyətimizin proqressiv üzvləri ölkəmizin təbliğatında, milli maraqların qorunmasında,

Posted On :

Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edib

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Reportyor.az  xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə va

Posted On :

Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edib

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Reportyor.az  xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə va

Posted On :

Türkiyə-Rusiya münasibətləri YENİ FAZAYA QƏDƏM QOYUR

S-500 zenit raket kompleksinin birgə istehsalı baş tutarsa, əlaqələr strateji müttəfiqlik səviyyəsinə çata bilər

Ekspertlərin fikrincə, Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığının həddindən artıq yaxınlaşması qardaş ölkənin milli maraqlarına xeyirli deyil

Türkiyə ilə ABŞ arasında “soyuq küləklər” əsməyə başladığı andan etibarən rəsmi Ankara Moskvaya doğru istiqamət alıb. Belə ki, artıq Türkiyə ilə Rusiya arasındakı münasibətlər az qala strateji müttəfiqlik səviyyəsinə çatmaq üzrədir. Məhz elə bu səbəbdən də qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə verdiyi açıqlamasında Rusiya ilə S-500 zenit raket kompleksinin birgə istehsalının mümkünlüyünü bəyan edib. Eyni zamanda, “Biz “Patriot”ları Barak Obamanın dövründə istədik” deyən Ərdoğanın sözlərinə görə, ABŞ-ın eks-prezidenti cavabında Konqresin icazə verm

Posted On :
Category:

Şamaxıda 8 il öncə vəfat etmiş şəxsə hərbi çağırış vərəqəsi göndərildi

Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

Müstəqil.Az ONA-ya istinadən xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ailədə üç qardaş olublar: “Mən və qardaşlarımdan biri hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib. Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin

Posted On :

ABŞ erməni silah baronunu həbs etdi

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində 58 yaşlı biznesmen tutulub.

Milletinsesi.az xəbər verir ki, onun “Dolarian Capital İnc” silah satışı şirkətinin rəhbəri olan erməni əsilli Aras Dolaryan olduğu bildirilib. Dolaryan qanunsuz silah dövriyyəsində, çirkli pulların yuyulmasında ittiham edilir.

O, həmçinin, Şərqi Avropa və Cənubi Afrika Respublikasından milyardlarla dollarlıq partlayıcı qurğuların, raketlərin, atıcı silahların Nigeriyaya tədürükündə şübhəli bilinir. Dolaryanın bunun üçün Bolqarıstanın Sofiya şəhərində Nigeriya şirkətlərindən biriylə müqavilə imzaladığı qeyd edilir.

Posted On :

Genişmiqyaslı təlimlər davam edir

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin rəhbərinin qəbul etdiyi qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqinə hazır olması, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.

Milletinsesi.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Posted On :
Category:

Polis qanunsuz saxlanılan silah-sursat aşkar edib

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Tuğ qəsəbəsi ərazisindən 2 ədəd 16 kalibrli, “Toz” markalı ov silahları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

Posted On :
Category:

Atəşkəs rejimi 20 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

İstixeber.info xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

REKLAM

Posted On :
Category:

Bakı-Sumqayıt yolu bağlanır

Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, rənglənmə işləri zamanı yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

“Buna görə, sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda bildirilir.

Posted On :

Ərdoğan Azərbaycan ordusunun təlimlərini izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

Trend-in məlumatına görə, dövlət başçısı Konyaya bu gün yola düşüb.

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası – 2019” hərbi təlimləri keçirilir.

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.

Posted On :

AzTV yeni layihəyə start verir

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) hərbi vətənpərvərliklə bağlı daha bir layihəyə start verir.

Bu barədə Report-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Televizyasında yaxın günlərdə “Vətənpərvər” adlı tok-şou start götürəcək. Həftədə bir dəfə yayımlanacaq tok-şou qeyri-adi üslubda efirə çıxacaq.

Tok-şounun məkanı hərbi üslubda qurulmuş çadırdan ibarət olacaq, iştirakçılar və qonaqlar isə hərbi geyimdə olacaqlar. Mövzular müxtəlifliyi ilə seçiləcək.

Qurumdan həmçinin deyilib ki, hərbi vətənpərvərlik mövzusu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də son aylar prioritet sahələrdəndir, bu məsələyə həssas yanaşılır. Bu səbəbdən yeni yaradılan “GəncSən”, “Nəsillərin debatı” kimi tok-şoular

Posted On :
Category:

Mətbuat Şurası siyasi maraqlar mözusunda tədbir keçirəcək

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda “dəyirmi masa” keçirib.Bu barədə Aktor.Az-a qurumdan daxil olan məlumatda deyilir.

Tədbir sabah – 21 may 2019-cu il tarixdə saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

 

Posted On :
Category:

Bakıda DƏHŞƏTLİ QƏTL: Oğul anasını öldürüb, meyitini yandırdı

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

İstixeber.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.

Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İstixeber

Posted On :
Category:

Şəmistan Əlizamanlı Qənirə Paşayevanın sualını belə cavablandırdı – VİDEO

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva Türk dünyasının sevilən sənətçisi, milli mahnıların, marşların ifaçısı Şəmistan Əlizamanlını 60 illik yubileyi münasibətilə video görüntülü təbrik edib.

Turkustan.info xəbər verir ki, Qənirə xanım  səfir Özoral Şəmistan Əlizamanlının fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda ona xüsusi sualını ünvanlayıb.

https://www.youtube.com/watch?v=roeq0-Z5C1o&fbclid=IwAR3fTt868HD0YZQ6dF8qLHYQqrCdfrRGIXAMUsa61A6u3Ern72UwIgnetOk&app=desktop

Posted On :

Sabir Rüstəmxanlının 73 yaşı tamam olur

Sabir Rüstəmxanlının 73 yaşı tamam olur

Mən ona həmişə demokratiyanın sağ əli deyirəm. Ona görə yox ki, Sabir Rüstəmxanlının adı Azərbaycana müstəqillik və demokratiya anlayışaları ilə birlikdə gəlib. Ona görə ki, Sabir Rüstəmxanlı demokratiyanın mahiyyətini bizə daha yaxından tanıdıb. Azad düşüncəsi, müstəqil yanaşmaları ilə deyil, həm də azad rəftarı ilə. Məsələn, onun sağ əli həmişə cibindədir. İstər müsahibə zamanı, istər müzakirə zamanı…İstər böyüyün qarşısında, istər kiçiyin….

Bizim gəncliyimizin qəhrəmanı idi Sabir Rüstəmxanlı. Onu təkcə meydan tribunalarındakı odlu alovlu çıxışlarından havada sıxılmış yumruğundan , yarılmış başından tanımırdıq, həm də Ömür kitabından tanıyırdıq. Bir də redaktoru olduğu “Azərbaycan” qəzetindən. O illərdə jurnalist olmaq istəyən biz gənclər üçü

Posted On :

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir – FOTOLAR

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı tədbirlərin təşkili layihəsini davam etdirir.Layihə çərçivəsində gənclərlə görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov qonaqları salamlayaraq təmsil etdiyi ali elm ocağında tələbələrə, gənclərə yaradılmış şəraitdən, bu sahədə həyata keçirilən layihələrdən və mövzunun aktuallığından bəhs edib.

 

Posted On :

Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunan video layihə

Müstəqil.Az “Trend” İnformasiya Agentliyinə istinadən “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihənin 19.05.2019 tarixli növbəti buraxılışını təqdim edir.

“PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunub.

 

Posted On :

Müğənni səhnədə dünyasını dəyişdi – Video

“Los Del Fuego” adlı musiqi qrupunun solisti səhnədə həyatını itirib.

Müstəqil.az Teleqraf.com-a istinadla xəbər verir ki, Argentinada konsert zamanı Xuan Karlos Maşeroni infarkt keçirərək yerə yıxılıb.

Həvəskar kameralara düşən görüntülərdə ifaçının büdrəyərək yıxıldığı görünür.

59 yaşlı solistin dünyasını dəyişdiyi bildirilir.


Müəllif: Teleqraf.com
Posted On :
Category:

Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 15-ci günüdür.

Müstəqil.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 20-də Bakıda imsak saat 03:37, iftar isə saat 20:10-dadir.

Ramazan ayının 15-ci gününün duası:

“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin”.

Tərcüməsi:

“İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!”

Allah orucunuzu qəbul etsin!

Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü.

 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü.

 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü.

Yer və zaman bəlli olmasa da, videonun mühüm bir toplantıda çəkildiyi görünür. Görüntüdə M.Ə.Rəsuklzadənin yanındakı şəxsin Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri olmuş Xəlil bəy Xasməmmədov olduğu bildirilir.

Müstəqil.Az Turkustan.info-a istinadla həmin video-görüntünü təqdim edir:

Video Oynadıcı

Madonnanın “Eurovision”da Fələstin mesajı- Qalmaqal…

Pop-kraliça Madonnanın “Eurovision-2019” yarışmasının finalında “Fələstin” mesajı qalmaqala səbəb olub.

Oxu.Az xəbər verir ki, sənətçi bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib.

Madonna repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb.

Category:

Ramazanın 13-cü gününün duası, imsak və iftar vaxtı

 Ramazan ayının 13-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 18-də Bakıda imsak saat 03:39, iftar isə saat 20:08-dədir.

Ramazan ayının 13-cü gününün duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.

Tərcüməsi:

“İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, qəzavü-qədər ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!”

Allah orucunuzu qəbul etsin!

Posted On :

Milli xörəklərin kalori dəyəri

Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyərləri bir-birindən fərqlənir.

Mütəxəssislərin fikrincə, hər bir insanın gündəlik kalori tələbatı orqanizmin daşıdığı yükdən asılıdır. Əqli işlə məşğul olanlara gündə 3 min, mexaniki-fiziki işlə məşğul olanlara 3,5 min, ağır fiziki işlə məşğul olanlara 5 min, idmançılara isə 6,5-7,0 min kalori lazımdır. Sağlam həyat tərzi üçün qəbul edilən qidaların kalori miqdarı orqanizmin tələbatı ilə mütənasiblik təşkil etməlidir.

Diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: “100 qram düyünün və ya bir kiçik boşqab aşın kalorisi 850-1000 kaloriyə çatır. Milli mətbəxdən xəngəl və piti kimi xörəklərin kalori dəyəri 500-600-dən 800 kaloriyə qədər çatır. Quzu əti 250-280 kaloriyə, dana ət

Posted On :
Category:

Günün qoroskopu- 18 May

Müstəqil.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüskar olun.

Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarında yaxşı istirahət edin.

Buğa – günün ilk yarısında sayıq və huşyar olun. İşlə yanaşı, evdə də problemlərin y

Posted On :

“
Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi…”- Sabir Rüstəmxanlının 73 yaşına

Mayın 20-si xalq şairinin 73 yaşı tamam olur

Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli. Hər birindən payı verilib. İçindəki qorxuya qalib gəldiyi üçün xalqın ağrı-acısını car çəkməyi həmişə bacarıb. Azadlıq aşiqi olduğundan gəncliyi mübarizələrdə ötüb. Ziyalı kimi də gördüklərinə heç zaman biganə qalmayıb. Problemləri qabardaraq onların həllinə səsləyib. Yazıb yaratdıqları isə ona ölməzlik gətirib. Necə deyərlər, adı özündən çox yaşayacaq…

Bəli, Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…

Bəlkə də indi kita

Posted On :

Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar…

Müstəqil Az Kulis.az-ın  Xalq artisti Səyavuş Aslanla bağlı yayınladığı 10 maraqlı faktı təqdim edir.

 

1. Səyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Musiqili Komediya Teatrında işləyən cütlük, elə orda da tanış olur, bir-birlərini sevirlər. Ancaq elçilkdə qızı vermirlər. Səyavuş Aslan qızı qaçırdır.

 

Posted On :